Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının XI hesabat-seçki konfransı keçirilib
10.06.2017 [10:24]
Dünən Yeni Azərbaycan Partiyası (YAP) Qaradağ rayon təşkilatının XI hesabat-seçki konfransı keçirilib. Tədbir iştirakçıları əvvəlcə rayon mərkəzində Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, abidənin önünə tər gül-çiçəklər düzüblər.
Sonra konfrans işini rayondakı Heydər Əliyev Mərkəzində davam etdirib. Tədbiri giriş nitqi ilə açan YAP Qaradağ rayon təşkilatının sədri, Milli Məclisin deputatı Aydın Hüseynov əvvəlcə müstəqilliyimizin ilk illərində Yeni Azərbaycan Partiyasının yaranmasını zəruri edən şərtlər barədə danışıb. Onun sözlərinə görə, YAP 1992-ci ildə Azərbaycanda ictimai-siyasi, iqtisadi, sosial vəziyyətin ağır olduğu dövrdə, ölkənin idarəolunmaz, parçalanmaq həddinə çatdığı bir vaxtda Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə yarandı və müstəqil Azərbaycanın siyasi dayaqlarının qurulmasının, respublikamızın gələcək inkişafının əsası qoyuldu. Onun sözlərinə görə, Yeni Azərbaycan Partiyası müstəqil dövlətimizin inkişafında, tərəqqisində, ümumiyyətlə, sosial-iqtisadi və ictimai-siyasi həyatında misilsiz xidmətlər göstərmişdir: “YAP Heydər Əliyevin dövlətçilik ideyalarının gerçəkləşməsi yolunda bütün gücünü, təşkilatçılıq bacarığını səfərbər etmişdir. Bu gün Yeni Azərbaycan Partiyasının Sədri, ölkə Prezidenti İlham Əliyev Ulu öndər Heydər Əliyevin yolunu layiqincə davam etdirir. Prezidentimizin rəhbərliyi ilə Azərbaycan daha da inkişaf edərək region dövlətləri arasında öz liderliyini saxlayan, dinamik inkişaf edən, güclü bir dövlətə çevrilmişdir. Cənab İlham Əliyevin yürütdüyü daxili və xarici siyasəti, ərsəyə gətirilən nəhəng sosial-iqtisadi layihələr paralel olaraq Yeni Azərbaycan Partiyasının uğurları kontekstində dəyərləndirilməkdədir”.
Daha sonra YAP Qaradağ rayon təşkilatının hesabat dövründəki fəaliyyəti barədə ətraflı məlumat verən A.Hüseynov deyib ki, hesabat dövründə rayon təşkilatı sosial bazasını xeyli möhkəmləndirib, bir çox ərazi ilk partiya təşkilatları təsis edilib və partiya sıralarının daha da artırılması istiqamətində kifayət qədər işlər görülüb. Bu dövrdə partiya sıralarına 1033 nəfər yeni üzv qəbul olunub və hal-hazırda 122 ərazi ilk partiya təşkilatında 11819 nəfər partiya üzvü fəaliyyət göstərir: “Eyni zamanda, hesabat dövründə partiya təşkilatımız öz sıralarında gənclərin sayının artırılmasına xüsusi diqqət yetirmişdir. Partiya üzvləri arasında onların sayı 4060 nəfərə çatmışdır ki, bu da partiya üzvlərinin ümumi sayının 34 faizini təşkil edir, hesabat dövründə isə partiya sıralarına qəbul olunanların 64 faizi gənclərdən ibarət olmuşdur”.
Çıxışının sonunda Aydın Hüseynov bir daha vurğulayıb ki, bu günə qədər öz fəaliyyətində YAP-ın proqram və Nizamnaməsində əksini tapan prinsipləri, həmçinin partiyamızın rəhbər orqanlarının tövsiyə və tapşırıqlarını rəhbər tutan YAP Qaradağ rayon təşkilatı bundan sonra da öz işini uğurla həyata keçirmək üçün var gücü ilə çalışacaq, istər rayonun ictimai-siyasi həyatında, istərsə də respublika miqyaslı tədbirlərdə üzərinə düşən vəzifələri layiqincə yerinə yetirəcək.
Sonra konfransda Nəzarət-Təftiş Qrupunun hesabatını Əlizamin Məmmədov təqdim edib. Hesabat ətrafında YAP Qaradağ rayon təşkilatı Gənclər Birliyinin sədri Ramiz Yusubov, rayon təşkilatı Qadınlar Şurasının sədri Hicran Xəlilova, YAP Qaradağ rayon təşkilatının İdarə Heyətinin üzvü Hicrət Qaradağlı çıxış edərək hesabatı qənaətbəxş qiymətləndiriblər.
Konfransda çıxış edən Milli Məclisin deputatı, Respublika Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov deyib ki, Azərbaycan son illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə sosial-iqtisadi və siyasi sahələrdə əhəmiyyətli uğurlar əldə edib, ölkəmizin beynəlxalq arenada mövqeləri daha da möhkəmlənib. Həmçinin ölkəmizin gələcək inkişafı baxımından önəm kəsb edən tarixi nailiyyətlər əldə olunub. Bu nailiyyətlər isə əsası Ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün Prezident İlham Əliyevin uğurla davam etdirdiyi siyasi kursun bəhrələridir: “Bugünkü uğurlarımızın təməlində Ulu öndər Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra görülmüş işlər dayanır. Əgər 1993-cü ildə Heydər Əliyev xalqın təkidli tələbi ilə respublikamızda rəhbərliyə gəlməsəydi, Azərbaycan dövlətinin mövcudluğundan belə söhbət edə bilməzdik. Əgər Qurtuluş baş verməsəydi, bugünkü nailiyyətlərimiz olmazdı. Bu gün Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasət Azərbaycanı inkişafa aparır. Ona görə də biz Heydər Əliyev yolunu davam etdirməliyik. Heç kəs bizi Heydər Əliyev yolundan döndərə bilməz”.
Daha sonra Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov çıxış edib. İcra katibinin müavini deyib ki, Yeni Azərbaycan Partiyası Azərbaycan dövlətçiliyinin ən ağır günlərində, müstəqilliyimizi itirmək ərəfəsində olduğumuz bir dövrdə xalqın istək və arzularının nəticəsi kimi yaranıb, güclü təşkilatlanıb və xalqımızın böyük dəstəyi ilə hakimiyyətə gəlib: “Bu partiyanın yaranması Azərbaycan xalqının böyük və müdrik oğlu, onun xilaskarı Heydər Əliyevin şərəfli adı, gərgin və səmərəli fəaliyyəti ilə bağlıdır. Ulu öndər Heydər Əliyevin xalqımızın təkidli tələbi ilə hakimiyyətə qayıdışı müstəqil dövlətçiliyimizi anarxiyadan, parçalanmaq və məhv olmaq təhlükəsindən, iqtisadi tənəzzüldən, beynəlxalq təcriddən xilas edib. Ulu öndərimizin yaratdığı və ötən müddətdə şərəfli və əzəmətli inkişaf yolu keçən Yeni Azərbaycan Partiyası hazırda həm ölkəmizdə, həm də regionda böyük nüfuz sahibi olan siyasi təşkilata çevrilib. Bu gün Yeni Azərbaycan Partiyası Avropanın və Asiyanın nüfuzlu partiyaları ilə əməkdaşlıq edir, ölkəmizin beynəlxalq mövqelərinin möhkəmlənməsi və Azərbaycan həqiqətlərinin dünyada təbliğ olunması işinə əhəmiyyətli töhfələrini verir”.
Yeni Azərbaycan Partiyasının qələbələr partiyası olduğunu deyən S.Novruzov vurğulayıb ki, YAP ölkəmizdə keçirilən hər bir seçkiyə uğurla hazırlaşır. Bu hazırlıqda ən yeni və müasir texnologiyalar tətbiq olunur. Partiyanın bütün təşkilatları seçkilərin müvəffəqiyyətlə keçirilməsinə səfərbər olunur və ötən illərin təcrübəsi sübut edir ki, YAP-ın seçki texnologiyaları, proqramı, namizədləri cəmiyyətimiz tərəfindən daim dəstəklənir.
Daha sonra Azərbaycan dövlətinin sürətli iqtisadi inkişafı haqqında məlumat verən Siyavuş Novruzov deyib ki, təkcə son bir neçə ildə ölkəmizdə minlərlə təhsil müəssisələri, müasir standartlara cavab verən səhiyyə obyektləri tikilib, geniş, keyfiyyətli yollar çəkilib, körpülər salınıb, tamamilə yeni və müasir infrastruktur yaradılıb: “Azərbaycan iqtisadi inkişaf sürətinə görə dünyanın qabaqcıl dövlətləri ilə rəqabət aparır və bir çox hallarda onları qabaqlayır. Demək olar ki, hər gün Azərbaycanın paytaxtı Bakıda və regionlarda beynəlxalq tədbirlər keçirilir, ölkəmizə yüzlərlə qonaq gəlir. Mən özüm də həmin qonaqlarla görüşürəm. Onlar ölkəmizdəki inkişafa heyran qalıblar. İnanmırlar ki, belə qısa müddət ərzində bu qədər böyük möcüzələr yaratmaq olar. Amma Azərbaycan dövləti bu möcüzələri reallığa çevirib. Təbiidir ki, bütün bunlar Ulu öndər Heydər Əliyev siyasi kursunun Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində mümkün olub”.
Çıxışının sonunda YAP Qaradağ rayon təşkilatının hesabat dövründəki fəaliyyətini müsbət qiymətləndirən S.Novruzov rayon təşkilatının yeni seçiləcək rəhbər heyətinə uğurlar arzulayıb.
Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov çıxış edərək bildirib ki, Yeni Azərbaycan Partiyası dünyaşöhrətli siyasətçi, təcrübəli dövlət xadimi Ulu öndər Heydər Əliyevin yaratdığı güclü bir siyasi təşkilatdır. Cənab Prezident İlham Əliyevin Sədrliyi ilə bu gün YAP Azərbaycan cəmiyyətinin mütərəqqi ideyalarla inkişafına xidmət edir: “Yeni Azərbaycan Partiyası siyasi arenaya daxil olduğu gündən həmişə böyük qələbələr qazanıb. Çünki YAP həmişə cəmiyyətimizin maraqlarını özünün ən ümdə vəzifəsi kimi qəbul edib. Bu böyük siyasi təşkilat həmişə dövlətimizin, xalqımızın rifahı, inkişafı naminə bütün gücünü səfərbər edib. Azərbaycan xalqının istək və arzularının tərənnümçüsü olan YAP bu gün həm regionda, həm də beynəlxalq arenada böyük nüfuza malik siyasi təşkilatdır”.
İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov da rayon təşkilatının fəaliyyətini qənaətbəxş qiymətləndirib.
Sonra təşkilati məsələlərə baxılıb. Aydın Hüseynov yenidən YAP Qaradağ rayon təşkilatının sədri seçilib, sonra rayon təşkilatının İdarə Heyəti və Şurasının üzvləri, Nəzarət-Təftiş Qrupu və təşkilatın sədr müavinləri seçiliblər.
Xəbər lenti
Hamısına baxDünya
13 Noyabr 23:30
Sosial
13 Noyabr 23:19
Sosial
13 Noyabr 22:53
YAP xəbərləri
13 Noyabr 22:35
Hadisə
13 Noyabr 22:17
İdman
13 Noyabr 21:56
Dünya
13 Noyabr 21:32
Sosial
13 Noyabr 21:15
İqtisadiyyat
13 Noyabr 20:58
YAP xəbərləri
13 Noyabr 20:31
İqtisadiyyat
13 Noyabr 20:12
Dünya
13 Noyabr 19:51
Dünya
13 Noyabr 19:32
İqtisadiyyat
13 Noyabr 19:16
YAP xəbərləri
13 Noyabr 18:30
YAP xəbərləri
13 Noyabr 17:34
Dünya
13 Noyabr 17:20
YAP xəbərləri
13 Noyabr 17:14
YAP xəbərləri
13 Noyabr 16:44
YAP xəbərləri
13 Noyabr 16:16
Gündəm
13 Noyabr 16:11
Sosial
13 Noyabr 15:35
Elanlar
13 Noyabr 15:28
YAP xəbərləri
13 Noyabr 15:27
YAP xəbərləri
13 Noyabr 14:15
Siyasət
13 Noyabr 14:09
Siyasət
13 Noyabr 14:05
Sosial
13 Noyabr 12:49
İqtisadiyyat
13 Noyabr 12:48
İqtisadiyyat
13 Noyabr 12:47
Hadisə
13 Noyabr 12:46
Sosial
13 Noyabr 12:41
Siyasət
13 Noyabr 12:40
MEDİA
13 Noyabr 12:39
Dünya
13 Noyabr 12:17
Siyasət
13 Noyabr 11:52
Siyasət
13 Noyabr 11:26
İqtisadiyyat
13 Noyabr 10:55
Mədəniyyət
13 Noyabr 10:55
Siyasət
13 Noyabr 10:32
MEDİA
13 Noyabr 10:15
Gündəm
13 Noyabr 10:13
Analitik
13 Noyabr 09:58
Ədəbiyyat
13 Noyabr 09:30
Analitik
13 Noyabr 09:14
Siyasət
13 Noyabr 09:05
Sosial
13 Noyabr 08:51
Sosial
13 Noyabr 08:23
YAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44

