Cənab İlham Əliyev növbəti dəfə möhtəşəm qələbə qazanacaq
30.03.2018 [10:27]
Siyəzən rayonunun Gilgilçay qəsəbəsi, Yenikənd və Eynibulaq kəndlərində YAP-ın namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə görüşlər keçirilib
Yeni Azərbaycan Partiyası (YAP) Siyəzən rayon təşkilatı YAP-ın prezidentliyə namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə görüşlərini davam etdirir.
Rayonun Eynibulaq kəndində seçicilərlə görüş zamanı YAP Siyəzən rayon təşkilatının sədri Etibar Heydərov qarşıdan gələn prezident seçkiləri ilə bağlı ətraflı məlumat verib. O qeyd edib ki, bu gün Azərbaycanın əldə etdiyi bütün uğurlarda Yeni Azərbaycan Partiyasının Sədri, ölkə Prezidenti İlham Əliyevin imzası var: “Biz bu uğurların davam etməsi üçün cənab İlham Əliyevə səs verməliyik. Əminliklə deyə bilərəm ki, Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyev tərəfindən davam etdirilən siyasət nəticəsində ölkəmiz daha da inkişaf edəcək”.
YAP Siyəzən rayon təşkilatının sədri Siyəzən seçicilərinin 11 aprel tarixində keçiriləcək prezident seçkilərində cənab İlham Əliyevə səs verəcəyinə əmin olduğunu deyib.
“Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu Azərbaycanın son 15 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasətin fonunda böyük inkişaf yolu keçdiyini, bu hərtərəfli və dinamik inkişafın bütün sahələri əhatə etdiyini deyib. Azərbaycan xalqının mütləq əksəriyyətinin Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasəti dəstəklədiyini diqqətə çatdıran millət vəkili əlavə edib ki, hər bir vətəndaş dövlətin yüksək diqqət və qayğısını öz üzərində hiss edir: “İctimai rəyin öyrənilməsi üzrə müxtəlif sosioloji tədqiqat mərkəzlərinin Azərbaycan əhalisi arasında keçirdiyi sorğular da göstərir ki, Prezident İlham Əliyevin fəaliyyəti cəmiyyət tərəfindən yüksək qiymətləndirilir. Azərbaycan cəmiyyəti Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin fonunda əldə edilmiş möhkəm ictimai-siyasi sabitliyi və sürətli iqtisadi inkişafı gələcək tərəqqinin əsası kimi dəyərləndirir. Bu isə Azərbaycanda vətəndaşların dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən siyasətə mütləq inam və etimad bəslədiyini göstərir”.
Milli Məclisin deputatı Tahir Süleymanov isə bildirib ki, Azərbaycan bütün sahələrdə çoxsaylı uğurlar əldə edib və bu, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət sayəsində mümkün olub: “Bu siyasətin davamlı olması və ölkəmizin yeni nailiyyətlər əldə etməsi üçün yenə də cənab İlham Əliyevə səs verməliyik. Azərbaycan xalqı Prezident İlham Əliyevin siyasətini dəstəkləyir və biz aprelin 11-də bir daha bunun şahidi olacağıq. Cənab İlham Əliyev növbəti dəfə möhtəşəm qələbə qazanacaq”.
Qeyd edək ki, rayonun Gilgilçay qəsəbəsi və Yenikənd kəndində də seçicilərlə görüşlər keçirilib.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
21 İyul 22:47
Dünya
21 İyul 22:20
Dünya
21 İyul 21:50
Dünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15
Dünya
21 İyul 19:45
Dünya
21 İyul 19:17
Siyasət
21 İyul 18:36
Dünya
21 İyul 18:20
Siyasət
21 İyul 17:41
YAP xəbərləri
21 İyul 17:10
YAP xəbərləri
21 İyul 16:49
Elanlar
21 İyul 16:33
Gündəm
21 İyul 16:29
Gündəm
21 İyul 15:52
YAP xəbərləri
21 İyul 15:47
Hadisə
21 İyul 15:32
Elm
21 İyul 15:32
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:30
Siyasət
21 İyul 15:04
Gündəm
21 İyul 14:26
Gündəm
21 İyul 14:08
Gündəm
21 İyul 12:47
Müsahibə
21 İyul 12:00
İqtisadiyyat
21 İyul 11:55
Ədəbiyyat
21 İyul 11:50
Gündəm
21 İyul 11:40
Gündəm
21 İyul 11:03
Mədəniyyət
21 İyul 10:59
Turizm
21 İyul 10:54
Dünya
21 İyul 10:41
İqtisadiyyat
21 İyul 10:21
Dünya
21 İyul 10:17
Analitik
21 İyul 10:16
Dünya
21 İyul 09:53
Analitik
21 İyul 09:38
Ədəbiyyat
21 İyul 09:25
Dünya
21 İyul 09:22
Dünya
21 İyul 08:39
Dünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54

