“Milli Qurtuluşdan intibaha”
13.06.2017 [09:57]
Yeni Azərbaycan Partiyasının, Azərbaycan Dövlət Pedaqoji Universitetinin və “Səs” Media Qrupunun birgə təşkilatçılığı ilə bu mövzuda tədbir keçirilib
Dünən Yeni Azərbaycan Partiyasının (YAP), Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) və “Səs” Media Qrupunun birgə təşkilatçılığı ilə 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş “Milli Qurtuluşdan intibaha” adlı tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri, YAP-ın İcra katibinin müavini Mübariz Qurbanlı, ADPU-nun rektoru, professor Cəfər Cəfərov, YAP Səbail rayon təşkilatının sədri, millət vəkili Şəmsəddin Hacıyev, Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu, Milli Məclisin deputatı Mirkazım Seyidov, “İki sahil” qəzetinin baş redaktoru, YAP Siyasi Şurasının üzvü Vüqar Rəhimzadə, “Səs” Media Qrupunun rəhbəri Bəhruz Quliyev, universitetin professor-müəllim heyəti iştirak ediblər.
Tədbirdə öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, sonra isə 15 İyun - Milli Qurtuluş Gününü əks etdirən film nümayiş etdirilib.
Tədbirdə çıxış edən DQİDK-nın sədri, YAP-ın İcra katibinin müavini Mübariz Qurbanlı Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətlərindən söz açıb. Bildirilib ki, 1993-cü ildə xalqın təkidli tələbi ilə Azərbaycanda ikinci dəfə hakimiyyətə qayıdan Ulu öndər Heydər Əliyev böyük risklərə və çətinliklərə baxmayaraq, xalqın və dövlətin qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürdü. Bununla da ölkədə uzun illər davam edən gərginlik və qarşıdurmaya son qoyuldu, respublikamız vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas oldu, ictimai-siyasi sabitlik təmin olundu və ölkəmiz milli inkişaf yoluna qədəm qoydu. Beləliklə, bu mühüm tarixi gün xalqımızın yaddaşına Milli Qurtuluş Günü kimi həkk olundu və 1997-ci ildən etibarən parlamentin qərarı ilə rəsmi bayram kimi qeyd edilir.
15 iyun 1993-cü il tarixinin ən yeni tariximizə Azərbaycanın xilası günü kimi daxil olduğunu deyən Mübariz Qurbanlı əlavə edib ki, Ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı günü milli müstəqil dövlətimizin həyatında, bütövlükdə, Azərbaycanın tarixində müstəsna yer tutan günlərdən biridir: “Ulu öndər Heydər Əliyev 1993-cü il iyun ayının 15-də hakimiyyətə qayıdışı ilə müstəqil Azərbaycanı dağılmaqdan, ölkəmizi iflasdan, iqtisadi tənəzzüldən, xaosdan, özbaşınalıqdan xilas edərək inkişaf yoluna qədəm qoymaq üçün zəmin yaratdı. Ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı həm strateji, həm də ümummilli baxımdan çox mühüm əhəmiyyət kəsb edən hadisə idi. Bu, böyük hadisə olmaqla Azərbaycan üçün ümummilli baxımdan ciddi nəticələr verdi. Ümummilli liderimizin siyasi hakimiyyətə qayıdışı müstəqil milli dövlətimizin həyatında dönüş nöqtəsi idi. Bu, müstəqilliyimizin əbədi, dönməz olmasında çox mühüm və əhəmiyyətli rol oynadı. Bu qayıdış milli müstəqilliyimizin əbədiliyinin təminatı demək idi”.
“Müasir müstəqil Azərbaycan dövləti Ulu öndər Heydər Əliyevin gərgin zəhmətinin, qətiyyətli siyasətinin bəhrəsidir. Azərbaycanın bugünkü inkişaf strategiyasının müəllifi məhz Ümummilli liderimiz Heydər Əliyevdir”, - deyə M.Qurbanlı əlavə edib.
YAP Səbail rayon təşkilatının sədri, millət vəkili Şəmsəddin Hacıyev bildirib ki, xalqımız XX əsrdə iki dəfə dövlət müstəqilliyi əldə edib. Lakin XX əsrin əvvəllərində qazandığımız müstəqilliyi qoruyub saxlaya bilməmişik. XX əsrin sonlarında isə yalnız dünya şöhrətli siyasi xadim, Ümummilli liderimiz Heydər Əliyevin qətiyyəti, iradəsi, fədakarlığı, zəngin idarəçilik və dövlətçilik təcrübəsi sayəsində Azərbaycan öz dövlət müstəqilliyini qoruyub saxlaya bilib. Məhz Ulu öndər Heydər Əliyevin siyasi uzaqgörənliyi və iradəsi nəticəsində iqtisadi inkişafımızın əsasını qoyan “Əsrin müqaviləsi” imzalanıb, Azərbaycanın ilk milli Konstitusiyası qəbul edilib, ölkəmiz sürətli inkişaf yoluna çıxıb: “Ulu öndər Azərbaycanın milli inkişaf strategiyasının əsasını qoydu və əldə edilən nailiyyətlərin möhkəm platformasını yaratdı. Bundan başqa, ictimai-siyasi sabitlik bərpa edildi, islahatlar həyata keçirildi, ölkənin yeni Konstitusiyası qəbul olundu, Azərbaycan iqtisadi inkişaf və tərəqqi yoluna qədəm qoydu. Bütün bunlar Heydər Əliyev şəxsiyyətinin, Onun zəkasının və müdrik siyasətinin təntənəsidir. Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu siyasət bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir”.
“Səs” Media Qrupunun rəhbəri Bəhruz Quliyev diqqətə çatdırıb ki, müstəqil Azərbaycanın xilası və qurtuluşu məhz Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. 1993-cü ilin iyun ayında ölkədə böhran acınacaqlı həddə çatmışdı. Məhz tariximizə Milli Qurtuluş Günü kimi daxil olan 15 iyun tarixində Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycan Respublikası parlamentinə Sədr seçilməsi ölkəmizin siyasi tarixində yeni bir mərhələnin başlanğıcı oldu: “Ümummilli lider uzaqgörən və müdrik siyasəti ilə xalqımızı, dövlətimizi düşdüyü ağır vəziyyətdən xilas etdi, inkişaf yoluna çıxardı. Azərbaycanda vətəndaş müharibəsinin qarşısı alındı, separatçı qüvvələr zərərsizləşdirildi, ictimai-siyasi sabitlik bərpa olundu, demokratik və hüquqi dövlət quruculuğu prosesinə başlanıldı. Ölkənin sosial-iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində dönüş yarandı. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu daxili və xarici siyasət kursu sayəsində Azərbaycanın beynəlxalq mövqeyi daha da möhkəmlənib, ölkəmiz dünya birliyinin layiqli üzvünə çevrilib”.
ADPU-nun rektoru, professor Cəfər Cəfərov Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən, müstəqil dövlətimizin qurulmasında və möhkəmlənməsində Ümummilli lider Heydər Əliyevin misilsiz xidmətlərindən danışaraq, 1993-cü ilin iyun ayında ölkədə böhranın kəskin həddə çatdığını və belə bir anda xalqı vətəndaş qarşıdurmasından, səfalətdən, ölkəni parçalanmaq təhlükəsindən xilas etmək gücündə olan yalnız bir dahi şəxsiyyətin - Heydər Əliyevin xalqına və dövlətinə sahib çıxdığını xatırladıb. Rektor deyib ki, 15 İyun müasir tariximizə müstəqil respublikamızın hərtərəfli tərəqqisinin, hüquqi, demokratik və dünyəvi dövlət quruculuğu prosesinin bünövrəsinin qoyulduğu bir gün kimi daxil olmuşdur.
Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu inkişaf siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini deyən rektor əlavə edib ki, Azərbaycan müasir dövrün qarşıya qoyduğu hədəf və tələblərə uyğun inkişaf edir. Ölkəmizdə bütün sahələrə olduğu kimi, elm və təhsilin inkişafına da böyük qayğı və diqqət var. ADPU-nun bu qayğını öz üzərində daim hiss etdiyini deyən Cəfər Cərəfov rəhbərlik etdiyi ali təhsil müəssisəsində həyata keçirilən struktur islahatlarından, təhsilin məzmununun yeniləşməsi sahəsində atılan addımlardan danışaraq əlavə edib ki, universitetin kollektivi öz strateji hədəflərinə çatmaq üçün əzmlə çalışır.
ADPU-nun Tarix və coğrafiya fakültəsinin III kurs tələbəsi Əhməd Ağababayev Ümummilli lider Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısındakı misilsiz xidmətlərdən danışaraq bildirib ki, Ulu öndərin əsasını qoyduğu dövlət gənclər siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
13 Noyabr 23:30
Sosial
13 Noyabr 23:19
Sosial
13 Noyabr 22:53
YAP xəbərləri
13 Noyabr 22:35
Hadisə
13 Noyabr 22:17
İdman
13 Noyabr 21:56
Dünya
13 Noyabr 21:32
Sosial
13 Noyabr 21:15
İqtisadiyyat
13 Noyabr 20:58
YAP xəbərləri
13 Noyabr 20:31
İqtisadiyyat
13 Noyabr 20:12
Dünya
13 Noyabr 19:51
Dünya
13 Noyabr 19:32
İqtisadiyyat
13 Noyabr 19:16
YAP xəbərləri
13 Noyabr 18:30
YAP xəbərləri
13 Noyabr 17:34
Dünya
13 Noyabr 17:20
YAP xəbərləri
13 Noyabr 17:14
YAP xəbərləri
13 Noyabr 16:44
YAP xəbərləri
13 Noyabr 16:16
Gündəm
13 Noyabr 16:11
Sosial
13 Noyabr 15:35
Elanlar
13 Noyabr 15:28
YAP xəbərləri
13 Noyabr 15:27
YAP xəbərləri
13 Noyabr 14:15
Siyasət
13 Noyabr 14:09
Siyasət
13 Noyabr 14:05
Sosial
13 Noyabr 12:49
İqtisadiyyat
13 Noyabr 12:48
İqtisadiyyat
13 Noyabr 12:47
Hadisə
13 Noyabr 12:46
Sosial
13 Noyabr 12:41
Siyasət
13 Noyabr 12:40
MEDİA
13 Noyabr 12:39
Dünya
13 Noyabr 12:17
Siyasət
13 Noyabr 11:52
Siyasət
13 Noyabr 11:26
İqtisadiyyat
13 Noyabr 10:55
Mədəniyyət
13 Noyabr 10:55
Siyasət
13 Noyabr 10:32
MEDİA
13 Noyabr 10:15
Gündəm
13 Noyabr 10:13
Analitik
13 Noyabr 09:58
Ədəbiyyat
13 Noyabr 09:30
Analitik
13 Noyabr 09:14
Siyasət
13 Noyabr 09:05
Sosial
13 Noyabr 08:51
Sosial
13 Noyabr 08:23
YAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44

