Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / YAP Samux rayon təşkilatı bələdiyyə seçkiləri ilə əlaqədar hazırlıq işlərini davam etdirir

YAP Samux rayon təşkilatı bələdiyyə seçkiləri ilə əlaqədar hazırlıq işlərini davam etdirir

15.10.2009 [09:37]

YAP Samux rayon təşkilatında bələdiyyə seçkilərinə hazırlıqla bağlı toplantı keçirilib. Toplantıda YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov bələdiyyə seçkilərinə hazırlıq işlərinin gedişi haqqında geniş məlumat verib. Yeni Azərbaycan Partiyasının böyük seçki təcrübəsi olduğunu deyən G.Bayramov bildirib ki, bələdiyyələr bu gün sosial məsələlərin həllində yaxından iştirak edir. Düzgün təşkil olunmuş fəaliyyət nəticəsində bələdiyyə seçkilərində YAP üzvlərinin qələbəsi daha yüksək olacaq. Tədbirdə çıxış edən natiqlər bildiriblər ki, bələdiyyə seçkilərində fəal iştirak etmək partiyanın qarşısında duran əsas məqsədlərdən biridir. Təbii ki, Yeni Azərbaycan Partiyasının böyük potensialı var, bu potensial da ən layiqli namizədlərin irəli sürülməsinə imkan verir. Bunun əsasında  rayon üzrə bələdiyyə üzvlüyünə namizədlər müəyyənləşdirilib.

Paylaş:
Baxılıb: 1318 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30