YAP Səbail rayon təşkilatında Ulu öndər Heydər Əliyevin xatirəsi anılıb
10.12.2016 [11:43]
Dekabrın 9-da Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının qərargahında xalqımızın Ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunan anım mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə əvvəlcə dahi şəxsiyyətin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Ulu öndər Heydər Əliyevin mənalı və şərəfli ömür yolu, çoxşaxəli siyasi fəaliyyətinə həsr edilən film nümayiş olunub.
YAP Səbail rayon təşkilatının sədri, Milli Məclisin deputatı, professor Şəmsəddin Hacıyev tədbirdə çıxış edərək bildirib ki, Ulu öndər Heydər Əliyevin vəfatından 13 il ötsə də, Onun əbədiyaşar xatirəsi xalqımızın qəlbində yaşayır və daim yaşayacaq. Dahi rəhbər doğma Vətəni və xalqı üçün gördüyü işlərlə Azərbaycanın rəmzinə çevrilib.
Azərbaycanın qədim və zəngin dövlətçilik tarixində Ümummilli liderimizin özünəməxsus yeri olduğunu diqqətə çatdıran Ş.Hacıyev deyib ki, hər il Ulu öndərin doğum günü və anım günü Azərbaycanın bütün bölgələri ilə yanaşı, dünyanın müxtəlif ölkələrində də geniş qeyd olunur, xatirəsi dərin ehtiramla anılır. Bildirilib ki, Öz həyatını xalqının rifahına, ölkəsinin inkişafına həsr edən Ulu öndər Heydər Əliyev dühası, zəngin dövlətçilik təcrübəsi sayəsində keçmiş SSRİ kimi dünyanın ən böyük dövlətinin rəhbərliyinə yüksəlib. Ümummilli lider Azərbaycana rəhbərliyinin birinci dövründə respublikamızı keçmiş SSRİ-də geridə qalmış aqrar ölkədən ən qabaqcıl yerlərə çıxardı. Dahi rəhbər hələ sovet dövründə ölkəmizin idarə olunmasında azərbaycanlı kadrların irəli çəkilməsinə xüsusi diqqət ayırırdı.
Azərbaycanın müstəqilliyin əvvəllərində bütün sahələrdə tənəzzüllə, bölünmə təhlükəsi ilə üzləşdiyini diqqətə çatdıran professor Ulu öndər Heydər Əliyevin xalqımızı bu bəlalardan xilas edərək dinamik inkişaf yoluna çıxarması istiqamətində həyata keçirdiyi tədbirlərdən danışıb.
Şairə-publisist Minayə Əliyeva Ulu öndər Heydər Əliyev dühasının, Ümummilli liderin zəngin siyasi irsinin illər ötdükcə daha dərindən qavranıldığını qeyd edib. Əbədiyaşar liderin “Qürur hissi keçirirəm ki, o ağır illərdə Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına xalqla, millətlə birlikdə, bütün ölkə ilə birlikdə nail ola bilmişəm. Bu, mənim gördüyüm ən böyük işlərdəndir”, - sözlərini diqqətə çatdıran M.Əliyeva bildirib ki, Ulu öndər Heydər Əliyevin memarı olduğu müasir müstəqil Azərbaycan bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə sürətlə inkişaf edərək dünyanın ən böyük və nüfuzlu dövlətləri ilə eyni sırada yer alıb. O, Ulu öndər Heydər Əliyevlə bağlı xatirələrini bölüşərək dahi şəxsiyyətə həsr etdiyi şeirləri səsləndirib.
Xəbər lenti
Hamısına baxMaraqlı
25 Aprel 23:18
Maraqlı
25 Aprel 22:40
Dünya
25 Aprel 21:24
Sosial
25 Aprel 20:17
Dünya
25 Aprel 19:32
Siyasət
25 Aprel 19:25
Dünya
25 Aprel 18:56
Dünya
25 Aprel 18:20
Maraqlı
25 Aprel 17:45
Dünya
25 Aprel 17:28
Siyasət
25 Aprel 17:22
Dünya
25 Aprel 16:30
Mədəniyyət
25 Aprel 16:04
Gündəm
25 Aprel 15:52
Dünya
25 Aprel 15:46
Siyasət
25 Aprel 15:38
Dünya
25 Aprel 15:22
Siyasət
25 Aprel 15:17
Siyasət
25 Aprel 15:16
Siyasət
25 Aprel 15:15
YAP xəbərləri
25 Aprel 15:08
Dünya
25 Aprel 14:49
Dünya
25 Aprel 14:17
Sosial
25 Aprel 13:53
Gündəm
25 Aprel 13:38
Diaspor
25 Aprel 13:25
Gündəm
25 Aprel 12:49
Gündəm
25 Aprel 12:20
Gündəm
25 Aprel 11:53
İqtisadiyyat
25 Aprel 11:37
Gündəm
25 Aprel 11:13
Gündəm
25 Aprel 10:59
Gündəm
25 Aprel 10:35
Ədəbiyyat
25 Aprel 10:12
Analitik
25 Aprel 09:54
İqtisadiyyat
25 Aprel 09:32
Sosial
25 Aprel 09:16
Ədəbiyyat
25 Aprel 08:50
Ədəbiyyat
25 Aprel 08:38
Dünya
25 Aprel 07:48
Dünya
25 Aprel 07:25
İdman
25 Aprel 07:24
Siyasət
25 Aprel 07:16
Dünya
25 Aprel 07:14
Dünya
24 Aprel 23:42
Dünya
24 Aprel 23:35
Dünya
24 Aprel 23:17
Dünya
24 Aprel 22:41
Dünya
24 Aprel 22:30
Dünya
24 Aprel 22:19
YAP xəbərləri
24 Aprel 22:07
YAP xəbərləri
24 Aprel 21:54
Dünya
24 Aprel 21:50
YAP xəbərləri
24 Aprel 21:50
İdman
24 Aprel 21:37
Elm
24 Aprel 21:23
Dünya
24 Aprel 20:45
Dünya
24 Aprel 20:17
İqtisadiyyat
24 Aprel 19:52
Formula 1
24 Aprel 19:28
Dünya
24 Aprel 19:11
Xəbər lenti
24 Aprel 19:08
YAP xəbərləri
24 Aprel 18:53
YAP xəbərləri
24 Aprel 18:36
YAP xəbərləri
24 Aprel 18:13
YAP xəbərləri
24 Aprel 17:27
MEDİA
24 Aprel 17:27
Elm
24 Aprel 17:26
YAP xəbərləri
24 Aprel 17:05
YAP xəbərləri
24 Aprel 17:04

