YAP sıralarına yeni daxil olanlara üzvlük vəsiqələri təqdim edildi
23.06.2016 [10:09]
Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon SOCAR-ın “Neftqazelmitədqiqatlayihə” İnstitutu ərazi ilk partiya təşkilatının ümumi yığıncağı keçirilib.
“Neftqazelmitədqiqatlayihə” İnstitutunun direktoru Fəxrəddin İsmayılov yığıncaqda çıxış edərək ölkəmizdə son illərdə əldə olunan uğurlardan danışıb. Bildirib ki, bu uğurlarda ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyasının xidmətləri böyükdür. Ulu öndər Heydər Əliyevin yaradıcısı olduğu Yeni Azərbaycan Partiyası bu gün dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə əhəmiyyətli uğurlara imza atır, sıralarını kəmiyyət və keyfiyyət baxımından daha da zənginləşdirir. Hazırda partiyanın sıralarında 670 mindən artıq üzvün birləşməsi böyük göstəricidir.
YAP Yasamal rayon SOCAR-ın “Neftqazelmitədqiqatlayihə” İnstitutu ərazi ilk partiya təşkilatının sədri Xıdır İbrahimov gündəliyə uyğun olaraq ölkəmizin bugünkü inkişafından və bu inkişafa Yeni Azərbaycan Partiyasının töhfələrindən bəhs edib. Diqqətə çatdırılıb ki, bu gün ölkəmizin beynəlxalq əhəmiyyətli tədbirlər üçün ideal məkana çevrilməsi Azərbaycanın hər sahədə qazandığı uğurların, beynəlxalq nüfuzunun göstəricisidir. Bu günlərdə Azərbaycanın ev sahibliyi etdiyi Formula-1 yarışı ölkəmizin malik olduğu imkanları bir daha dünyaya təqdim edib.
Sonra partiya sıralarına qəbul üçün müraciət edənlərin ərizələrinə baxılıb, yeni üzvlərə vəsiqələr təqdim olunub. Vəsiqələri “Neftqazelmitədqiqatlayihə” İnstitutunun direktoru Fəxrəddin İsmayılov, YAP Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov, YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə təqdim edərək, yeni üzvlərə uğurlar arzulayıblar.
YAP Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov çıxışında Azərbaycanın gündən-günə möhkəmlənən mövqeyindən bəhs edib. Bildirib ki, iqtisadi imkanlarını artıran Azərbaycanın beynəlxalq aləmdə yeri və rolu böyükdür. Bu gün ölkəmizin ev sahibliyi etdiyi önəmli beynəlxalq tədbirlər də bu kimi məqamlara işıq salır.
Xəbər lenti
Hamısına baxİdman
22 İyun 08:51
Dünya
22 İyun 08:27
Dünya
22 İyun 08:16
Dünya
22 İyun 08:16
İdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Xəbər lenti
21 İyun 16:30
Dünya
21 İyun 15:39
Siyasət
21 İyun 14:29
Siyasət
21 İyun 14:24
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Gündəm
21 İyun 11:57
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Siyasət
20 İyun 23:26
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Siyasət
20 İyun 18:25
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10

