YAP nümayəndə heyəti Ukraynadan səfərdən qayıdıb
27.10.2009 [09:16]
Xəbər verdiyimiz kimi, Yeni Azərbaycan Partiyasının (YAP) nümayəndə heyəti oktyabrın 23-də Ukraynanın Regionlar Partiyasının XII qurultayında iştirak etmək məqsədilə Kiyev şəhərində səfərdə olub. Səfər haqqında məlumat verən YAP İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov bildirib ki, gələn il yanvarın 17-də Ukraynada növbəti prezident seçkiləri keçiriləcək və bununla bağlı Regionlar Partiyasının qurultayı baş tutub: “YAP-la Regionlar Partiyası arasında çox yaxın münasibətlər var. Hər iki partiya qarşılıqlı əməkdaşlığa böyük önəm verir və müxtəlif tədbirlərdə müntəzəm olaraq iştirak edirlər. Bu partiyanın qurultayında iştirak etmək üçün YAP da dəvət olunmuşdu. Mən və millət vəkili Rauf Əliyev YAP nümayəndə heyətinin üzvləri olaraq tədbirdə iştirak etdik. ümumilikdə, qurultayda başqa ölkələrdən dəvət olunmuş 8 siyasi partiyanın nümayəndə heyəti iştirak edib. Qurultayda Regionlar Partiyasının lideri Viktor Yanukoviçin prezidentliyə namizədliyi irəli sürüldü. Biz də partiyamızın nümayəndə heyəti olaraq Regionlar Partiyasına və onun sədrinə təbriklərimizi çatdırdıq, fəaliyyətlərində uğurlar arzuladıq”.
Səfər çərçivəsində bir sıra görüşlərin keçirildiyini, o cümlədən, Regionlar Partiyasının sədr müavini, Türkiyənin Ədalət və İnkişaf Partiyasının nümayəndələri və digər şəxslərlə fikir mübadiləsi aparıldığını deyən S.Novruzovun sözlərinə görə, bütün bunlar qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi baxımından əhəmiyyətlidir.
Daha sonra, Ukraynadakı mövcud siyasi - ictimai durum haqqında da danışan YAP İcra katibinin müavini qeyd edib ki, prezident seçkiləri ərəfəsində Ukraynada siyasi proseslər aktivləşib: “Artıq bu ölkədə bəzi siyasətçilər prezidentliyə namizədliklərini irəli sürüblər. Azərbaycan Ukraynada azad və demokratik seçkilərin keçirilməsində maraqlıdır. Demokratik seçkilər bu dövlətdə sabitlik və inkişafa böyük təsir göstərəcək. Eyni zamanda, bu amil Ukrayna-Azərbaycan münasibətlərinin inkişafında da mühüm rol oynayacaq”.
S.Novruzov bildirib ki, ümumiyyətlə, YAP hazırda beynəlxalq əlaqələrini genişləndirməkdədir: “YAP bir çox ölkələrin partiyaları ilə sıx münasibətlər qurur, qarşılıqlı səfərlər təşkil olunur. Bunun nəticəsidir ki, Azərbaycanda təşkil olunan beynəlxalq tədbirlərdə YAP-ın dəvətilə 40-dan artıq partiyanın nümayəndələri iştirak ediblər. Həmçinin, bir sıra ölkələrin partiyaları ilə əməkdaşlıq haqqında müqavilələr imzalamışıq”.
S.Novruzov sonda hakim partiya təmsilçilərinin noyabrın 21-də keçiriləcək Rusiyanın “Yedinaya Rossiya” Partiyasının qurultayına da dəvət olunduğunu söyləyib.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxAnalitik
21 Avqust 11:10
İqtisadiyyat
21 Avqust 10:45
İqtisadiyyat
21 Avqust 10:15
İqtisadiyyat
21 Avqust 09:45
Gündəm
21 Avqust 09:20
Gündəm
21 Avqust 09:05
Dünya
20 Avqust 23:58
Dünya
20 Avqust 23:38
Dünya
20 Avqust 23:05
Dünya
20 Avqust 22:50
Dünya
20 Avqust 22:37
Elanlar
20 Avqust 22:17
Dünya
20 Avqust 21:49
Dünya
20 Avqust 21:28
Dünya
20 Avqust 20:55
Dünya
20 Avqust 20:35
Dünya
20 Avqust 19:58
Dünya
20 Avqust 19:32
Elm
20 Avqust 18:55
İqtisadiyyat
20 Avqust 18:25
Sosial
20 Avqust 17:56
Elm
20 Avqust 17:23
Elm
20 Avqust 16:52
İdman
20 Avqust 16:25
Turizm
20 Avqust 16:13
Elm
20 Avqust 15:59
Sosial
20 Avqust 15:58
Sosial
20 Avqust 15:37
Elm
20 Avqust 15:28
Sosial
20 Avqust 14:56
İqtisadiyyat
20 Avqust 14:35
Dünya
20 Avqust 13:55
Mədəniyyət
20 Avqust 13:38
Siyasət
20 Avqust 12:57
Dünya
20 Avqust 12:55
Dünya
20 Avqust 12:25
Gündəm
20 Avqust 11:58
Gündəm
20 Avqust 11:38
Gündəm
20 Avqust 11:15
Gündəm
20 Avqust 10:45
Elm
20 Avqust 10:20
İqtisadiyyat
20 Avqust 09:55
Siyasət
20 Avqust 09:35
Analitik
20 Avqust 09:20
Mədəniyyət
20 Avqust 09:05
Mədəniyyət
20 Avqust 08:45
Dünya
19 Avqust 23:53
Dünya
19 Avqust 23:35
Dünya
19 Avqust 22:55
Dünya
19 Avqust 22:35
Dünya
19 Avqust 22:05
Dünya
19 Avqust 21:45
Dünya
19 Avqust 21:10
Dünya
19 Avqust 20:48
Dünya
19 Avqust 20:17
Dünya
19 Avqust 19:55
Siyasət
19 Avqust 19:33
Dünya
19 Avqust 19:25
Sosial
19 Avqust 18:59
Mədəniyyət
19 Avqust 18:48
İdman
19 Avqust 18:17
İdman
19 Avqust 17:49
Elm
19 Avqust 17:28
Mədəniyyət
19 Avqust 17:17
İqtisadiyyat
19 Avqust 16:53
İqtisadiyyat
19 Avqust 16:30
İqtisadiyyat
19 Avqust 16:18
Dünya
19 Avqust 15:53
Sosial
19 Avqust 15:30
Dünya
19 Avqust 15:25

