Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Bərdə rayonunun Yeni Daşkənd və Gərənə kəndlərində seçicilərlə görüş keçirilib

Bərdə rayonunun Yeni Daşkənd və Gərənə kəndlərində seçicilərlə görüş keçirilib

23.03.2018 [10:10]

Yeni Azərbaycan Partiyasının (YAP) Bərdə rayon təşkilatı “İlhamla irəli” şüarı ilə təbliğat-təşviqat kampaniyasına uğurla start verib. Belə ki, YAP Bərdə rayon təşkilatı Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində rayonun Yeni Daşkənd və Gərənə kəndlərində seçicilərlə görüş keçirib.
Seçicilər qarşısında çıxış edən YAP Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya cənab İlham Əliyevin zəngin həyat yolundan, Onun Azərbaycan dövlətçiliyi üçün həyata keçirdiyi misilsiz xidmətlərdən, həmçinin rayonda gedən abadlıq-quruculuq işlərindən danışıb. Təşkilat sədri bildirib ki, cənab İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi strategiya Azərbaycanı dünyanın ən dinamik inkişaf edən dövlətləri sırasına çıxarıb.
Görüşlərdə həmçinin görüş iştirakçılarından Nizami Quliyev, Nurayə Məmmədova, Teymur Həmidov, Ofelya Hüseynova, Zərifə Məmmədova, Aqşin Hacızadə və Sarıtel Ələsgərova çıxış ediblər. Çıxışlarda bildirilib ki, 15 il ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz bütün sahələr üzrə inkişaf edib, müasirləşib və yeniləşib. Bu dövrdə əhalinin rifahı əhəmiyyətli dərəcədə yüksəlib və bu yüksəlişi hər bir vətəndaş öz həyatında hiss etməkdədir. Bütün bunlar Prezident İlham Əliyevin siyasətinin nəticəsidir.
Çıxış edənlər seçiciləri aprelin 11-də seçki məntəqələrinə gedərək YAP-ın namizədinə, xalqın namizədinə səs verməyə çağırıblar.

Paylaş:
Baxılıb: 678 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

İqtisadiyyat

Ədəbiyyat

Analitik

Yeni texnologiyalar

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30