Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Ağdam rayonunun Zəngişalı və Qaradağlı kəndlərində seçicilərlə görüşlər keçirilib

Ağdam rayonunun Zəngişalı və Qaradağlı kəndlərində seçicilərlə görüşlər keçirilib

04.04.2018 [10:17]

Ölkəmizdə aprelin 11-də keçiriləcək prezident seçkilərində Yeni Azərbaycan Partiyasının (YAP) namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində respublikanın regionlarında silsilə tədbirlər keçirilir. Bu günlərdə Ağdam rayonunun Zəngişalı və Qaradağlı kəndlərində də seçicilərin iştirakı ilə görüşlər keçirilib.
Seçicilərlə görüşlərdə YAP Ağdam rayon təşkilatı təbliğat qrupunun sədri Hüseyn Bayramov, qrupun üzvləri Əvəz Sadıqov və Rafayıl Novruzov çıxış ediblər. Çıxışlarda YAP-ın Sədri, Prezident İlham Əliyevin yürütdüyü uğurlu daxili və xarici siyasət barədə geniş söhbət açılıb və son 15 ildə ölkəmizin müxtəlif sahələrdə qazandığı uğurlar barədə seçicilərə ətraflı məlumat verilib. Vurğulanıb ki, Prezident İlham Əliyev müxtəlif sahələrdə fəaliyyət istiqamətlərini müəyyənləşdirərkən ilk növbədə cəmiyyətdən gələn sosial sifarişləri əsas götürür. Buna görə də Onun yürütdüyü siyasət səmərəli alınır və yaxşı nəticələr verir. Ölkədə xalq-iqtidar həmrəyliyi yüksək səviyyədədir. İnsanlar İlham Əliyevin siyasətini bəyənir və Ona hər zaman dəstək verirlər.
Seçicilərlə keçirilən görüşlərdə Zəngişalı və Qaradağlı kəndlərinin sakinləri də söz alıblar. Onlar Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən sosial siyasətdən razılıqlarını bildiriblər. Vurğulanıb ki, dövlət başçısı İlham Əliyev insanların rifah halının yaxşılaşdırılmasını, onların kommunal rahatlıqlarla təminatının yüksəldilməsini, gəlir imkanlarının artırılmasını, əhalinin məşğulluğunun təmin edilməsini dövlət siyasətinin prioritetləri kimi müəyyənləşdirib. O cümlədən qaçqınlıq və məcburi köçkünlük taleyi yaşayan soydaşlarımız da Prezident İlham Əliyevin diqqət və qayğısı ilə əhatə olunublar. Son 15 ildə ölkənin ayrı-ayrı bölgələrində qaçqın və məcburi köçkünlərin mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması məqsədilə hər cür rahatlıqlara malik müasir qəsəbələr salınıb.
Prezident İlham Əliyevin ölkədə əhalinin bütün təbəqələrinin mənafeyi nəzərə alınmaqla reallaşdırdığı siyasət öz növbəsində cəmiyyətdə Ona olan inamı artırıb. Tədbirdə çıxış edənlər vurğulayıblar ki, bu amil aprelin 11-də insanların seçimində öz əksini tapacaq. Seçicilər onların qayğısına qalan, rahat həyatlarını təmin edən Prezident İlham Əliyevin namizədliyini dəstəkləyəcəklər.

Paylaş:
Baxılıb: 631 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Analitik

Ədəbiyyat

Serial oxucusu

25 Aprel 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

25 Aprel 08:38  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30