Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / YAP Nizami rayon təşkilatında Ulu öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə tədbir keçirilib

YAP Nizami rayon təşkilatında Ulu öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə tədbir keçirilib

04.05.2018 [10:13]

Nizami rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun birgə təşəbbüsü ilə Ulu öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatında “Heydər Əliyev və Azərbaycan mətbuatı” mövzusunda mühazirə təşkil edilib.
Tədbirdə öncə Nizami rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı misilsiz və əvəzsiz xidmətlərindən danışıb.
“Heydər Əliyev və Azərbaycan mətbuatı” mövzusunda çıxış edən YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib ki, 1993-cü ildə xalqın təkidli tələbi ilə Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycan mətbuatında da yeni səhifə açıldı. Lakin təəssüflə qeyd edilməlidir ki, müstəqilliyimizin ilk illərində AXC-Müsavat hakimiyyəti dönəmində jurnalistlərin azad və müstəqil fəaliyyətinə böyük maneələr yaradılırdı, mətbuat işçiləri fiziki təzyiqlərə məruz qalırdılar. Ulu öndər Heydər Əliyev həmin illərdə hakimiyyətə gəlməsəydi, mətbuat sahəsindəki ciddi problemlər daha da dərinləşəcəkdi. Bu səbəbdən də, Ulu öndər həmin illərdə Azərbaycanda söz və mətbuat azadlığının təmin edilməsini, kütləvi informasiya vasitələrinin sərbəst fəaliyyətinə imkanların yaradılmasını əsas vəzifə kimi qarşıya qoydu.
Baş redaktor söyləyib ki, bu gün mətbuat ölkədə ən sürətlə inkişaf edən, informasiya-kommunikasiya texnologiyalarının tətbiqi ilə gündən-günə təkmilləşən fəaliyyət sahələrindən biridir. Ölkə mətbuatı müasir informasiya cəmiyyəti quruculuğunda, milli-mənəvi dəyərlərin qorunub saxlanması və təbliğində, o cümlədən tədris və maarifləndirmə sahəsində mühüm rol oynayır.
Vüqar Rəhimzadə diqqətə çatdırıb ki, dövlət başçısı İlham Əliyev son illərdə mütəmadi olaraq KİV-in inkişafına təkan verən, onun müstəqil fəaliyyəti üçün imkanlar yaradan çox mühüm addımlar atır. Ulu öndərin əsasını qoyduğu ənənəni davam etdirən Prezident İlham Əliyevin sərəncamları ilə milli mətbuatımızın 130, 135 və 140 illik yubileyləri ölkə miqyasında geniş qeyd olunub. Kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası qəbul edilib, medianın sürətli tərəqqisi üçün Fond təsis edilib, jurnalistlərin mənzil probleminin həll edilməsi üçün bu günə qədər 400-dən artıq mətbuat işçisinə dövlət hesabına mənzillər verilib. Bu da dünyada analoqu olmayan bir prosesdir və hazırda da davam etməkdədir.
Mühazirə qarşılıqlı diskussiya şəklində davam etdirilib, gənclərin sualları cavablandırılıb.

Paylaş:
Baxılıb: 851 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Siyasət

İqtisadiyyat

Siyasət

Analitik

79 ildən sonra...

14 Noyabr 10:19

Analitik

3 saatlıq görüş...

14 Noyabr 09:58

Analitik

Şatdaun sona çatdı...

14 Noyabr 09:31  

Ədəbiyyat

Maraqlı

Zəhərli şirinlik...

14 Noyabr 08:52  

MEDİA

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30