YAP Sabirabad rayon təşkilatı bələdiyyə seçkilərinə yüksək səviyyədə hazırlaşıb
06.11.2009 [10:01]
O, həmçinin, qeyd edib ki, YAP budəfəki seçkilərdə 10 illik təcrübəsi olan yerli özünüidarəetmə orqanlarının fəaliyyətinin təkmilləşdirilməsinə də öz töhfəsini vermək niyyətindədir: “Bu gün Azərbaycan inkişaf etmiş ölkələr səviyyəsindədir. Dünya dövlətləri Prezidentimiz, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin uğurlu siyasətinə həsəd aparır. Belə bir şəraitdə yerli özünüidarəetmə orqanlarına seçilən üzvlər savadlı, təşkilatçı, təşəbbüskar və cəmiyyətimizin rəğbətini qazanmış insanlar olmalıdır. Partiyamızda bu keyfiyyətlərə sahib olan üzvlərimiz yetərincədir”.
Nadir Quliyev deyib ki, YAP Sabirabad rayon təşkilatı partiyanın göstəriş və təlimatlarına uyğun olaraq, bələdiyyələrdə qadınların və gənclərin sayının artması məsələsinə də xüsusi diqqət ayırıb. Təşkilat tərəfindən irəli sürülmüş 261 namizədin 82 nəfərini gənclər, 79 nəfərini isə qadınlar təşkil edir. ümumilikdə isə rayonda 25 bələdiyyə mövcuddur. Bu bələdiyyələrə 261 nəfər bələdiyyə üzvü seçilməlidir. YAP Sabirabad rayon təşkilatı hər bir yer üçün öz namizədlərini irəli sürüb. Artıq imzatoplama kampaniyası başa çatıb və partiyanın namizədləri müvafiq seçki komissiyaları tərəfindən qeydə alınıb: “2008-ci ilin 15 oktyabrında Azərbaycan xalqı yenidən Ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı cənab İlham Əlıyevə səs verməklə uğurlu gələcəyə, inkişafa, tərəqqiyə səs verib. Eyni zamanda, bu il martın 18- də keçirilən ümumxalq səsverməsində YAP Sabirabad rayon təşkilatının üzvləri fəallıqları ilə seçiliblər. Əvvəlki seçkilərdə olduğu kimi, bu seçkidə də YAP - ın üzvləri öz səylərini əsirgəməyəcəklər”.
YAP Sabirabad rayon təşkilatı Qadınlar Şurasının sədri Məleykə Həsənova isə vurğulayıb ki, Azərbaycan qadınları daim ölkəmizdə baş verən ictimai-siyasi proseslərdə öz fəallıqları ilə seçiliblər. Hətta taleyüklü məsələlərin həllində belə qadınlarımız məsuliyyəti öz üzərlərindən atmayıblar: “Bu gün Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin üzvü Mehriban xanım Əliyeva Azərbaycan qadınını ən yüksək səviyyədə təmsil edir, milli-mənəvi dəyərlərimizin qorunması, gənclərimizin sağlam mühitdə yetişməsi üçün Onun gördüyü işlər, atdığı addımlar hər bir qadın üçün örnəkdir. Eyni zamanda, dövlətimizin qadınlarla bağlı siyasəti zərif cinsin nümayəndələrinin öz potensialını sübut etməyə, istedad və qabiliyyətini nümayiş etdirməyə imkan verir. Bu mənada, hesab edirəm ki, bələdiyyələr qadınlarımız üçün çox gözəl fəaliyyət müstəvisi ola bilər”.
Bunu nəzərə alaraq, YAP-ın bu seçkilərdə qadınların da potensialından yararlanmaq üçün tədbirlər gördüyünü diqqətə çatdıran M.Həsənovanın sözlərinə görə, YAP Sabirabad rayon təşkilatı tərəfindən irəli sürülmüş qadın namizədlər bələdiyyə seçkilərində qələbə qazanmaq əzmindədir.
YAP Sabirabad rayon təşkilatı Gənclər Birliyinin sədri Aftandil Həsənov Yeni Azərbaycan Partiyasının kəmiyyət və keyfiyyət baxımından ölkədə yeganə aparıcı siyasi qüvvə olduğunu vurğulayaraq qarşıdan gələn bələdiyyə seçkilərində də hakim partiyanın qələbə qazanacağının heç kəsdə şübhə doğurmadığını söyləyib. Gənclərin ölkəmizin inkişafında xüsusi yeri və rolunun olduğunu söyləyən A.Həsənov bu seçkilərdə bələdiyyələrə seçiləcək gənclərdən həm dövlətimizin, həm də partiyanın yüksək fəaliyyət gözlədiyini qeyd edib.
AQŞİN
Xəbər lenti
Hamısına baxDünya
30 İyul 23:47
Dünya
30 İyul 23:18
Dünya
30 İyul 22:55
Dünya
30 İyul 22:25
Dünya
30 İyul 21:15
Dünya
30 İyul 20:48
Dünya
30 İyul 20:20
Dünya
30 İyul 19:50
Gündəm
30 İyul 19:33
Dünya
30 İyul 19:20
Dünya
30 İyul 18:40
Dünya
30 İyul 17:25
Gündəm
30 İyul 16:32
Dünya
30 İyul 16:19
Dünya
30 İyul 15:38
YAP xəbərləri
30 İyul 15:31
İqtisadiyyat
30 İyul 14:50
Sosial
30 İyul 14:33
Sosial
30 İyul 14:31
Sosial
30 İyul 14:29
YAP xəbərləri
30 İyul 14:24
Dünya
30 İyul 14:22
YAP xəbərləri
30 İyul 13:58
Elanlar
30 İyul 13:49
Dünya
30 İyul 13:41
Dünya
30 İyul 13:17
Elm
30 İyul 12:57
Sosial
30 İyul 12:57
Elm
30 İyul 12:56
Dünya
30 İyul 12:49
Sosial
30 İyul 12:31
İqtisadiyyat
30 İyul 12:20
İqtisadiyyat
30 İyul 12:19
Sosial
30 İyul 11:58
Gündəm
30 İyul 11:25
Mədəniyyət
30 İyul 11:15
Mədəniyyət
30 İyul 11:14
Siyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51

