Sumqayıt seçiciləri YAP-ın namizədi cənab İlham Əliyevə səs verəcəklər
06.04.2018 [10:37]
11 apreldə Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə bağlı təbliğat-təşviqat kampaniyası çərçivəsində Sumqayıt şəhərində seçicilərlə növbəti görüş keçirilib. Yeni Azərbaycan Partiyasının (YAP) namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində keçirilən görüşdə çıxış edən YAP Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevin həyat və fəaliyyəti ilə bağlı geniş məlumat verib. Partiya şəhər təşkilatının sədri bildirib ki, son 15 ildə ölkəmiz yüksək səviyyəli inkişaf yolu keçib: “Bu gün Sumqayıt özünün inkişafının yeni mərhələsini yaşayır. Mən əminəm ki, qədirbilən sumqayıtlılar hər zaman olduğu kimi bu dəfə də seçkilərdə yüksək fəallıqla iştirak edəcəklər və öz seçimlərində hər zaman olduğu kimi dövlətçiliyimizi, birliyimizi, inkişafımızı seçəcəklər”.
Çıxış edən Milli Məclisin üzvü Muxtar Babayev bildirib ki, Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 2003-cü ildən bu vaxtadək olan müddət Azərbaycan tarixinə hərtərəfli və sürətli inkişaf dövrü kimi daxil olub. Natiq sosial-siyasi sabitliyin qorunmasının, mövcud iqtisadi inkişafın, hərtərəfli tərəqqinin təməlində Ümummilli liderin inkişaf strategiyasının, Onun müəyyənləşdirdiyi və Prezident İlham Əliyev tərəfindən davam etdirilən daxili və xarici siyasət xəttinin dayandığını önə çəkib.
Daha sonra çıxış edən Milli Məclisin üzvü Mirzəcan Xəlilov deyib ki, gənc dövlətin əsaslarının möhkəmliyi və həyata keçirilən strategiyanın səmərəliliyi məhz Prezident İlham Əliyevin liderlik keyfiyyətləri, zəkası, siyasi iradəsi və uzaqgörənliyi sayəsində mümkün olub. Prezident İlham Əliyev şəxsiyyəti modern cəmiyyətdə lider obrazının ən mühüm cəhətlərini özündə birləşdirir.
Daha sonra çıxış edən Sumqayıt Dövlət Universitetinin rektoru Elxan Hüseynov, YAP Sumqayıt şəhər təşkilatı təbliğat-təşviqat qrupunun üzvü Eldar İsmayılov və digərləri vurğulayıblar ki, hər bir Sumqayıt seçicisi bu gün ölkə Prezidentinin apardığı siyasi kursu dəstəkləyir. Tədbirdə bir daha Sumqayıt seçicilərinin aprelin 11-də YAP-ın namizədi cənab İlham Əliyevə səs verəcəklərinə əminlik ifadə olunub.
Xəbər lenti
Hamısına baxSiyasət
18 Sentyabr 09:45
Siyasət
18 Sentyabr 09:41
Analitik
18 Sentyabr 09:17
Ədəbiyyat
18 Sentyabr 08:59
Mədəniyyət
18 Sentyabr 08:30
Dünya
17 Sentyabr 23:39
Dünya
17 Sentyabr 23:17
Sosial
17 Sentyabr 22:43
Dünya
17 Sentyabr 22:25
Dünya
17 Sentyabr 21:50
Dünya
17 Sentyabr 21:18
Dünya
17 Sentyabr 20:45
Dünya
17 Sentyabr 20:17
Dünya
17 Sentyabr 19:59
Xəbər lenti
17 Sentyabr 19:21
Xəbər lenti
17 Sentyabr 18:26
YAP xəbərləri
17 Sentyabr 17:59
Siyasət
17 Sentyabr 17:24
Siyasət
17 Sentyabr 17:23
Siyasət
17 Sentyabr 17:23
Siyasət
17 Sentyabr 17:23
Gündəm
17 Sentyabr 17:16
Gündəm
17 Sentyabr 17:04
Gündəm
17 Sentyabr 17:01
YAP xəbərləri
17 Sentyabr 16:49
YAP xəbərləri
17 Sentyabr 16:47
Analitik
17 Sentyabr 16:45
YAP xəbərləri
17 Sentyabr 16:42
YAP xəbərləri
17 Sentyabr 16:39
Gündəm
17 Sentyabr 16:11
Gündəm
17 Sentyabr 15:52
YAP xəbərləri
17 Sentyabr 15:47
Hadisə
17 Sentyabr 15:27
Xəbər lenti
17 Sentyabr 15:10
Siyasət
17 Sentyabr 15:06
Sosial
17 Sentyabr 15:01
Siyasət
17 Sentyabr 14:57
Siyasət
17 Sentyabr 14:55
Siyasət
17 Sentyabr 14:13
İdman
17 Sentyabr 13:59
Gündəm
17 Sentyabr 12:57
Xəbər lenti
17 Sentyabr 12:55
Xəbər lenti
17 Sentyabr 12:53
Sosial
17 Sentyabr 12:22
Sosial
17 Sentyabr 12:21
İqtisadiyyat
17 Sentyabr 12:20
Sosial
17 Sentyabr 12:19
Siyasət
17 Sentyabr 11:08
Gündəm
17 Sentyabr 11:02
Siyasət
17 Sentyabr 10:15
İqtisadiyyat
17 Sentyabr 09:58
Analitik
17 Sentyabr 09:25
Analitik
17 Sentyabr 08:50
MEDİA
17 Sentyabr 08:36
İqtisadiyyat
16 Sentyabr 23:31
Dünya
16 Sentyabr 23:19
Dünya
16 Sentyabr 22:56
YAP xəbərləri
16 Sentyabr 22:26
İdman
16 Sentyabr 22:20
YAP xəbərləri
16 Sentyabr 22:14
Elanlar
16 Sentyabr 22:10
İqtisadiyyat
16 Sentyabr 21:43
Dünya
16 Sentyabr 21:18
Dünya
16 Sentyabr 20:49
Dünya
16 Sentyabr 20:25
Dünya
16 Sentyabr 19:52
Dünya
16 Sentyabr 19:17
YAP xəbərləri
16 Sentyabr 19:03
YAP xəbərləri
16 Sentyabr 18:48
Dünya
16 Sentyabr 18:29

