Yeni Azərbaycan Partiyasının rayon və şəhər təşkilatlarının ümumrespublika müşavirəsi keçirilib
21.05.2019 [09:59]
Əli Əhmədov: Azərbaycanın iqtisadiyyatı inkişaf etdikcə insanların rifahının daha da yaxşılaşdırılması üçün bundan sonra da addımlar atılacaq
Mayın 18-də Yeni Azərbaycan Partiyasının (YAP) rayon və şəhər təşkilatlarının ümumrespublika müşavirəsi keçirilib.
Müşavirədə çıxış edən Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov ötən müddət ərzində ölkəmizin ictimai-siyasi həyatında uğurların davam etdiyini, iqtisadiyyatın artdığını, ictimai-siyasi sabitliyin möhkəmləndiyini bildirib. O qeyd edib ki, ötən dövrün mənzərəsini Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında geniş təhlil edib: “Ölkəmizdə iqtisadi inkişaf davam etməkdədir və ümumi iqtisadi inkişafın artım tempi yüksəlir. Bu, ondan xəbər verir ki, Azərbaycan iqtisadiyyatında Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən islahatlar öz bəhrəsini verməkdədir. İnkişaf tempi müxtəlif sahələrdə özünü göstərir. Ən başlıca cəhət ondan ibarətdir ki, iqtisadiyyatın şaxələndirilməsi nəticəsində qeyri-neft sektorunda inkişafın sürəti, xüsusilə sənaye sahəsində artım tempi digər sahələrlə müqayisədə xeyli yüksəlib. Qeyri-neft sektorunun inkişafı neft sektorunun inkişafından daha yüksək templə artmaqdadır. Bu, ondan xəbər verir ki, bütövlükdə Azərbaycanda sənaye istehsalı, o cümlədən kənd təsərrüfatı artmaqdadır. Eləcə də ölkəmizin sənaye məhsullarının ixracında artım var. Bunun nəticəsində də büdcəyə daxil olan vəsaitlər artır və əhalinin sosial rifahının daha da yaxşılaşdırılması istiqamətində vacib addımlar atılır”.
Baş nazirin müavini qeyd edib ki, bu ilin əvvəlindən dövlət başçısının müvafiq sərəncamları nəticəsində əhalinin müxtəlif kateqoriyalarının sosial müdafiəsinin gücləndirilməsi yönündə əhəmiyyətli addımlar atılıb. “Sosial sahədə son bir ildə, xüsusilə 2019-cu ilin əvvəlindən inqilabi addımlar atılır. Bu ilin əvvəlində minimum əməkhaqqı təxminən 40 faiz artırıldı. Bunun nəticəsində 600 min insanın əməkhaqları təxminən 40 faiz artdı. Minimum pensiyalar da 40 faiz artırıldı. Eləcə də dövlət başçısının Sərəncamı ilə sosial müavinətlər və təqaüdlər orta hesabla iki dəfə artırıldı. Bu isə o deməkdir ki, ölkəmizdə sosial ədalət prinsipi qorunur, ilk növbədə həssas təbəqələrə qayğı göstərilir. Dövlət başçısı problemli kreditlərin həlli ilə bağlı Fərman imzalamaqla 800 min insana dəstək verdi. Eləcə də məcburi köçkünlər üçün aylıq sosial müavinətin, tələbə təqaüdlərinin artırılması və digər addımlar bütövlükdə 3 milyona yaxın insanı əhatə edir. Azərbaycanda 2,5 milyona yaxın ailə var və demək olar ki, sosial sahədə ilin əvvəlindən atılan addımlardan təxminən hər bir ailə bu və ya digər dərəcədə faydalanır”, - deyə Əli Əhmədov vurğulayıb.
YAP Sədrinin müavini qeyd edib ki, ölkəmizdə iqtisadi inkişaf nəticəsində əhalinin yaşayış səviyyəsinin yaxşılaşdırılması üçün əlavə imkanlar yaranır və bu imkanlar da insanların sosial müdafiəsinin gücləndirilməsinə sərf olunur. Xüsusi diqqət göstərilən təbəqələrdən biri də məcburi köçkünlərdir. Dövlət tərəfindən onlar üçün əlavə tədbirlər görülür. Plan və istək bundan ibarətdir ki, məcburi köçkünlər üçün tikilən evlərin sayı daha da artırılsın.
“Təbii ki, Azərbaycanın iqtisadiyyatı inkişaf etdikcə insanların rifahının daha da yaxşılaşdırılması üçün bundan sonra da addımlar atılacaq. Bu addımlar nəticəsində insanlar daha da yaxşı yaşayacaqlar, onların həyatının keyfiyyəti yüksələcək. Bundan sonra da həyatımız daha da yaxşılaşacaq, insanların rifahı daha da yüksələcək. Vətəndaşlarımız əmin ola bilərlər ki, dövlətimiz və Prezidentimiz İlham Əliyev insanların rifahının yüksəlməsi naminə nə mümkündürsə edir və bundan sonra da edəcək. Beləliklə, görülən genişmiqyaslı işlər göz qabağındadır. Azərbaycan hökumətinin həyata keçirdiyi sosial siyasətin mahiyyəti daha aydın şəkildə özünü büruzə verməkdədir”, - deyə Əli Əhmədov vurğulayıb.
Azərbaycanın qazandığı uğurları gözü götürməyən qüvvələr olduğunu deyən YAP Sədrinin müavini qeyd edib ki, bu dairələrin qarayaxma kampaniyasının qarşısı alınmalıdır. Buna görə də vətəndaşlar, o cümlədən partiyamızın üzvləri həyata keçirilən dövlət siyasətinin uğurlarını daha geniş şəkildə təbliğ etməlidirlər.
Müşavirədə YAP İcra katibinin müavinləri - Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı və Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov da iştirak ediblər.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
20 Avqust 23:58
Dünya
20 Avqust 23:38
Dünya
20 Avqust 23:05
Dünya
20 Avqust 22:50
Dünya
20 Avqust 22:37
Elanlar
20 Avqust 22:17
Dünya
20 Avqust 21:49
Dünya
20 Avqust 21:28
Dünya
20 Avqust 20:55
Dünya
20 Avqust 20:35
Dünya
20 Avqust 19:58
Dünya
20 Avqust 19:32
Elm
20 Avqust 18:55
İqtisadiyyat
20 Avqust 18:25
Sosial
20 Avqust 17:56
Elm
20 Avqust 17:23
Elm
20 Avqust 16:52
İdman
20 Avqust 16:25
Turizm
20 Avqust 16:13
Elm
20 Avqust 15:59
Sosial
20 Avqust 15:58
Sosial
20 Avqust 15:37
Elm
20 Avqust 15:28
Sosial
20 Avqust 14:56
İqtisadiyyat
20 Avqust 14:35
Dünya
20 Avqust 13:55
Mədəniyyət
20 Avqust 13:38
Siyasət
20 Avqust 12:57
Dünya
20 Avqust 12:55
Dünya
20 Avqust 12:25
Gündəm
20 Avqust 11:58
Gündəm
20 Avqust 11:38
Gündəm
20 Avqust 11:15
Gündəm
20 Avqust 10:45
Elm
20 Avqust 10:20
İqtisadiyyat
20 Avqust 09:55
Siyasət
20 Avqust 09:35
Analitik
20 Avqust 09:20
Mədəniyyət
20 Avqust 09:05
Mədəniyyət
20 Avqust 08:45
Dünya
19 Avqust 23:53
Dünya
19 Avqust 23:35
Dünya
19 Avqust 22:55
Dünya
19 Avqust 22:35
Dünya
19 Avqust 22:05
Dünya
19 Avqust 21:45
Dünya
19 Avqust 21:10
Dünya
19 Avqust 20:48
Dünya
19 Avqust 20:17
Dünya
19 Avqust 19:55
Siyasət
19 Avqust 19:33
Dünya
19 Avqust 19:25
Sosial
19 Avqust 18:59
Mədəniyyət
19 Avqust 18:48
İdman
19 Avqust 18:17
İdman
19 Avqust 17:49
Elm
19 Avqust 17:28
Mədəniyyət
19 Avqust 17:17
İqtisadiyyat
19 Avqust 16:53
İqtisadiyyat
19 Avqust 16:30
İqtisadiyyat
19 Avqust 16:18
Dünya
19 Avqust 15:53
Sosial
19 Avqust 15:30
Dünya
19 Avqust 15:25
İdman
19 Avqust 14:53
Dünya
19 Avqust 14:15
Elm
19 Avqust 13:56
Dünya
19 Avqust 13:41
Dünya
19 Avqust 13:10
Sosial
19 Avqust 12:48

