Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / YAP Səbail rayon təşkilatının Qadınlar Şurası bələdiyyə seçkilərinə ciddi hazırlaşır

YAP Səbail rayon təşkilatının Qadınlar Şurası bələdiyyə seçkilərinə ciddi hazırlaşır

04.11.2009 [10:45]

Bələdiyyə seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatı Qadınlar Şurasının toplantısı keçirilib. YAP-ın Azərbaycanın ictimai-siyasi həyatında aparıcı rol oynadığını və bələdiyyə seçkilərinin ciddi sınaq olduğunu qeyd edən rayon Qadınlar Şurasının sədri Nübar Muxtarova bildirib ki, rayon təşkilatı bələdiyyə seçkilərinə hazırlıqla bağlı üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməyə çalışır. Azərbaycan xalqı YAP-a inanır. Məhz bu inamın nəticəsidir ki, partiya üzvlərinin sayı getdikcə artır. Bələdiyyə seçkilərində qadın namizədlərin sayı artmaqdadır. Təkcə Səbail rayonundan 9 qadın namizədliyini irəli sürüb. Qeyd edilib ki, seçkilərdə qadınların fəallığını artırmaq üçün maarifləndirmə işləri aparılmalıdır. Təşkilat bu kampaniyada qələbə qazanmaq əzmindədir. Toplantıda bələdiyyə seçkilərinə hazırlıq məsələləri haqqında məlumat verilib, bu mühüm siyasi kampaniya ilə bağlı qarşıda duran vəzifələrdən danışılıb.

Paylaş:
Baxılıb: 1260 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

İqtisadiyyat

MEDİA

44 günün dastanı...

08 Noyabr 09:34

Analitik

Siyasət

Ədəbiyyat

ZƏFƏR NƏĞMƏLƏRİ

08 Noyabr 08:28

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30