Lənkəran seçiciləri bələdiyyə seçkilərində fəal iştirak edəcəklər
02.12.2009 [10:01]
Dünən Yeni Azərbaycan Partiyası (YAP) Lənkəran şəhər təşkilatının təbliğat-təşviqat qrupunun üzvləri bələdiyyə seçkiləri ilə bağlı rayonun Səpnəkəran kəndinin seçicilərilə görüşüb. YAP Lənkəran şəhər təşkilatının təbliğat-təşviqat qrupunun sədri Əlimərdan Əliyev bildirib ki, yerli özünüidaretmə orqanları olan bələdiyyələr ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi həyatında mühüm rol oynayan strukturdur və bu quruma keçirilən seçkilərə hazırlıq partiya üzvləri qarşısında ciddi vəzifələr qoyur. Dekabrın 23-də keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar görülmüş işlərdən danışan natiq qeyd edib ki, ötən müddət ərzində özünüidarəetmə orqanlarında namizədliyini irəli sürmüş YAP üzvləri ilə mütəmadi görüşlər keçirilib, onlara bələdiyyələrin ölkənin ictimai-siyasi həyatında oynadığı rolun əhəmiyyəti barədə geniş məlumat verilib.
Hazırda seçkilərin mühüm mərhələsi olan seçicilərlə görüşün əhəmiyyətinə toxunan Əlimərdan Əliyev bildirib ki, bələdiyyələr ölkəmizdə həyata keçirilən sosial, iqtisadi, mədəni, humanitar tədbirlərdə fəal iştirak etmək və vətəndaşların sosial məişət qayğılarının həllində aktivlik nümayiş etdirmək üçün səylərini gücləndirməlidir. Onun fikrincə, bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsi onların qarşıdakı illərdə ölkə həyatının müxtəlif sahələrində aktiv iştirak etməsinə səbəb olacaq. YAP Lənkəran şəhər təşkilatının təbliğat-təşviqat qrupunun sədri Səpnəkəran kəndinin seçicilərinin həmişə siyasi proseslərdə fəal iştirak etdiklərini və dekabrın 23-də yerli özünüidareətmə orqanlarına keçiriləcək seçkilərdə layiqli namizədlərə səs verəcəklərinə əmin olduğunu qeyd edib.
Lənkəran rayonunun Gərmətürk kəndinin seçiciləri ilə keçirilən görüşdə isə YAP Lənkəran şəhər təşkilatının təbliğat-təşviqat qrupunun üzvü Salman Dadaşov bələdiyyə seçkilərinə ciddi hazırlığın getdiyini qeyd edib. S.Dadaşov YAP-ın namizədlərinin bələdiyyə seçkilərində inamlı qələbə qazanacağına əminliyini ifadə edib. Onun fikrincə, Gərmətürk kəndinin seçiciləri əvvəlki seçkilərdə olduğu kimi, dekabrın 23-də də yüksək aktivlik nümayiş etdirməklə, Yeni Azərbaycan Partiyasının namizədlərinin seçkilərdə qələbəsini təmin etmiş olacaqlar.
YAP Lənkəran şəhər təşkilatının təbliğat-təşviqat qrupunun üzvü Əliziya Ağayev və Nübuvət Allahverdiyev də hakim partiyanın namizədlərinin bələdiyyə seçkilərində qələbə qazanmaq şanslarının böyük olduğunu diqqətə çatdırıblar.
ELBRUS CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58

