Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Yeni Azərbaycan Partiyası qələbələr partiyasıdır

Yeni Azərbaycan Partiyası qələbələr partiyasıdır

12.10.2017 [10:14]

“Səs” qəzetinin redaksiyasında Yeni Azərbaycan Partiyasının 25 illik yubileyi ilə əlaqədar “dəyirmi masa” keçirilib
Oktyabrın 11-də “Səs” qəzetinin redaksiyasında Yeni Azərbaycan Partiyasının (YAP) 25 illik yubileyi ilə əlaqədar olaraq “Yeni Azərbaycan Partiyası qələbələr partiyasıdır” mövzusunda “dəyirmi masa” keçirilib.
AZƏRTAC xəbər verir ki, “Səs” qəzetinin və Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının birgə təşkilatçılığı ilə keçirilən “dəyirmi masa”da əvvəlcə Ulu öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra “Səs” qəzetinin Yeni Azərbaycan Partiyasının 25 illik şərəfli fəaliyyəti ilə bağlı hazırladığı sənədli film nümayiş olunub.
Tədbiri açan “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev Yeni Azərbaycan Partiyasının yaranma tarixindən, əldə etdiyi nailiyyətlərdən və ölkənin ictimai-siyasi həyatındakı rolundan bəhs edib. Qeyd edib ki, Yeni Azərbaycan Partiyası Ümummilli lider Heydər Əliyevin ideyalarına daim yüksək sədaqət nümayiş etdirib, öz Lideri, partiyanın Sədri, Prezident İlham Əliyevin qarşıya qoyduğu vəzifə və tapşırıqları böyük məsuliyyətlə yerinə yetirib.
YAP Səbail rayon təşkilatının sədri, Milli Məclisin deputatı Şəmsəddin Hacıyev çıxışında diqqəti ölkəmizin əldə etdiyi uğurlara, sosial-iqtisadi sahədə qazanılan nailiyyətlərə çəkib. Bildirib ki, bu uğurların əsasında dövlətimizin qurucusu və memarı, Yeni Azərbaycan Partiyasının yaradıcısı Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu və bu gün Prezident İlham Əliyevin uğurla davam etdirdiyi siyasət dayanır.
YAP İdarə Heyətinin üzvü, Milli Məclisin komitə sədri Eldar İbrahimov, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu, YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Musa Quliyev, YAP Qadınlar Şurasının sədri, Bakı Slavyan Universitetinin rektoru Nurlana Əliyeva, YAP Gənclər Birliyinin sədr müavini Samirə Quliyeva Ümummilli lider Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli yoldan, əldə etdiyi uğurlardan bəhs ediblər. Bildirilib ki, Azərbaycanın müstəqil, demokratik, sivil dövlət kimi qurulması və möhkəmləndirilməsində, vətəndaş cəmiyyəti quruculuğunda fəal rol oynayan YAP-ın yaranması ölkəmizdə cərəyan edən hadisələrin yekunu və mövcud ictimai-siyasi şəraitin məntiqi nəticəsi idi. Qeyd edilib ki, Azərbaycan xalqının müqəddəratını həll edən, dünənin, bu günün və sabahın məsuliyyətini öz üzərinə götürən, müstəqil Azərbaycan dövləti ilə eyni zamanda təşəkkül tapan Yeni Azərbaycan Partiyası aparıcı siyasi qüvvə kimi fəaliyyət göstərdiyi 25 il ərzində bütün qüvvə və bacarığını xalqa xidmətə yönəldərək, bir-birindən əhəmiyyətli uğurlara imza atıb. Partiyanın yaradıcısı, Ümummilli lider Heydər Əliyevin zəngin təcrübəsi, müstəqil, demokratik, hüquqi dövlət quruculuğu yolunda gərgin fəaliyyəti Azərbaycanın bugünkü və gələcək taleyini müəyyən edib. Yeni Azərbaycan Partiyası nəinki ölkəmizdə, həmçinin Qafqaz regionunda ən güclü, ən mükəmməl siyasi təşkilatdır və ictimai nüfuzuna görə onunla müqayisə oluna biləcək bir qurum yoxdur. Bu gün Prezident İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası ən ali ideallara xidmət edir.

Paylaş:
Baxılıb: 660 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30