Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Ulu öndərin anadan olmasının 95-ci ildönümünə həsr edilən ağacəkmə aksiyası keçirilib

Ulu öndərin anadan olmasının 95-ci ildönümünə həsr edilən ağacəkmə aksiyası keçirilib

02.05.2018 [09:21]

Mayın 1-də Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatı və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi üzrə partiyanın ilk ərazi təşkilatının birgə təşkil etdiyi Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunan ağacəkmə aksiyası keçirilib.
Zığ dairəsi-Heydər Əliyev adına Beynəlxalq Hava Limanı avtomobil yolunun kənarında keçirilən aksiyada Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin, Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatı İdarə Heyətinin üzvləri, partiya fəalları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
YAP Nəsimi rayon təşkilatının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı bildirib ki, bu cür tədbirlərin keçirilməsi artıq ənənəyə çevrilib. Bu aksiyanın məqsədi Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın ətraf mühitin mühafizəsi istiqamətində həyata keçirdiyi əhəmiyyətli layihələrə dəstək verməkdir.
O qeyd edib ki, Bakıda, o cümlədən Abşeron yarımadasında meşə zolaqlarının salınmasında ictimai xadim, coğrafiyaşünas Həsən Əliyevin misilsiz xidmətləri olub.
Aksiya zamanı müxtəlif növdə 2 minə yaxın ağac əkilib.

Paylaş:
Baxılıb: 1002 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

701,6 milyon avro...

29 Aprel 10:34

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30