Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / YAP Binəqədi rayon təşkilatında cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə ilk görüş keçirilib

YAP Binəqədi rayon təşkilatında cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə ilk görüş keçirilib

23.03.2018 [10:09]

Martın 22-də Yeni Azərbaycan Partiyası (YAP) Binəqədi rayon təşkilatının inzibati binasında bu il aprelin 11-də keçiriləcək prezident seçkilərində YAP tərəfindən namizədliyi irəli sürülmüş cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə ilk görüş keçirilib.
Görüşü giriş nitqi ilə açan YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov Prezident İlham Əliyevin rəhbərliyi ilə son 15 il ərzində ölkəmizdə həyata keçirilən uğurlu islahatlardan və o islahatların nəticəsi olaraq əldə olunan çoxsaylı nailiyyətlərdən geniş bəhs edib. O, qeyd edib ki, Azərbaycanın iqtisadi uğurları günbəgün artır və bu uğurların qazanılması ilə ölkəmizin ictimai-siyasi sabitliyi, xalqımızın rifah halının daha da yaxşılaşdırılması təmin edilir. Bütün bunların dövlət başçısı cənab İlham Əliyevin uzaqgörən siyasətinin bəhrəsi olduğunu söyləyən R.Göyüşov Azərbaycanın daha da inkişaf etməsi, təhlükəsiz, müstəqil, daha qüdrətli ölkə olaraq qələbələr qazanması naminə bütün seçiciləri bu ilin 11 aprel tarixində keçiriləcək prezident seçkilərində cənab İlham Əliyevə səs verməyə çağırıb.
YAP Binəqədi rayon təşkilatının sədr müavini Hüseyn Əsgərov çıxış edərək ölkə Prezidenti cənab İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi illər ərzində Azərbaycanın sürətli inkişafa nail olduğunu, vətəndaş cəmiyyətinin formalaşdırılması, təhsil və səhiyyə sahələrində mühüm uğurların əldə edildiyini söyləyib. O, bu gün Azərbaycan təhsil standartlarının beynəlxalq standartlara uyğunlaşdırıldığını, informasiya kommunikasiya texnologiyalarının inkişafının təmin edilməsi istiqamətində məqsədyönlü islahatların həyata keçirildiyini vurğulayıb. Hüseyn Əsgərov çıxışının sonunda seçiciləri ölkəmizin sürətli inkişafına öz töhfəsini verməyə və cənab İlham Əliyevi dəstəkləməyə çağırıb.
Görüşdə seçicilər adından çıxış edən Binəqədi rayonu 157 saylı tam orta ümumtəhsil məktəbinin müəllimi Orxan Rəfiyev bir gənc vətəndaş və müəllim olaraq dövlət başçısı cənab İlham Əliyevin gördüyü işlərin onda qürur hissi oyatdığını, 2016-cı ilin aprel döyüşlərində ordumuzun şanlı qələbəsinin məhz görülən işlərin məntiqi nəticəsi olduğunu bildirib. O, binəqədili seçicilərin aprelin 11-də cənab İlham Əliyevə səs verəcəklərini qeyd edib.
Görüş yüksək coşqu ilə başa çatıb.

Paylaş:
Baxılıb: 629 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

İqtisadiyyat

Ədəbiyyat

Analitik

Yeni texnologiyalar

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30