Qəbələ şəhərində “İlhamla irəli” şüarı ilə möhtəşəm mitinq-görüş keçirilib
08.04.2018 [10:21]
Qəbələ rayonunda prezident seçkilərinin təbliğat-təşviqat kampaniyası uğurla davam edir. YAP Qəbələ rayon təşkilatı kampaniya çərçivəsində bir sıra tədbirlər keçirib. Aprelin 7-də isə Qəbələ şəhərində “İlhamla irəli” şüarı ilə möhtəşəm mitinq-görüş keçirilib.
Tədbiri giriş sözü ilə açan YAP Qəbələ rayon təşkilatının sədri Abil Ağasəfov qarşıdan gələn prezident seçkiləri haqqında geniş məlumat verib. O, bildirib ki, bundan əvvəlki seçkilərdə olduğu kimi bu dəfə də qəbələli seçicilər cənab İlham Əliyevə səs verəcəklər.
Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova çıxış edərək bildirib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi strategiya Azərbaycanı ən dinamik inkişaf edən dövlətlər sırasına çıxarıb. Onun sözlərinə görə, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz bütün sahələr üzrə inkişaf edib, müasirləşib və yeniləşib. Bütün bunlar İlham Əliyevin siyasətinin məntiqi nəticəsidir. Gülçöhrə Məmmədova uğurların davamlı olması üçün qəbələli seçiciləri 11 apreldə cənab İlham Əliyevə səs verməyə çağırıb.
Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu çoxminli seçicilər qarşısında çıxış edərək cənab İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə bütün sahələrdə qazanılmış uğurlar barədə ətraflı məlumat verib. Millət vəkili bildirib ki, Prezident İlham Əliyev Azərbaycanda ictimai-siyasi sabitliyi təmin edib, ölkəmizin milli maraqlarını qoruya bilib, mürəkkəb tarixi bir mərhələdə Azərbaycanın sabitlik adası kimi beynəlxalq müstəvidə mövqeyinin möhkəmlənməsinə nail olub: “Ölkəmizdə regionların dinamik inkişafı, əhalinin həyat şəraitinin yaxşılaşması, işsizliyin, yoxsulluğun səviyyəsinin əhəmiyyətli dərəcədə azalması, ordu quruculuğu sahəsində mühüm nailiyyətlərin əldə edilməsi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində ciddi hərbi-siyasi dönüşə nail olunması və digər mühüm uğurlar məhz Prezident İlham Əliyevin səmərəli və məqsədyönlü fəaliyyətinin nəticəsidir. Bu kimi çoxsaylı uğurlar, əlbəttə ki, 11 aprel seçkilərində Azərbaycan xalqının seçimini müəyyənləşdirəcək və xalq öz alternativsiz lideri olan İlham Əliyevi yenidən Prezident seçəcək”.
Millət vəkili Qəbələ seçicilərini aprelin 11-də fəal olmağa çağırıb.
Çıxış edən Milli Məclisin deputatı, Azərbaycan Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov Prezident İlham Əliyevin rəhbərliyi ilə ötən 15 ildə Azərbaycanda əldə edilən uğurlardan danışıb. Millət vəkili qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi siyasətin nəticəsi kimi, ötən illər ərzində ölkəmizin valyuta ehtiyatları artıb, müxtəlif sahələri əhatə edən layihələr uğurla reallaşdırılıb, islahatlar davam etdirilib: “Dünyada maliyyə-iqtisadi böhranın olduğu şəraitdə Azərbaycan iqtisadiyyatının dayanıqlı inkişafı təmin edilib, nəzərdə tutulan bütün proqramlar, o cümlədən infrastruktur layihələri müvəffəqiyyətlə icra olunub. Bütün bunlar əhalinin həyat şəraitinin daha da yaxşılaşmasını təmin edib”.
Azərbaycan xalqının mütləq əksəriyyətinin Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasəti dəstəklədiyini diqqətə çatdıran Fəttah Heydərov əlavə edib ki, hər bir vətəndaş dövlətin yüksək diqqət və qayğısını öz üzərində hiss edir. O, qeyd edib ki, həyata keçirilən müvafiq Dövlət proqramları Qəbələnin də inkişafına təkan verib. Buna görə də qəbələli seçicilər aprelin 11-də bu uğurların davamlı olmasına səs verəcəklər.
Tədbir tanınmış incəsənət ustalarının konsert proqramı ilə davam edib.
Xəbər lenti
Hamısına baxMaraqlı
25 Aprel 23:18
Maraqlı
25 Aprel 22:40
Dünya
25 Aprel 21:24
Sosial
25 Aprel 20:17
Dünya
25 Aprel 19:32
Siyasət
25 Aprel 19:25
Dünya
25 Aprel 18:56
Dünya
25 Aprel 18:20
Maraqlı
25 Aprel 17:45
Dünya
25 Aprel 17:28
Siyasət
25 Aprel 17:22
Dünya
25 Aprel 16:30
Mədəniyyət
25 Aprel 16:04
Gündəm
25 Aprel 15:52
Dünya
25 Aprel 15:46
Siyasət
25 Aprel 15:38
Dünya
25 Aprel 15:22
Siyasət
25 Aprel 15:17
Siyasət
25 Aprel 15:16
Siyasət
25 Aprel 15:15
YAP xəbərləri
25 Aprel 15:08
Dünya
25 Aprel 14:49
Dünya
25 Aprel 14:17
Sosial
25 Aprel 13:53
Gündəm
25 Aprel 13:38
Diaspor
25 Aprel 13:25
Gündəm
25 Aprel 12:49
Gündəm
25 Aprel 12:20
Gündəm
25 Aprel 11:53
İqtisadiyyat
25 Aprel 11:37
Gündəm
25 Aprel 11:13
Gündəm
25 Aprel 10:59
Gündəm
25 Aprel 10:35
Ədəbiyyat
25 Aprel 10:12
Analitik
25 Aprel 09:54
İqtisadiyyat
25 Aprel 09:32
Sosial
25 Aprel 09:16
Ədəbiyyat
25 Aprel 08:50
Ədəbiyyat
25 Aprel 08:38
Dünya
25 Aprel 07:48
Dünya
25 Aprel 07:25
İdman
25 Aprel 07:24
Siyasət
25 Aprel 07:16
Dünya
25 Aprel 07:14
Dünya
24 Aprel 23:42
Dünya
24 Aprel 23:35
Dünya
24 Aprel 23:17
Dünya
24 Aprel 22:41
Dünya
24 Aprel 22:30
Dünya
24 Aprel 22:19
YAP xəbərləri
24 Aprel 22:07
YAP xəbərləri
24 Aprel 21:54
Dünya
24 Aprel 21:50
YAP xəbərləri
24 Aprel 21:50
İdman
24 Aprel 21:37
Elm
24 Aprel 21:23
Dünya
24 Aprel 20:45
Dünya
24 Aprel 20:17
İqtisadiyyat
24 Aprel 19:52
Formula 1
24 Aprel 19:28
Dünya
24 Aprel 19:11
Xəbər lenti
24 Aprel 19:08
YAP xəbərləri
24 Aprel 18:53
YAP xəbərləri
24 Aprel 18:36
YAP xəbərləri
24 Aprel 18:13
YAP xəbərləri
24 Aprel 17:27
MEDİA
24 Aprel 17:27
Elm
24 Aprel 17:26
YAP xəbərləri
24 Aprel 17:05
YAP xəbərləri
24 Aprel 17:04

