Tərtərlilər Azərbaycanın tərəqqisi naminə cənab İlham Əliyevə səs verəcəklər
27.03.2018 [10:41]
Prezident seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində Tərtər şəhər stadionunda izdihamlı mitinq keçirilib
Yeni Azərbaycan Partiyasının (YAP) prezidentliyə namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində Tərtər rayonunda seçicilərlə görüşlər davam edir. Növbəti belə mitinq-görüş isə Tərtər şəhər stadionunda keçirilib.
Milli Məclisin deputatı Tahir Rzayevin, akademik Vaqif Abbasovun, YAP Mərkəzi Aparatının məsul işçisi Araz Xudadanovun, həmçinin rayon sakinlərinin iştirak etdiyi izdihamlı mitinqi giriş sözü ilə YAP Mərkəzi Seçki Qərargahı Tərtər rayon şöbəsinin və partiyanın rayon təşkilatının sədri Ramiz Şabanov açaraq növbəti prezident seçkilərinin də rayonda böyük coşqu və bayram əhval-ruhiyyəsi ilə keçiriləcəyini bildirib. O qeyd edib ki, partiyamızın prezidentliyə namizədi cənab İlham Əliyevin son 15 ildə ölkə Prezidenti kimi fəaliyyəti, gördüyü işlər, Azərbaycanın dünya dövlətləri sırasında layiqli yer tutması üçün yürütdüyü daxili və xarici siyasət bu gün ölkəmizin dünyanın hər yerdə sayılan, hesablaşılan bir dövlətə çevrilməsini təmin edib: “Cənab İlham Əliyevin daim xalqın yanında olması, əhalinin sosial rifah halının daha da yaxşılaşdırılmasını təmin edən Fərman və sərəncamlar imzalaması bir daha sübut edir ki, möhtərəm Prezident özünün qeyd etdiyi kimi, hər bir Azərbaycan vətəndaşının Prezidentidir”.
O da qeyd olunub ki, tərtərlilər budəfəki prezident seçkilərində də Azərbaycanın tərəqqisi naminə cənab İlham Əliyevə səs verəcəklər.
Seçicilərlə görüşdə çıxış edən Milli Məclisin deputatı Tahir Rzayev və akademik Vaqif Abbasov cənab İlham Əliyevin seçki proqramı haqqında məlumat verib və ötən 15 il ərzində müxtəlif sahələrdə görülən işlərin müsbət nəticələri barədə danışıblar.
Öz növbəsində mitinqdə tərtərli seçicilər yüksək fəallıq göstərərək bir daha Ümummilli liderin layiqli davamçısı cənab İlham Əliyevi dəstəklədiklərini nümayiş etdiriblər.
Tədbir respublikamızın incəsənət xadimlərinin konsert proqramı ilə davam edib.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
18 Sentyabr 13:07
Dünya
18 Sentyabr 12:50
Gündəm
18 Sentyabr 12:35
Dünya
18 Sentyabr 12:21
Formula 1
18 Sentyabr 12:12
Hadisə
18 Sentyabr 12:12
Elm
18 Sentyabr 12:11
Mədəniyyət
18 Sentyabr 12:10
İdman
18 Sentyabr 12:10
Sosial
18 Sentyabr 11:55
Sosial
18 Sentyabr 11:49
Gündəm
18 Sentyabr 11:46
Xəbər lenti
18 Sentyabr 11:39
Sosial
18 Sentyabr 11:30
Gündəm
18 Sentyabr 11:28
Siyasət
18 Sentyabr 11:04
İqtisadiyyat
18 Sentyabr 10:54
Sosial
18 Sentyabr 10:43
Siyasət
18 Sentyabr 10:21
Siyasət
18 Sentyabr 09:45
Siyasət
18 Sentyabr 09:41
Analitik
18 Sentyabr 09:17
Ədəbiyyat
18 Sentyabr 08:59
Mədəniyyət
18 Sentyabr 08:30
Dünya
17 Sentyabr 23:39
Dünya
17 Sentyabr 23:17
Sosial
17 Sentyabr 22:43
Dünya
17 Sentyabr 22:25
Dünya
17 Sentyabr 21:50
Dünya
17 Sentyabr 21:18
Dünya
17 Sentyabr 20:45
Dünya
17 Sentyabr 20:17
Dünya
17 Sentyabr 19:59
Xəbər lenti
17 Sentyabr 19:21
Xəbər lenti
17 Sentyabr 18:26
YAP xəbərləri
17 Sentyabr 17:59
Siyasət
17 Sentyabr 17:24
Siyasət
17 Sentyabr 17:23
Siyasət
17 Sentyabr 17:23
Siyasət
17 Sentyabr 17:23
Gündəm
17 Sentyabr 17:16
Gündəm
17 Sentyabr 17:04
Gündəm
17 Sentyabr 17:01
YAP xəbərləri
17 Sentyabr 16:49
YAP xəbərləri
17 Sentyabr 16:47
Analitik
17 Sentyabr 16:45
YAP xəbərləri
17 Sentyabr 16:42
YAP xəbərləri
17 Sentyabr 16:39
Gündəm
17 Sentyabr 16:11
Gündəm
17 Sentyabr 15:52
YAP xəbərləri
17 Sentyabr 15:47
Hadisə
17 Sentyabr 15:27
Xəbər lenti
17 Sentyabr 15:10
Siyasət
17 Sentyabr 15:06
Sosial
17 Sentyabr 15:01
Siyasət
17 Sentyabr 14:57
Siyasət
17 Sentyabr 14:55
Siyasət
17 Sentyabr 14:13
İdman
17 Sentyabr 13:59
Gündəm
17 Sentyabr 12:57
Xəbər lenti
17 Sentyabr 12:55
Xəbər lenti
17 Sentyabr 12:53
Sosial
17 Sentyabr 12:22
Sosial
17 Sentyabr 12:21
İqtisadiyyat
17 Sentyabr 12:20
Sosial
17 Sentyabr 12:19
Siyasət
17 Sentyabr 11:08
Gündəm
17 Sentyabr 11:02
Siyasət
17 Sentyabr 10:15
İqtisadiyyat
17 Sentyabr 09:58

