YAP Suraxanı rayon təşkilatının yaranmasının 25 ili tamam oldu
12.09.2018 [08:49]
Vüqar Seyidov: Təşkilatımız yarandığı gündən respublikanın ictimai-siyasi həyatında fəal iştirak edir, qazandığı uğurlarla YAP-a və ölkəmizə xidmət göstərir
Məlum olduğu kimi, 1992-ci ilin noyabr ayının 21-də Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə siyasi həyata vəsiqə almış Yeni Azərbaycan Partiyası (YAP) fəaliyyətdə olduğu 26 il ərzində milli birliyin, vətəndaş həmrəyliyinin, sabitlik və tərəqqinin başlıca təminatçısı qismində çıxış edib, ümummilli ideyaları özündə ehtiva edən səmərəli fəaliyyəti ilə xalqın dərin inamını qazanıb. Ötən dövrdə böyük inkişaf yolu keçən Yeni Azərbaycan Partiyası hazırda nəinki ölkəmizin, bütövlükdə Cənubi Qafqaz regionunun ən güclü siyasi qüvvəsidir.
Qeyd edək ki, YAP həm də bu gün mütəşəkkil yerli strukturlara, rayon və şəhər təşkilatlarına malikdir. Sentyabrın 11-də Yeni Azərbaycan Partiyasının yerli strukturlarından biri olan Suraxanı rayon təşkilatının yaradılmasının 25 ili tamam oldu. YAP Suraxanı rayon təşkilatının keçdiyi 25 illik yol haqqında fikirlərini bildirən təşkilatın sədri Vüqar Seyidov öncə Yeni Azərbaycan Partiyasının cəmiyyətimizdəki mövqeyi, oynadığı rol ilə bağlı düşüncələrini bölüşüb. V.Seyidov bildirib ki, Ulu öndər Heydər Əliyev Yeni Azərbaycan Partiyasını yaradarkən ən böyük dəstəyi xalqdan alıb: “Ulu öndər Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının proqramında ifadəsini tapmış dövlətçilik strategiyası son 25 ildə bütün istiqamətlərdə Azərbaycanın dövlət müstəqilliyinin qorunub-saxlanılması, möhkəmləndirilməsi və inkişaf etdirilməsi prinsiplərinə söykənib. Bu müddətdə hüquqi dövlət quruculuğu, ölkənin iqtisadi və sosial inkişafı, Azərbaycanda vətəndaş cəmiyyətinin qurulması, milli təhlükəsizlik və xarici siyasət problemlərinin həlli, milli-mənəvi inkişaf istiqamətində görülən işlər bütünlüklə müstəqillik amilinin praktiki surətdə bərqərar olmasına yönəlib. Bütün bunlar isə cəmiyyətdə Yeni Azərbaycan Partiyasına olan ictimai inamı, etimadı daha da gücləndirib”.
Onun sözlərinə görə, YAP Suraxanı rayon təşkilatı 25 ildir ki, respublikanın ictimai-siyasi həyatında fəal iştirak edir, qazandığı uğurlarla YAP-a və ölkəmizə xidmət göstərir. Sevindirici haldır ki, YAP Suraxanı rayon təşkilatının üzvləri ölkəmizdə keçirilən bütün seçkilərdə və referendumlarda olduqca fəal iştirak ediblər, rayon təşkilatı yüksək peşəkarlıq nümayiş etdirib, dövlət rəhbərinə və partiyamıza sədaqətləri ilə seçiliblər. V.Seyidov deyib ki, təşkilat fəaliyyət göstərdiyi 25 il ərzində rayon ərazisində 110 ərazi ilk partiya təşkilatında 8469 nəfər üzvü ətrafında sıx birləşdirib. Təşkilat üzvlərindən 4365 nəfəri qadın, 3528 nəfəri isə gənclərdir. “Təşkilatımız bütün əlamətdar hadisələrlə bağlı tədbirlər keçirir. Belə ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 2018-ci ilin Azərbaycanda “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi ilə əlaqədar olaraq YAP Suraxanı rayon təşkilatı Xalq Cümhuriyyətinin 100 illiyinin rayon ərazisində təntənəli keçirilməsi haqqında silsilə tədbirlər planı hazırlayıb, həyata keçirib. Rayon təşkilatı həm də sosialyönümlü tədbirlərdə fəal iştirak edir. Fəaliyyətimizin 25 ili ərzində partiya fəallarımız Milli Ordumuzda xidmət edən əsgərlərlə, şəhid ailələri ilə, Qarabağ müharibəsi əlilləri və veteranları, Böyük Vətən müharibəsi veteranları, rayonumuzda yerləşən 2 saylı Uşaq Evində tərbiyə alan uşaqlarla çox sayda tədbirlər keçirib, aztəminatlı və yataq xəstələri olan YAP üzvlərinə maddi-mənəvi dəstək göstəriblər”, - deyən V.Seyidov əlavə edib ki, təşkilat fəaliyyəti dövründə Ulu öndər Heydər Əliyevin yoluna sadiq qalaraq ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin tövsiyə və tapşırıqlarına uyğun olaraq ölkəmizin çiçəklənməsi və tərəqqisi naminə daim çalışıb.
Təşkilat sədri onu da söyləyib ki, bu gün Azərbaycan iqtisadi sahədə böyük uğurlar əldə etməklə yanaşı, ölkə daxilində siyasi stabillik və vətəndaş həmrəyliyinə nail olunub: “Beynəlxalq aləmdə Azərbaycan bu gün tanınan, yüksək reytinqə malik olan dövlətlərdən biridir. Müasir Azərbaycanın inkişafında və beynəlxalq reytinqinin yüksəlməsində Heydər Əliyev Fondu və onun rəhbəri, respublikamızın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın danılmaz xidmətləri var. Yeniləşən Azərbaycanda müasir standartlara uyğun elm və səhiyyə ocaqlarının inşası, vətəndaşların rifah halının yüksəlməsinə yönəlmiş fəaliyyət Fondun əsas qayəsidir. Xüsusilə Fondun təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyası da ən önəmli addımlardandır. Təsadüfi deyil ki, məhz bu kampaniyaya start veriləndən sonra bir sıra ölkələrin parlamentləri Xocalı soyqırımının tanınması ilə bağlı qərarlar qəbul edib, ayrı-ayrı dövlətlərdə Xocalı soyqırımı abidələri qoyulub. Bütün bu fəaliyyət Ulu öndərin siyasətinə sadiqliyin nümunəsidir. Azərbaycanın dinamik sosial-iqtisadi inkişafı, ölkəmizin dünya birliyində öz yerini daha da möhkəmləndirməsi də məhz Ümummilli liderimiz Heydər Əliyevin zəngin ictimai-siyasi irsinin davam etdirilməsinin, ideyalarının yaşamasının, Ulu öndərin siyasi kursunun uğurla davam etdirilməsinin nəticəsidir. Bu ideyalar Azərbaycanın özü qədər əbədi olacaq, xalqımızın gələcək inkişaf yoluna işıq salacaq”.
YAP Suraxanı rayon təşkilatının çoxsaylı üzvlərini təşkilatın yaranmasının 25 illik yubileyi münasibəti ilə təbrik edən V.Seyidov əminliklə bildirib ki, təşkilat üzvləri bundan sonra da Ulu öndər Heydər Əliyevin yolunda bütün imkanlarını səfərbər edərək Azərbaycanın daha da güclənməsi naminə əzmlə çalışacaqlar.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDiaspor
14 Noyabr 21:48
Hadisə
14 Noyabr 21:27
Dünya
14 Noyabr 21:10
Dünya
14 Noyabr 20:56
YAP xəbərləri
14 Noyabr 20:34
Diaspor
14 Noyabr 20:30
Dünya
14 Noyabr 20:13
Dünya
14 Noyabr 19:52
YAP xəbərləri
14 Noyabr 19:45
Hadisə
14 Noyabr 19:37
Sosial
14 Noyabr 19:14
YAP xəbərləri
14 Noyabr 19:08
Sosial
14 Noyabr 18:55
YAP xəbərləri
14 Noyabr 18:28
YAP xəbərləri
14 Noyabr 18:21
YAP xəbərləri
14 Noyabr 17:33
İqtisadiyyat
14 Noyabr 17:10
YAP xəbərləri
14 Noyabr 16:41
Dünya
14 Noyabr 16:28
Siyasət
14 Noyabr 16:01
YAP xəbərləri
14 Noyabr 15:39
Hadisə
14 Noyabr 15:38
Dünya
14 Noyabr 15:37
Dünya
14 Noyabr 15:31
Siyasət
14 Noyabr 15:16
YAP xəbərləri
14 Noyabr 14:57
Dünya
14 Noyabr 14:55
YAP xəbərləri
14 Noyabr 14:48
YAP xəbərləri
14 Noyabr 14:38
Sosial
14 Noyabr 14:36
Dünya
14 Noyabr 14:22
Dünya
14 Noyabr 13:58
Dünya
14 Noyabr 13:20
YAP xəbərləri
14 Noyabr 13:05
YAP xəbərləri
14 Noyabr 13:04
Dünya
14 Noyabr 12:43
Sosial
14 Noyabr 12:41
İqtisadiyyat
14 Noyabr 12:40
İqtisadiyyat
14 Noyabr 12:35
Hadisə
14 Noyabr 12:34
İdman
14 Noyabr 12:19
Siyasət
14 Noyabr 11:49
Gündəm
14 Noyabr 11:44
Siyasət
14 Noyabr 11:25
YAP xəbərləri
14 Noyabr 11:02
Siyasət
14 Noyabr 10:54
İqtisadiyyat
14 Noyabr 10:33
Analitik
14 Noyabr 10:19
Analitik
14 Noyabr 09:58
Analitik
14 Noyabr 09:31
Ədəbiyyat
14 Noyabr 09:15
Maraqlı
14 Noyabr 08:52
MEDİA
14 Noyabr 08:26
Sosial
14 Noyabr 08:02
Sosial
14 Noyabr 08:01
Dünya
14 Noyabr 07:56
Sosial
14 Noyabr 07:54
Dünya
13 Noyabr 23:30
Sosial
13 Noyabr 23:19
Sosial
13 Noyabr 22:53
YAP xəbərləri
13 Noyabr 22:35
Hadisə
13 Noyabr 22:17
Siyasət
13 Noyabr 22:12
Siyasət
13 Noyabr 22:04
İdman
13 Noyabr 21:56
Dünya
13 Noyabr 21:32
Sosial
13 Noyabr 21:15
İqtisadiyyat
13 Noyabr 20:58
YAP xəbərləri
13 Noyabr 20:31
İqtisadiyyat
13 Noyabr 20:12

