“Azərbaycan Xalq Cümhuriyyəti dövlətçilik tariximizdə”
23.05.2018 [09:41]
YAP Suraxanı rayon təşkilatında bu mövzuda elmi-praktik konfrans keçirilib
Mayın 22-də Yeni Azərbaycan Partiyası (YAP) Suraxanı rayon təşkilatı və Suraxanı rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Azərbaycan Xalq Cümhuriyyəti dövlətçilik tariximizdə” mövzusunda elmi-praktik konfrans keçirilib. Konfransda Milli Məclisin deputatları - AMEA-nın Qafqazşünaslıq İnstitutunun direktoru Musa Qasımlı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu, Ağacan Abiyev, Sevinc Fətəliyeva, YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə və “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev iştirak ediblər. Əvvəlcə tədbir iştirakçıları YAP Suraxanı rayon təşkilatının inzibati binasının qarşısında təşkil olunmuş kitab sərgisi ilə tanış olublar.
Daha sonra konfrans akt zalında davam edib. Konfrans Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Sonra Ümummilli lider Heydər Əliyevin və Cümhuriyyət qurucularının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov AXC-nin milli dövlətçilik tarixində mühüm yer tutduğunu bildirib. O, Ümummilli lider Heydər Əliyevin AXC-nin fəaliyyətinə yüksək qiymət verdiyini, həmin dövrün dövlətçilik tariximizin parlaq səhifələrindən olduğunu söyləyib. Prezident İlham Əliyevin “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi haqqında” Sərəncamını xatırladan rayon təşkilatının sədri 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsini xalqımızın həyatında misilsiz hadisə kimi dəyərləndirib.
V.Seyidov müstəqilliyimizin bərpasında, yeni dövlətimizin qurulmasında və qorunmasında Ümummilli lider Heydər Əliyevin misilsiz xidmətlərini diqqətə çatdırıb. Çıxış edən AMEA-nın Qafqazşünaslıq İnstitutunun direktoru, Milli Məclisin deputatı Musa Qasımlı bildirib ki, 1918-ci il mayın 28-də qurulmuş və cəmi 23 ay yaşamış AXC zəngin dövlət quruculuğu təcrübəsi ilə milli dövlətçilik tarixində silinməz izlər qoyub, xalqın qəlbində azadlıq və istiqlal duyğularını gücləndirməklə respublikanın gələcək müstəqilliyi üçün etibarlı zəmin hazırlayıb. Onun sözlərinə görə, Azərbaycan xalqı müsəlman xalqlarına müstəmləkəçilikdən xilas olmağın yolunu göstərib, onlar üçün nümunə olaraq Avropanın bir çox ölkələrindən xeyli əvvəl qadınlara seçib-seçilmək hüququ verməklə bütün dünya demokratiyasına böyük töhfə verib.
Suraxanı rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov çıxışında bildirib ki, cəmi 23 ay mövcud olmasına baxmayaraq AXC qısa müddətdə tarixi bir missiyanı yerinə yetirərək çox genişmiqyaslı demokratik islahatlar həyata keçirib. Onun sözlərinə görə, Cümhuriyyət dövründə xalqımızın taleyinə ciddi təsir edə biləcək qanun və qərarlar qəbul olunub. Azərbaycan parlamenti bütün müsəlman Şərqində o dövrün demokratik prinsipləri əsasında formalaşdırılan ilk parlament olub. AXC qurucularının gördükləri böyük işlərdən danışan İ.Abbasov onların müsəlman Şərqində ilk demokratik respublika yaratdıqlarını söyləyib. Qeyd edib ki, AXC yarandığı gündən xarici və daxili qüvvələr tərəfindən müxtəlif təzyiqlərə məruz qalıb. Həm xaricdən, həm də daxildən daşnak ermənilər, həmçinin menşevik qüvvələr Azərbaycanın müstəqil dövlət kimi formalaşmasına mane olublar. Lakin bütün bu çətinliklərə baxmayaraq Cümhuriyyət dövründə milli ordumuzun yaradılması, atributlarımız, dövlət dilimiz haqqında qanunun qəbul olunması, maarif və səhiyyə sahəsində geniş tədbirlərin həyata keçirilməsi, Azərbaycanın sərhədlərinin və təhlükəsizliyinin təmini istiqamətində böyük işlər görülüb. Cümhuriyyətin süqut etməsinə baxmayaraq ötən əsrin sonlarında Ümummilli liderimiz Heydər Əliyev tərəfindən müasir müstəqil Azərbaycan dövlətinin qurulduğunu deyən natiq Prezident İlham Əliyevin rəhbərliyi ilə bu gün Azərbaycanın qüdrətli dövlətə çevrildiyini diqqətə çatdırıb.
Mədəniyyət Nazirliyinin sektor müdiri Lətifə Məmmədova isə çıxışında bildirib ki, Azərbaycan dövlətçilik ənənələrinin və milli dövlətçilik şüurunun qorunmasında AXC-nin mühüm rolu olub. Onun sözlərinə görə, bu dövrdə AXC müsəlman xalqlarına müstəmləkəçilikdən xilas olmağın yolunu göstərib, onlar üçün nümunə olaraq Avropanın bir çox ölkələrindən xeyli əvvəl qadınlara seçib-seçilmək hüququ verib. XX əsrin əvvəllərində ölkəmizdə yaranan ilk təşkilatlardan söz açan L.Məmmədova Cümhuriyyət dövründə görülən böyük işləri tarixi faktlarla diqqətə çatdırıb. Xalqımız 1991-ci ildə öz dövlət müstəqilliyini bərpa etdikdən sonra Cümhuriyyətin ideallarını davam etdirərək bu tarixi varislik üzərində yeni müasir müstəqil Azərbaycan dövlətini yaradıb.
Daha sonra tədbir bədii hissə ilə davam etdirilib.
NARDAR
Xəbər lenti
Hamısına baxSosial
18 Sentyabr 10:43
Siyasət
18 Sentyabr 10:21
Siyasət
18 Sentyabr 09:45
Siyasət
18 Sentyabr 09:41
Analitik
18 Sentyabr 09:17
Ədəbiyyat
18 Sentyabr 08:59
Mədəniyyət
18 Sentyabr 08:30
Dünya
17 Sentyabr 23:39
Dünya
17 Sentyabr 23:17
Sosial
17 Sentyabr 22:43
Dünya
17 Sentyabr 22:25
Dünya
17 Sentyabr 21:50
Dünya
17 Sentyabr 21:18
Dünya
17 Sentyabr 20:45
Dünya
17 Sentyabr 20:17
Dünya
17 Sentyabr 19:59
Xəbər lenti
17 Sentyabr 19:21
Xəbər lenti
17 Sentyabr 18:26
YAP xəbərləri
17 Sentyabr 17:59
Siyasət
17 Sentyabr 17:24
Siyasət
17 Sentyabr 17:23
Siyasət
17 Sentyabr 17:23
Siyasət
17 Sentyabr 17:23
Gündəm
17 Sentyabr 17:16
Gündəm
17 Sentyabr 17:04
Gündəm
17 Sentyabr 17:01
YAP xəbərləri
17 Sentyabr 16:49
YAP xəbərləri
17 Sentyabr 16:47
Analitik
17 Sentyabr 16:45
YAP xəbərləri
17 Sentyabr 16:42
YAP xəbərləri
17 Sentyabr 16:39
Gündəm
17 Sentyabr 16:11
Gündəm
17 Sentyabr 15:52
YAP xəbərləri
17 Sentyabr 15:47
Hadisə
17 Sentyabr 15:27
Xəbər lenti
17 Sentyabr 15:10
Siyasət
17 Sentyabr 15:06
Sosial
17 Sentyabr 15:01
Siyasət
17 Sentyabr 14:57
Siyasət
17 Sentyabr 14:55
Siyasət
17 Sentyabr 14:13
İdman
17 Sentyabr 13:59
Gündəm
17 Sentyabr 12:57
Xəbər lenti
17 Sentyabr 12:55
Xəbər lenti
17 Sentyabr 12:53
Sosial
17 Sentyabr 12:22
Sosial
17 Sentyabr 12:21
İqtisadiyyat
17 Sentyabr 12:20
Sosial
17 Sentyabr 12:19
Siyasət
17 Sentyabr 11:08
Gündəm
17 Sentyabr 11:02
Siyasət
17 Sentyabr 10:15
İqtisadiyyat
17 Sentyabr 09:58
Analitik
17 Sentyabr 09:25
Analitik
17 Sentyabr 08:50
MEDİA
17 Sentyabr 08:36
İqtisadiyyat
16 Sentyabr 23:31
Dünya
16 Sentyabr 23:19
Dünya
16 Sentyabr 22:56
YAP xəbərləri
16 Sentyabr 22:26
İdman
16 Sentyabr 22:20
YAP xəbərləri
16 Sentyabr 22:14
Elanlar
16 Sentyabr 22:10
İqtisadiyyat
16 Sentyabr 21:43
Dünya
16 Sentyabr 21:18
Dünya
16 Sentyabr 20:49
Dünya
16 Sentyabr 20:25
Dünya
16 Sentyabr 19:52
Dünya
16 Sentyabr 19:17
YAP xəbərləri
16 Sentyabr 19:03

