YAP Qaradağ rayon təşkilatı 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirib
15.06.2018 [07:40]
Yeni Azərbaycan Partiyası (YAP) Qaradağ rayon təşkilatının “Ərzaq Məhsullarının Tədarükü və Təchizatı” ASC ərazi ilk partiya təşkilatında 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə çıxış edən YAP Qaradağ rayon təşkilatının sədri, partiyanın Siyasi Şurasının üzvü, millət vəkili Aydın Hüseynov 15 İyun - Milli Qurtuluş Günü münasibətilə tədbir iştirakçılarını təbrik edib. Müstəqilliyimizin ilk illərində respublikamızın üzləşdiyi çətinliklərdən danışan Aydın Hüseynov deyib ki, 1993-cü ilin əvvəllərində cərəyan edən hadisələr fonunda ölkəmiz müstəqilliyini itirmək təhlükəsi ilə üzləşmişdi: “Vətənin bu ağır günündə xalq Azərbaycanın görkəmli oğlu Heydər Əliyevi Bakıya dəvət etdi. Heydər Əliyev xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edib, iyunun 9-da Bakıya gəldi, çox az zamanda Azərbaycanda vətəndaş müharibəsinin qarşısını ala bildi. 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi. Beləliklə, Azərbaycan bir əsrdə ikinci dəfə müstəqillik əldə etdiyi bir məqamda müstəqilliyin itirilməsinə yol vermədi. Məhz Ümummilli liderimiz Heydər Əliyev müasir Azərbaycan dövlətinin varlığını qorudu. Bununla da 15 İyun tariximizə Milli Qurtuluş Günü kimi yazıldı”.
Aydın Hüseynov deyib ki, bu gün Heydər Əliyev dühasının bəhrəsi olan müstəqil Azərbaycan dövləti yüksək inkişaf göstəriciləri əldə edib. Onun sözlərinə görə, əsası Ulu öndər tərəfindən qoyulan və bu gün Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasi kurs nəticəsində müstəqil Azərbaycan dövləti dünyada ən dinamik inkişaf edən ölkələr sırasındadır.
Tədbirdə çıxış edən millət vəkili Tahir Süleymanov, “Ərzaq Məhsullarının Tədarükü və Təchizatı” ASC İdarə Heyətinin sədr müavini Xaliq Məmmədov və digərləri 15 İyun - Milli Qurtuluş Gününün Azərbaycan dövlətçilik tarixindəki mühüm rolunu qeyd ediblər. Vurğulanıb ki, məhz Milli Qurtuluş Günündə Azərbaycanda müstəqil dövlətçilik ənənələri formalaşıb. Bu nailiyyətlərin əldə edilməsində Ümummilli lider Heydər Əliyevin müstəsna xidmətləri var. Qeyd olunub ki, bu gün Prezident İlham Əliyev Ümummilli liderin siyasi xəttinə sadiq qalaraq müstəqil Azərbaycanın xoşbəxt gələcəyini təmin etmək üçün böyük işlər görür.
Xəbər lenti
Hamısına baxDünya
17 Sentyabr 23:39
Dünya
17 Sentyabr 23:17
Sosial
17 Sentyabr 22:43
Dünya
17 Sentyabr 22:25
Dünya
17 Sentyabr 21:50
Dünya
17 Sentyabr 21:18
Dünya
17 Sentyabr 20:45
Dünya
17 Sentyabr 20:17
Dünya
17 Sentyabr 19:59
Xəbər lenti
17 Sentyabr 19:21
Xəbər lenti
17 Sentyabr 18:26
YAP xəbərləri
17 Sentyabr 17:59
Siyasət
17 Sentyabr 17:24
Siyasət
17 Sentyabr 17:23
Siyasət
17 Sentyabr 17:23
Siyasət
17 Sentyabr 17:23
Gündəm
17 Sentyabr 17:16
Gündəm
17 Sentyabr 17:04
Gündəm
17 Sentyabr 17:01
YAP xəbərləri
17 Sentyabr 16:49
YAP xəbərləri
17 Sentyabr 16:47
Analitik
17 Sentyabr 16:45
YAP xəbərləri
17 Sentyabr 16:42
YAP xəbərləri
17 Sentyabr 16:39
Gündəm
17 Sentyabr 16:11
Gündəm
17 Sentyabr 15:52
YAP xəbərləri
17 Sentyabr 15:47
Hadisə
17 Sentyabr 15:27
Xəbər lenti
17 Sentyabr 15:10
Siyasət
17 Sentyabr 15:06
Sosial
17 Sentyabr 15:01
Siyasət
17 Sentyabr 14:57
Siyasət
17 Sentyabr 14:55
Siyasət
17 Sentyabr 14:13
İdman
17 Sentyabr 13:59
Gündəm
17 Sentyabr 12:57
Xəbər lenti
17 Sentyabr 12:55
Xəbər lenti
17 Sentyabr 12:53
Sosial
17 Sentyabr 12:22
Sosial
17 Sentyabr 12:21
İqtisadiyyat
17 Sentyabr 12:20
Sosial
17 Sentyabr 12:19
Siyasət
17 Sentyabr 11:08
Gündəm
17 Sentyabr 11:02
Siyasət
17 Sentyabr 10:15
İqtisadiyyat
17 Sentyabr 09:58
Analitik
17 Sentyabr 09:25
Analitik
17 Sentyabr 08:50
MEDİA
17 Sentyabr 08:36
İqtisadiyyat
16 Sentyabr 23:31
Dünya
16 Sentyabr 23:19
Dünya
16 Sentyabr 22:56
YAP xəbərləri
16 Sentyabr 22:26
İdman
16 Sentyabr 22:20
YAP xəbərləri
16 Sentyabr 22:14
Elanlar
16 Sentyabr 22:10
İqtisadiyyat
16 Sentyabr 21:43
Dünya
16 Sentyabr 21:18
Dünya
16 Sentyabr 20:49
Dünya
16 Sentyabr 20:25
Dünya
16 Sentyabr 19:52
Dünya
16 Sentyabr 19:17
YAP xəbərləri
16 Sentyabr 19:03
YAP xəbərləri
16 Sentyabr 18:48
Dünya
16 Sentyabr 18:29
YAP xəbərləri
16 Sentyabr 18:03
YAP xəbərləri
16 Sentyabr 18:01
YAP xəbərləri
16 Sentyabr 17:57
YAP xəbərləri
16 Sentyabr 17:53
Dünya
16 Sentyabr 17:35

