YAP Abşeron rayon təşkilatının yaradılmasının 25 illiyi qeyd edilib
28.09.2018 [09:23]
Sentyabrın 27-də Xırdalandakı Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyası (YAP) Abşeron rayon təşkilatının yaradılmasının 25 illik yubileyi münasibətilə tədbir keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, Ulu öndərin xatirəsini ehtiramla yad ediblər.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən YAP Abşeron rayon təşkilatının sədri Bilman Vəliyev rayon təşkilatının fəaliyyətinə nəzər salıb. Bildirib ki, sıralarında 10 mindən çox üzvü birləşdirən rayon təşkilatı öz fəaliyyətini partiyanın Nizamnamə və Proqramına, rəhbərliyin tapşırıq və tövsiyələrinə, eləcə də üzvlərin təşəbbüsünə əsaslanaraq uğurla qurub. Bu gün rayon təşkilatı həyata keçirdiyi tədbirlərlə, gördüyü işlərlə daha böyük uğurları hədəfləyib. B.Vəliyev xüsusi olaraq vurğulayıb ki, partiyanın Abşeron rayon təşkilatı respublikada ilk yaranmış təşkilatlardandır. 1993-cü ilin fevral ayının 22-də təsis olunan, hazırda 10000 nəfərə yaxın partiya üzvünü və 122 ərazi ilk partiya təşkilatını birləşdirən Abşeron rayon təşkilatı sıralarını ildən-ilə genişləndirir.
YAP Abşeron rayon təşkilatının Şura üzvü Nuru Nadirov YAP-ın yaradılmasının tarixi zərurət olduğunu bildirərək, o zamankı siyasi vəziyyətə diqqət yönəldib. Qeyd edib ki, müstəqilliyimizin ilk illərində Azərbaycanda yaşanan, xalqımızın düşdüyü çox ağır vəziyyət hər kəsin yadındadır. Çətin bir vəziyyətdə dövlətimizi və xalqımızı xilas edə biləcək siyasi liderə ehtiyac var idi. Belə bir vəziyyətdə dövlətçiliyimizi və xalqımızı qorumağı ancaq Heydər Əliyev kimi dahi bir şəxsiyyət bacara bilərdi. Həmin vaxt Ulu öndər Heydər Əliyev xalqının səsinə səs verdi və yeni bir siyasi partiyanın - Yeni Azərbaycan Partiyasının yaradılmasına, ona rəhbərlik etməyə razılıq verdi.
Rayon təşkilatının Qadınlar Şurasının sədri Təyyubə Hüseynova tədbirdə çıxış edərək bildirib ki, Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında qadınların da rolu durmadan artmaqdadır. YAP Abşeron rayon təşkilatının 10 minə yaxın partiya üzvünün 65 faizini qadınlar təşkil edir. Ölkəmizdə elə bir sahə yoxdur ki, orada qadınlar çalışmasın. Onlar öz vətəndaş mövqeyini əmək fəaliyyətlərini uğurla davam etdirməkdə görürlər. Bir sözlə, Azərbaycan qadınları tükənməz enerji ilə doğma ailələrində ömürlərinin şərəfli səhifələrini yaşamaqla bərabər, cəmiyyətdəki aktual problemlərin həllindən də kənarda qalmırlar.
Sonra çıxış edən Milli Məclisin deputatı Sevinc Fətəliyeva qeyd edib ki, Ulu öndər Heydər Əliyev öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olub: “Məhz Heydər Əliyevin siyasi kursu nəticəsində Azərbaycan özünün iqtisadi və mədəni potensialından istifadə edərək, Şərqlə Qərb arasında etibarlı körpü rolunu oynayıb və dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevrilib”.
Onun sözlərinə görə, bu gün Azərbaycan ümumbəşəri dəyərlərə əsaslanaraq mütərəqqi yolla irəliləməklə, insan hüquq və azadlıqlarının təminatı, demokratikləşmə sahəsində yeni-yeni uğurlara imza atır: “Ulu öndər Heydər Əliyevin xaos və anarxiyadan, dövlətçiliyin itirilməsi təhlükəsindən xilas edib dinamik islahatlar yoluna çıxardığı Azərbaycan hazırda Onun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə dünyanın ən sürətlə inkişaf edən, yeniləşən, müasirləşən, demokratikləşən dövlətinə çevrilib. Qazanılan uğurlar Azərbaycanın beynəlxalq aləmdə mövqeyini də əhəmiyyətli dərəcədə gücləndirir”.
Bakı Mühəndislik Universitetinin rektoru Havar Məmmədov Ulu öndər Heydər Əliyevin Naxçıvanda çalışdığı illərə nəzər salıb. O, həmin çətin, ağır günlərdə Azərbaycan xalqının Heydər Əliyevə əsl qəhrəman, xilaskar kimi baxdığını və Onun ölkəmizə rəhbərlik edəcəyi təqdirdə bütün problemlərimizin öz həllini tapacağına ümidlər bəslədiyini söyləyib: “Bəli, xalq öz inamında və seçimində yanılmamışdı. 91 nəfər Azərbaycan ziyalısı xalqın ümumilikdə istəyini müraciətlərində əks etdirərək Ümummilli lider Heydər Əliyevə ünvanladı. Dahi şəxsiyyət Heydər Əliyevin müraciətə müsbət cavabı, eyni zamanda, Onun rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının yaranması dövlət müstəqilliyimizin qorunmasına, möhkəmləndirilməsinə və inkişafına rəvac verdi. O vaxtdan ötən müddət ərzində istər partiyamız, istərsə də onun rayon təşkilatları uğurla inkişaf etməyə başladı”.
YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib ki, 1991-ci ildə müstəqilliyini bərpa edən ölkəmiz ötən müddət ərzində ortaya 100 il müstəqillik tarixinə malik olan ölkələrdən daha yüksək təcrübə qoya bilib. Ölkəmiz XX əsrin 90-cı illərinin əvvəllərində dünyanın siyasi xəritəsindən silinmək təhlükəsi ilə üz-üzə qalmışdı. Məhz həmin dövrdə siyasi və silahlı qruplaşmaların fəaliyyəti nəticəsində Azərbaycanda özbaşınalıq hökm sürürdü. O dövrdə iqtidarda olan vəzifə hərislərinin yarıtmaz fəaliyyəti nəticəsində ölkəmiz ağır vəziyyətə düşmüşdü. Vətəndaş müharibəsi başlamışdı. Yalnız xalqın təkidli tələbi ilə Ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışı nəticəsində Azərbaycan bütün bu bəlalardan xilas ola bildi. İqtisadi inkişafın təməl prinsipləri yarandı, uğurlu neft müqavilələri imzalandı, vahid ordu formalaşdırıldı, ictimai-siyasi sabitlik yarandı.
V.Rəhimzadə vurğulayıb ki, Ümummilli liderin hakimiyyətə qayıdışından sonra “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycanın bugünkü güclü iqtisadiyyatının təməlini qoyub: “Məhz Ulu öndər Heydər Əliyevin gərgin səyləri nəticəsində 1994-cü ildə “Əsrin müqaviləsi” imzalandı. Bununla da Azərbaycanın uzunmüddətli və dayanıqlı inkişafının əsası qoyuldu. YAP öz qətiyyətli mövqeyi ilə xalqa xidmət nümunəsini ortaya qoyur. Partiyamızın özünəməxsus dəyərləri, xalqımız, dövlətimiz üçün böyük töhfələri var”.
Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova dövlətimizin hərtərəfli inkişafı və xalqımızın tərəqqisi naminə həyata keçirilən islahatların ölkəmizin daha böyük və əsaslı uğurlarına zəmin yaratdığını bildirib. O, bu gün ölkəmizin dünyada söz sahibi olduğunu, bütün sahələr üzrə uğurlara imza atdığını qeyd edərək, bütün bunları iqtidar-xalq birliyinin, həmrəyliyinin məntiqi nəticəsi adlandırıb. İradə Gülməmmədova qeyd edib ki, Yeni Azərbaycan Partiyası qısa bir müddətdə geniş şöhrət qazanaraq cəmiyyətin bütün təbəqələrindən olan sağlam qüvvələri öz ətrafında birləşdirə bildi, ümumxalq partiyasına çevrildi. Bu gün YAP Azərbaycan xalqı tərəfindən dəstəklənən, böyük nüfuza malik olan qüdrətli siyasi qüvvədir.
Sonda YAP Abşeron rayon təşkilatının ictimai-siyasi həyatında fəal iştirakına görə və rayon təşkilatının yaradılmasının 25 illik yubileyi münasibətilə bir qrup partiya fəalı təltif olunub. YAP sıralarına yeni qəbul edilən bir qrup gəncə isə partiyanın üzvlük vəsiqələri təqdim edilib.
Xəbər lenti
Hamısına baxDiaspor
14 Noyabr 21:48
Hadisə
14 Noyabr 21:27
Dünya
14 Noyabr 21:10
Dünya
14 Noyabr 20:56
YAP xəbərləri
14 Noyabr 20:34
Diaspor
14 Noyabr 20:30
Dünya
14 Noyabr 20:13
Dünya
14 Noyabr 19:52
YAP xəbərləri
14 Noyabr 19:45
Hadisə
14 Noyabr 19:37
Sosial
14 Noyabr 19:14
YAP xəbərləri
14 Noyabr 19:08
Sosial
14 Noyabr 18:55
YAP xəbərləri
14 Noyabr 18:28
YAP xəbərləri
14 Noyabr 18:21
YAP xəbərləri
14 Noyabr 17:33
İqtisadiyyat
14 Noyabr 17:10
YAP xəbərləri
14 Noyabr 16:41
Dünya
14 Noyabr 16:28
Siyasət
14 Noyabr 16:01
YAP xəbərləri
14 Noyabr 15:39
Hadisə
14 Noyabr 15:38
Dünya
14 Noyabr 15:37
Dünya
14 Noyabr 15:31
Siyasət
14 Noyabr 15:16
YAP xəbərləri
14 Noyabr 14:57
Dünya
14 Noyabr 14:55
YAP xəbərləri
14 Noyabr 14:48
YAP xəbərləri
14 Noyabr 14:38
Sosial
14 Noyabr 14:36
Dünya
14 Noyabr 14:22
Dünya
14 Noyabr 13:58
Dünya
14 Noyabr 13:20
YAP xəbərləri
14 Noyabr 13:05
YAP xəbərləri
14 Noyabr 13:04
Dünya
14 Noyabr 12:43
Sosial
14 Noyabr 12:41
İqtisadiyyat
14 Noyabr 12:40
İqtisadiyyat
14 Noyabr 12:35
Hadisə
14 Noyabr 12:34
İdman
14 Noyabr 12:19
Siyasət
14 Noyabr 11:49
Gündəm
14 Noyabr 11:44
Siyasət
14 Noyabr 11:25
YAP xəbərləri
14 Noyabr 11:02
Siyasət
14 Noyabr 10:54
İqtisadiyyat
14 Noyabr 10:33
Analitik
14 Noyabr 10:19
Analitik
14 Noyabr 09:58
Analitik
14 Noyabr 09:31
Ədəbiyyat
14 Noyabr 09:15
Maraqlı
14 Noyabr 08:52
MEDİA
14 Noyabr 08:26
Sosial
14 Noyabr 08:02
Sosial
14 Noyabr 08:01
Dünya
14 Noyabr 07:56
Sosial
14 Noyabr 07:54
Dünya
13 Noyabr 23:30
Sosial
13 Noyabr 23:19
Sosial
13 Noyabr 22:53
YAP xəbərləri
13 Noyabr 22:35
Hadisə
13 Noyabr 22:17
Siyasət
13 Noyabr 22:12
Siyasət
13 Noyabr 22:04
İdman
13 Noyabr 21:56
Dünya
13 Noyabr 21:32
Sosial
13 Noyabr 21:15
İqtisadiyyat
13 Noyabr 20:58
YAP xəbərləri
13 Noyabr 20:31
İqtisadiyyat
13 Noyabr 20:12

