Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Siyavuş Novruzov: Bələdiyyə seçkilərində hər bir yerə rəsmən partiyamızın namizədi irəli sürüləcək

Siyavuş Novruzov: Bələdiyyə seçkilərində hər bir yerə rəsmən partiyamızın namizədi irəli sürüləcək

10.10.2009 [10:07]

“Artıq bələdiyyə seçkilərinə rəsmi start verilib və Yeni Azərbaycan Partiyası seçki qanunvericiliyinə uyğun olaraq bundan sonra zəruri addımları atacaq”. Bu sözləri yap.org.az saytına açıqlamasında YAP İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov deyib. Hazırda namizədlərin irəli sürülməsi prosesinin başlandığını deyən S.Novruzov bildirib ki, YAP indiyə qədər lazımi hazırlıq işlərini həyata keçirib. “İlk növbədə, Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına müvafiq sənədlər təqdim ediləcək. Buraya partiyanın səlahiyyətli nümayəndələrinin siyahısı, onların razılıq ərizəsi, vəkalətnamələri və s. daxildir. Eyni zamanda, dairələr üzrə bütün bələdiyyələrdə hər bir yerə rəsmən partiyamızın namizədi irəli sürüləcək” -deyə YAP İcra katibinin müavini vurğulayıb.
Paylaş:
Baxılıb: 1399 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30