Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Hacıqabulluların seçimi İlham Əliyevdir

Hacıqabulluların seçimi İlham Əliyevdir

23.03.2018 [10:07]

Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Seçki Qərargahının Hacıqabul rayon şöbəsi 11 aprel 2018-ci il tarixdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar təbliğat-təşviqat kampaniyasına start verib.
Martın 22-də rayonun Ağacanlı kənd Mədəniyyət evində seçicilərlə görüş keçirilib. YAP Hacıqabul rayon təşkilatının sədri Hafis Bəşirov tədbirdə çıxış edərək bildirib ki, son 15 ildə Azərbaycan dövləti bir çox istiqamətlərdə ciddi uğurlara nail olub. Xüsusilə də burada qeyri-neft sektorunun inkişafı vurğulanmalıdır. Son illər kənd təsərrüfatı, turizm, nəqliyyat, İKT sahələrində qazanılan uğurlar ölkəmizə dividendlər gətirir. Bütün bunlar xaricdən asılılığı azaldır, idxalçıdan ixracatçıya çevrilirik. ÜDM-in üçdə iki hissəsi qeyri-neft sektorunun hesabına formalaşır. Bu, o deməkdir ki, Azərbaycan bundan sonrakı illərdə də qeyri-neft sektorunun inkişafı hesabına daxili tələbatını əhəmiyyətli dərəcədə təmin edəcək.
Natiq əlavə edib ki, Azərbaycanın bölgədə və dünyada qüdrətinin daha da artması, ərazi bütövlüyümüzün təmin olunması, qaçqın və məcburi köçkünlərin öz yurdlarına qayıtması qarşıda duran vəzifələrimiz sırasındadır. Ona görə də hacıqabullular yenidən cənab İlham Əliyevə səs verəcəklər.
Tədbirdə eyni zamanda YAP Hacıqabul rayon təşkilatının İdarə Heyətinin üzvü Məhəmməd Mirzəyev, rayon təşkilatının Gənclər Birliyinin sədri Saleh Ələsgərov çıxış edərək seçiciləri daha uğurlu gələcək naminə YAP-ın namizədinə səs verməyə çağırıblar.

Paylaş:
Baxılıb: 670 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

İqtisadiyyat

Ədəbiyyat

Analitik

Yeni texnologiyalar

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30