YAP Xızı rayon təşkilatının VIII konfransı keçirilib
04.11.2017 [01:10]
Yeni Azərbaycan Partiyası (YAP) Xızı rayon təşkilatının VIII konfransı keçirilib. Konfransda “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu, “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev, YAP Mərkəzi Aparatının məsul işçisi Araz Xudadanov, Xızı rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanov və digər qonaqlar iştirak ediblər. Tədbirdən əvvəl konfrans iştirakçıları Ümummilli lider Heydər Əliyevin abidəsi önünə tər gül dəstələri qoyaraq əziz xatirəsini ehtiramla yad ediblər.
Daha sonra Xızı şəhər Heydər Əliyev Mərkəzində davam edən konfransı giriş sözü ilə açan YAP Xızı rayon təşkilatının sədri Fərrux Haqverdiyev VII konfransdan ötən dövr ərzində görülən işlər barədə tədbir iştirakçılarına məlumat verib. Müstəqil Azərbaycanın inkişafında müstəsna xidmətləri olan Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli tarixi inkişaf yolundan danışan Fərrux Haqverdiyev YAP Xızı rayon təşkilatının 1993-cü il fevralın 26-da yaradıldığını diqqətə çatdırıb. Partiya rayon təşkilatının sıralarının gündən-günə genişləndiyini deyən F.Haqverdiyev vurğulayıb ki, hazırda YAP Xızı rayon təşkilatının 40 ərazi ilk partiya təşkilatında 1861 nəfər üzv fəaliyyət göstərir. Partiya rayon təşkilatının üzvlərinin 852 nəfərini gənclər, 861 nəfərini isə qadınlar təşkil edir. Bununla yanaşı, partiya rayon təşkilatının 69 üzvü yerli bələdiyyələrdə fəaliyyət göstərir. F.Haqverdiyev onu da qeyd edib ki, YAP Xızı rayon təşkilatı partiyanın Proqram və Nizamnaməsinə uyğun olaraq və partiyanın İcra Katibliyinin qarşıya qoyduğu vəzifələrin icrasını layiqincə yerinə yetirmək üçün bütün səylərini səfərbər edir.
Konfransda çıxış edən YAP Xızı rayon təşkilatı Nəzarət Təftiş Qrupunun rəhbəri Bəşir Mürsəlov hesabat məruzəsi ətrafında məlumat verib. Eləcə də çıxış edən YAP Xızı rayon təşkilatı Qadınlar Şurasının sədri Jalə Süleymanova və YAP Xızı rayon təşkilatının Gənclər Birliyinin üzvü İman Ağayev partiya rayon təşkilatının fəaliyyətindən bəhs ediblər.
Çıxış edən “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu tədbir iştirakçılarını YAP-ın yaranmasının 25 illiyi münasibətilə təbrik edib. YAP-ın ölkəmizin siyasi, iqtisadi, ictimai həyatında mühüm rol oynadığını deyən millət vəkilinin sözlərinə görə, partiyamız sıralarında 700 mindən artıq insanı birləşdirir ki, bu da çox möhtəşəm qüvvədir. “25 illik bir dövr Azərbaycanın müstəqillik və inkişaf tarixinə çevrilib. Bu illər ərzində Azərbaycanın beynəlxalq müstəvidə nüfuzu əhəmiyyətli dərəcədə yüksəlib, hərbi və siyasi baxımdan ölkəmiz xeyli güclənib”, - deyən Hikmət Babaoğlu qeyd edib ki, YAP-ın yaranması çox mürəkkəb dövrə təsadüf edir. 1990-cı illərin əvvəlində Azərbaycanın siyasi və iqtisadi böhran keçirdiyini, mənəvi dəyərlərin deqredasiyaya uğradığını xatırladan millət vəkilinin sözlərinə görə, bu və digər problemlər Azərbaycanı məhv olmaq təhlükəsi ilə üz-üzə qoymuşdu: “Belə bir şəraitdə ölkəni böhrandan çıxarmaq üçün güclü bir liderə ehtiyac var idi. Bu missiyanı Ümummilli lider Heydər Əliyev Öz üzərinə götürdü. Ulu öndər Heydər Əliyev Yeni Azərbaycan Partiyasını yaratmaqla siyasi cəhətdən xalqı təşkilatlandırdı. YAP Azərbaycan cəmiyyətinə siyasi əxlaq, siyasi mədəniyyət gətirdi. Bu siyasi mədəniyyət bütövlükdə milli mədəniyyətimizi keyfiyyətcə yeni mərhələyə daşıdı. 25 il ərzində YAP böyük inkişaf yolu keçib. Hazırda partiyamız ölkənin ictimai-siyasi proseslərində aparıcı, mühüm rol oynayır. Prezident İlham Əliyevin rəhbərliyi ilə partiyamız Azərbaycanın siyasi palitrasının lokomotiv gücüdür, xalqın maraqlarını qoruyan siyasi qüvvədir. Azərbaycan bu gün güclü dövlətdir və bu gücün əsas səbəbi xalqla hakimiyyətin birliyidir. Bu birlik partiyamızın ən böyük uğurudur”.
Çıxış edən “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev YAP-ın yaranmasını zərurətdən doğan amil kimi dəyərləndirib. O bildirib ki, YAP ölkəmizin avanqard qüvvəsi kimi xalqımızın qarşısında dayanan vəzifələrin həll edilməsinə layiqli töhfəsini verib. Bəhruz Quliyev vurğulayıb ki, bu gün Yeni Azərbaycan Partiyası ölkəmizdə ən güclü, ən mükəmməl siyasi təşkilatdır və ictimai nüfuzuna görə onunla müqayisə edilə biləcək siyasi təşkilat yoxdur: “YAP zamanın çətin sınaqlarından şərəflə çıxıb, böyük siyasi qüvvəyə çevrilib. Partiyanın sıralarının gündən-günə artmasının əsas səbəbi ondadır ki, YAP-ın yaradıcısı, ilk rəhbəri dahi şəxsiyyət, Azərbaycan xalqının xilaskarı, Ümummilli lider Heydər Əliyev olub. Partiyanın nüfuzu ondadır ki, hazırda bu təşkilata Heydər Əliyev ideyalarının layiqli davamçısı Prezident İlham Əliyev rəhbərlik edir”.
Daha sonra çıxış edən Xızı rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanov YAP-ın ölkənin siyasi həyatında əvəzolunmaz rolundan bəhs edərək bildirib ki, Ulu öndərin rəhbərliyi ilə yaradılan partiya hər zaman milli maraqlarımızın keşiyində dayanıb. X.Aslanov qeyd edib ki, əsası dahi lider Heydər Əliyev tərəfindən qoyulan siyasət nəticəsində ölkəmiz bütün sahələr üzrə sürətlə inkişaf edir, gözəlləşir, güclənir. Sevindirici haldır ki, bu uğurlu və xilaskar siyasət Ulu öndərin layiqli davamçısı cənab Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilir.
Konfransda təşkilati məsələlərə baxılıb və Fərrux Haqverdiyev yenidən YAP Xızı rayon təşkilatının sədri seçilib. Bundan başqa, konfransda sədr müavinləri, 9 nəfərdən ibarət idarə heyəti, 19 nəfərdən ibarət şura və 5 nəfərdən ibarət Nəzarət Təftiş qrupunun üzvləri seçiliblər.
Bununla yanaşı, konfransda YAP Xızı rayon təşkilatı tərəfindən keçirilən tədbirlərdə fəal iştirak etdiyinə və rayonun ictimai-siyasi həyatında göstərdiyi xidmətlərə görə bir qrup partiya fəalına Fəxri fərmanlar, partiyaya yeni üzv olan şəxslərə isə partiya vəsiqələri təqdim olunub.
Zahid İLHAMOĞLU
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
15 İyul 23:18
Xəbər lenti
15 İyul 22:43
Sosial
15 İyul 22:19
Sosial
15 İyul 21:50
Dünya
15 İyul 21:27
Sosial
15 İyul 21:13
İqtisadiyyat
15 İyul 20:43
Analitik
15 İyul 20:39
Dünya
15 İyul 20:32
Maraqlı
15 İyul 20:19
İqtisadiyyat
15 İyul 19:56
Dünya
15 İyul 19:22
Dünya
15 İyul 19:07
Dünya
15 İyul 18:20
Xəbər lenti
15 İyul 17:59
İqtisadiyyat
15 İyul 17:35
Xəbər lenti
15 İyul 17:17
Xəbər lenti
15 İyul 16:57
YAP xəbərləri
15 İyul 16:46
YAP xəbərləri
15 İyul 16:38
YAP xəbərləri
15 İyul 16:32
YAP xəbərləri
15 İyul 16:31
Siyasət
15 İyul 16:21
Elanlar
15 İyul 16:20
Mədəniyyət
15 İyul 16:17
Gündəm
15 İyul 16:16
Sosial
15 İyul 15:58
YAP xəbərləri
15 İyul 15:49
Siyasət
15 İyul 15:29
Sosial
15 İyul 15:27
Xəbər lenti
15 İyul 14:56
Dünya
15 İyul 14:25
Xəbər lenti
15 İyul 13:50
İqtisadiyyat
15 İyul 13:33
İdman
15 İyul 12:51
İqtisadiyyat
15 İyul 12:49
YAP xəbərləri
15 İyul 12:09
Siyasət
15 İyul 11:56
Siyasət
15 İyul 11:55
Sosial
15 İyul 11:30
Sosial
15 İyul 11:30
Gündəm
15 İyul 11:14
Siyasət
15 İyul 11:13
YAP xəbərləri
15 İyul 10:43
Gündəm
15 İyul 10:41
Maraqlı
15 İyul 10:39
Siyasət
15 İyul 10:38
İqtisadiyyat
15 İyul 10:30
Gündəm
15 İyul 10:21
Xəbər lenti
15 İyul 10:19
Ədəbiyyat
15 İyul 10:01
Dünya
15 İyul 09:58
Ədəbiyyat
15 İyul 09:37
YAP xəbərləri
15 İyul 09:33
MEDİA
15 İyul 09:30
İdman
15 İyul 08:46
Dünya
14 İyul 23:29
Dünya
14 İyul 23:10
Dünya
14 İyul 22:45
YAP xəbərləri
14 İyul 22:23
YAP xəbərləri
14 İyul 22:19
Dünya
14 İyul 22:19
Sosial
14 İyul 21:50
İqtisadiyyat
14 İyul 21:24
İqtisadiyyat
14 İyul 21:10
YAP xəbərləri
14 İyul 20:48
Dünya
14 İyul 20:43
Gündəm
14 İyul 20:33
Dünya
14 İyul 20:32
Müsahibə
14 İyul 20:18

