/ / YAP Qaradağ rayon təşkilatının Seçki Qərargahı rayonun Müşfiqabad qəsəbəsində seçicilərlə görüş keçirib
YAP Qaradağ rayon təşkilatının Seçki Qərargahı rayonun Müşfiqabad qəsəbəsində seçicilərlə görüş keçirib
06.04.2018 [10:39]
Yeni Azərbaycan Partiyasının (YAP) Qaradağ rayon təşkilatı YAP-ın prezident seçkilərində namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyasında növbəti görüşü rayonun Müşfiqabad qəsəbəsinin seçiciləri ilə keçirib. Görüşdə çıxış edən YAP Qaradağ rayon təşkilatının sədri, partiyanın Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Aydın Hüseynov deyib ki, bir neçə gündən sonra ölkəmizdə növbəti prezident seçkiləri keçiriləcək. Onun sözlərinə görə, Yeni Azərbaycan Partiyası bu seçkilərdə partiyamızın və xalqımızın alternativsiz lideri cənab İlham Əliyevin namizədliyini irəli sürüb. Aydın Hüseynov cənab İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi 15 il ərzində ölkəmizin qazandığı misilsiz nailiyyətlər haqqında geniş məlumat verərək deyib ki, bu 15 il Azərbaycan dövlətçilik tarixinə sürətli inkişaf və sabitlik dövrü kimi parlaq hərflərlə yazılıb. O, qarşıda yeni hədəflərin dayandığını vurğulayaraq Azərbaycanın daha böyük zirvələr fəth etməsi, vətəndaşlarımızın daha yüksək həyat standartlarının təmin olunması, Azərbaycanın dünya birliyində mövqelərinin daha da möhkəmləndirilməsi naminə bütün seçiciləri cənab İlham Əliyevə səs verməyə çağırıb.
Görüşdə çıxış edən Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, professor Ədalət Muradov 2003-cü ildən etibarən keçilən böyük inkişaf yolunun əsas parametrləri haqqında fikirlərini bölüşüb, Azərbaycanın təhsil sahəsində qazandığı nailiyyətləri diqqətə çatdırıb. O deyib ki, bu gün hər bir Azərbaycan vətəndaşı məmnunluq hissi ilə dərk edir ki, Azərbaycanın əzəmətli inkişafı birbaşa Prezident, YAP Sədri İlham Əliyevin adı və həyata keçirdiyi siyasətlə bağlıdır. Çünki möhtərəm Prezidentimiz İlham Əliyev ötən müddət ərzində Öz fəaliyyəti ilə hər bir azərbaycanlının Prezidenti olduğunu təsdiq edib. Rektor vurğulayıb ki, islahatların ardıcıllığını, uğurların davamlılığını təmin etmək üçün hamılıqla 11 apreldə seçki məntəqələrinə gedərək cənab İlham Əliyevə səs verməliyik.
Görüşdə İrəli İctimai Birliyinin sədri Mirhəsən Seyidov çıxış edərək ölkəmizdə həyata keçirilən gənclər siyasətinin uğurlarından danışaraq bildirib ki, Azərbaycan dövləti gənclərin milli vətənpərvərlik ruhunda sağlam inkişafı, ictimai proseslərdə və idarəetmədə uğurla təmsil olunması üçün bütün lazımi addımları atır. İctimai Birliyin sədri sağlam əqidəli, vətənpərvər gənclərin də hər zaman dövlətinin yanında olduğunu, xalqımıza və dövlətimizə böyük uğurlar qazandırmış, Azərbaycanı dünyanın nüfuzlu dövlətləri sırasına yüksəltmiş cənab İlham Əliyevi dəstəklədiyini vurğulayıb. O, aprelin 11-də keçiriləcək prezident seçkilərində də gənclərin seçiminin məhz cənab İlham Əliyev olacağına əminliyini ifadə edib.
Görüşdə çıxış edən YAP Qaradağ rayon təşkilatının seçki qərargahının üzvləri Xaliq Məmmədov və Nazim Hüseynov, qəsəbə sakinləri Fikrət Nəsibov, İrşad Süleymanov, Ələsgər Pirverdiyev və digərləri ölkəmizin son 15 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə qazandığı uğurlar barədə geniş məlumat verərək Müsfiqabad qəsəbə seçicilərini aprelin 11-də fəal və mütəşəkkil şəkildə seçki məntəqələrinə gedərək cənab İlham Əliyevə səs verməyə çağırıblar.
Xəbər lenti
Hamısına baxDünya
18 Sentyabr 23:46
Dünya
18 Sentyabr 23:21
Dünya
18 Sentyabr 22:49
Dünya
18 Sentyabr 22:17
Dünya
18 Sentyabr 21:53
Dünya
18 Sentyabr 21:25
Dünya
18 Sentyabr 20:43
Dünya
18 Sentyabr 20:18
Dünya
18 Sentyabr 19:59
Dünya
18 Sentyabr 19:20
YAP xəbərləri
18 Sentyabr 19:07
YAP xəbərləri
18 Sentyabr 19:03
YAP xəbərləri
18 Sentyabr 19:00
Dünya
18 Sentyabr 18:25
Analitik
18 Sentyabr 18:15
Siyasət
18 Sentyabr 18:03
Dünya
18 Sentyabr 17:45
Dünya
18 Sentyabr 17:19
YAP xəbərləri
18 Sentyabr 16:30
YAP xəbərləri
18 Sentyabr 16:23
Dünya
18 Sentyabr 16:23
Elanlar
18 Sentyabr 16:21
Din
18 Sentyabr 16:12
Dünya
18 Sentyabr 16:04
Dünya
18 Sentyabr 15:52
Dünya
18 Sentyabr 15:48
Mədəniyyət
18 Sentyabr 15:47
Elm
18 Sentyabr 15:40
İqtisadiyyat
18 Sentyabr 15:32
Dünya
18 Sentyabr 15:31
YAP xəbərləri
18 Sentyabr 14:56
YAP xəbərləri
18 Sentyabr 14:54
Dünya
18 Sentyabr 14:50
Sosial
18 Sentyabr 14:50
Siyasət
18 Sentyabr 14:28
Dünya
18 Sentyabr 14:27
İqtisadiyyat
18 Sentyabr 13:55
Dünya
18 Sentyabr 13:42
Dünya
18 Sentyabr 13:19
YAP xəbərləri
18 Sentyabr 13:07
Dünya
18 Sentyabr 12:50
Gündəm
18 Sentyabr 12:35
Dünya
18 Sentyabr 12:21
Formula 1
18 Sentyabr 12:12
Hadisə
18 Sentyabr 12:12
Elm
18 Sentyabr 12:11
Mədəniyyət
18 Sentyabr 12:10
İdman
18 Sentyabr 12:10
Sosial
18 Sentyabr 11:55
Sosial
18 Sentyabr 11:49
Gündəm
18 Sentyabr 11:46
Xəbər lenti
18 Sentyabr 11:39
Sosial
18 Sentyabr 11:30
Gündəm
18 Sentyabr 11:28
Siyasət
18 Sentyabr 11:04
İqtisadiyyat
18 Sentyabr 10:54
Sosial
18 Sentyabr 10:43
Siyasət
18 Sentyabr 10:21
Siyasət
18 Sentyabr 09:45
Siyasət
18 Sentyabr 09:41
Analitik
18 Sentyabr 09:17
Ədəbiyyat
18 Sentyabr 08:59
Mədəniyyət
18 Sentyabr 08:30
Dünya
17 Sentyabr 23:39
Dünya
17 Sentyabr 23:17
Sosial
17 Sentyabr 22:43
Dünya
17 Sentyabr 22:25
Dünya
17 Sentyabr 21:50
Dünya
17 Sentyabr 21:18
Dünya
17 Sentyabr 20:45

