Qaradağda 2 fevral - Gənclər Gününə həsr olunmuş silsilə tədbirlər keçirilib
02.02.2018 [10:02]
Yeni Azərbaycan Partiyası (YAP) Qaradağ rayon təşkilatının Gənclər Birliyi (GB) və rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 2 fevral - Gənclər Gününə həsr olunmuş tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan Qaradağ rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Abbasov əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən davam etdirilən gənclər siyasəti haqqında ətraflı danışaraq, ölkəmizdə gənclər üçün hər cür şəraitin yaradıldığını bildirib.
Tədbirdə çıxış edən YAP Qaradağ rayon təşkilatının sədri, Milli Məclisin deputatı Aydın Hüseynov gəncləri təbrik edərək, əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətinin əhəmiyyətindən, Gənclər Gününün təsis edilməsinin önəmindən danışıb. Millət vəkili respublikamızda gənclərin hərtərəfli inkişafı üçün geniş imkanların olduğunu söyləyib. Aydın Hüseynov həmçinin ölkəmizin və regionun ən böyük siyasi təşkilatı olan Yeni Azərbaycan Partiyasının gənclərlə bağlı məsələlərə çox böyük əhəmiyyət verdiyini vurğulayaraq qeyd edib ki, YAP gənclərə özlərini təsdiq etmək və inkişaf etdirmək üçün münbit platforma təklif edir. YAP-ın sıralarında birləşən vətənpərvər gənclər ordusu Azərbaycan dövlətçiliyinə sədaqətlə xidmət edir.
Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov da ölkəmizdə gənclər siyasəti sahəsində əldə olunan nailiyyətlər haqqında geniş məlumat verib. O bildirib ki, dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafında müstəsna rol oynayır. R.Abbasov Azərbaycan gənclərinin doğma Vətənə və xalqa bağlı olduqlarını vurğulayıb.
Rayon İcra Hakimiyyəti başçısının müavini Emil Abbasov isə rayonda gənclərin inkişafı, onların asudə vaxtlarının səmərəli təşkili, gənclər arasında vətənpərvərlik hisslərinin gücləndirilməsi istiqamətində görülən tədbirlər, gənclərin rayonun ictimai həyatında oynadığı fəal rol və digər məsələlər barədə danışıb.
Tədbirdə həmçinin YAP Qaradağ rayon təşkilatı Gənclər Birliyinin sədri Ramiz Yusubov, GB-nin üzvləri Könül Əhmədova, Namiq Vəliyev və digərləri ölkəmizdə gənclər siyasətinin uğurlarından, Gənclər Gününün geniş qeyd olunmasının əhəmiyyətindən danışıblar.
Tədbirin sonunda bir qrup fəal gənc fəxri fərmanlarla təltif olunub.
Qeyd edək ki, Qaradağ rayonunda Gənclər Günü münasibətilə növbəti tədbir YAP Qaradağ rayon təşkilatının Qadınlar Şurasının təşkilatçılığı ilə keçirilib. Tədbirdə çıxış edən Milli Məclisin deputatı Aydın Hüseynov deyib ki, Ulu öndər Heydər Əliyev Azərbaycan gəncliyini hər mənada güclü görmək istəyirdi. Odur ki, Ümummilli liderimiz Heydər Əliyev 1994-cü ilin iyulunda Azərbaycanda Gənclər və İdman Nazirliyini yaratdı və xalqımızın gənclərini bir araya topladı. Onun sözlərinə görə, 1996-cı il fevralın 2-də isə ilk dəfə müstəqil dövlətimizin Gənclər Forumu keçirildi və Ulu öndər Heydər Əliyevin elə həmin gün imzaladığı Sərəncamla fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edildi. Gənclərə, gələcək nəslə çox böyük önəm verən, onların problemlərini hər zaman diqqət mərkəzində saxlayan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən gənclərin problemlərinin həlli üçün mühüm addımlar atılır. 2007-ci ilin “Gənclər ili” elan edilməsi, “Azərbaycan Gəncliyi Dövlət Proqramı”nın təsdiqi, Gənclər Fondunun yaradılması, gənclər, onların sosial müdafiəsi ilə bağlı müxtəlif sərəncamların verilməsi həmin işlərin bir hissəsidir.
Tədbirdə çıxış edən YAP Qaradağ rayon təşkilatının Qadınlar Şurasının sədri Hicran Xəlilova və fəal qadınları gəncləri bayram münasibətilə təbrik edib, gənc nəslin vətənpərvər ruhda böyüməsinin, gənclərin ölkə həyatında fəal təmsil olunmasının əhəmiyyətini vurğulayıblar.
Xəbər lenti
Hamısına baxDünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50

