Yeni Azərbaycan Partiyasına ümumxalq etimadı tükənməzdir
17.05.2019 [09:37]
1992-ci il noyabrın 21-də müxalifət partiyası kimi 550 nəfərin iştirakı ilə təsis konfransını keçirən Yeni Azərbaycan Partiyasının (YAP) qısa müddətdə iqtidara gəlməsi YAP-a, onun yaradıcısı və qurucusu Ulu Öndər Heydər Əliyevə ümumxalq ehtiramının və inamının nəticəsi idi. Bu gün üzvlərinin sayı 800 minə yaxınlaşan partiyanın ikinci qurultayındakı çıxışında “Bizim partiyaya üzv olan adamlar, bizim partiyaya qoşulmaq istəyənlər, bizim partiyaya gələn adamlar ancaq və ancaq öz qəlbinin, öz zehninin hökmü ilə gəlməlidirlər, öz könlü ilə gəlməlidirlər. Bilməlidirlər ki, bu partiya onun bütün arzu və istəklərinə cavab verən partiyadır” söyləyən Ümummilli Lider Heydər Əliyev bildirirdi ki, bu partiyanın yaradılması ilə Azərbaycanda yeni bir demokratik sistem formalaşır: “Əsas vəzifəmiz isə Azərbaycanın dövlət quruculuğudur. Azərbaycanda keçirilən islahatlardır- siyasi, iqtisadi, sosial və başqa islahatlardır”.
Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında keçirilən tədbir sübut etdi ki, Ulu Öndərin ideyalarını davam etdirən YAP, həqiqi mənada, xalqın, milyonların partiyasıdır.
Xəstəxananın baş həkimi Telman İbadov bildirib ki, respublikada aparılan genişmiqyaslı islahatlar, quruculuq işləri səhiyyə sistemində də əsaslı dönüş yaradıb, yeni xəstəxanalar istifadəyə verilib, Dünya Səhiyyə Təşkilatının standartlarına uyğun ən müasir tibbi avadanlıq və preparatlarla təmin edilib. “Ən təcrübəli həkimlərdən və tibb işçilərindən ibarət kollektivimiz Azərbaycanda səhiyyənin inkişafına göstərilən diqqət və qayğı üçün dövlətimizin başçısı, YAP sədri İlham Əliyevə minnətdarlığını fəaliyyətləri ilə bildirir. Bu qayğını layiqli işləri ilə doğrultmağa çalışan çoxsaylı həkimlərimiz, tibb işçilərimiz içdikləri Hippokrat andına sadiqdirlər. Bu gün onlardan 280 nəfəri YAP sıralarına daxil olmaq üçün ərizə ilə partiyanın Yasamal rayon təşkilatının xəstəxanadakı ərazi ilk təşkilatına müraciət edib”, - deyə o əlavə edib.
YAP Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov bildirib ki, 1992-ci ildə adları tarixə “91-lər” kimi yazılan vətənpərvər ziyalıların müraciətinə cavab verən Ulu Öndər Heydər Əliyev bu partiyanı yaratmaqla Azərbaycanda demokratik təsisatların əsasını qoydu, milli müstəqilliyimizi əbədiləşdirdi.
Tədbirdə Yeni Azərbaycan Partiyasına daxil olmaq istəyənlərin müraciətləri nəzərə alınıb. Belə bir inam ifadə olunub ki, onlar YAP üzvü kimi də etimadı layiqli işləri ilə doğruldacaqlar.
Xəbər lenti
Hamısına baxSosial
22 Avqust 09:55
Analitik
22 Avqust 09:45
Elm
22 Avqust 09:30
Mədəniyyət
22 Avqust 09:15
Ədəbiyyat
22 Avqust 08:48
Dünya
21 Avqust 23:57
Dünya
21 Avqust 23:34
Dünya
21 Avqust 22:58
Dünya
21 Avqust 22:32
Dünya
21 Avqust 21:59
Dünya
21 Avqust 21:38
Dünya
21 Avqust 20:57
Dünya
21 Avqust 20:35
Dünya
21 Avqust 19:55
Dünya
21 Avqust 19:35
İdman
21 Avqust 18:58
Mədəniyyət
21 Avqust 18:45
Mədəniyyət
21 Avqust 18:16
İqtisadiyyat
21 Avqust 17:45
İqtisadiyyat
21 Avqust 17:15
Elm
21 Avqust 16:58
Sosial
21 Avqust 16:35
Sosial
21 Avqust 16:15
Elm
21 Avqust 15:55
Gündəm
21 Avqust 15:50
Elm
21 Avqust 15:25
Mədəniyyət
21 Avqust 14:48
Dünya
21 Avqust 13:58
Gündəm
21 Avqust 13:38
Dünya
21 Avqust 13:38
Siyasət
21 Avqust 12:48
İqtisadiyyat
21 Avqust 11:58
Sosial
21 Avqust 11:48
Analitik
21 Avqust 11:38
Analitik
21 Avqust 11:30
Analitik
21 Avqust 11:10
İqtisadiyyat
21 Avqust 10:45
İqtisadiyyat
21 Avqust 10:15
İqtisadiyyat
21 Avqust 09:45
Gündəm
21 Avqust 09:20
Gündəm
21 Avqust 09:05
Dünya
20 Avqust 23:58
Dünya
20 Avqust 23:38
Dünya
20 Avqust 23:05
Dünya
20 Avqust 22:50
Dünya
20 Avqust 22:37
Elanlar
20 Avqust 22:17
Dünya
20 Avqust 21:49
Dünya
20 Avqust 21:28
Dünya
20 Avqust 20:55
Dünya
20 Avqust 20:35
Dünya
20 Avqust 19:58
Dünya
20 Avqust 19:32
Elm
20 Avqust 18:55
İqtisadiyyat
20 Avqust 18:25
Sosial
20 Avqust 17:56
Elm
20 Avqust 17:23
Elm
20 Avqust 16:52
İdman
20 Avqust 16:25
Turizm
20 Avqust 16:13
Elm
20 Avqust 15:59
Sosial
20 Avqust 15:58
Sosial
20 Avqust 15:37
Elm
20 Avqust 15:28
Sosial
20 Avqust 14:56
İqtisadiyyat
20 Avqust 14:35
Dünya
20 Avqust 13:55
Mədəniyyət
20 Avqust 13:38
Siyasət
20 Avqust 12:57
Dünya
20 Avqust 12:55

