Qaradağ rayonu Qobustan qəsəbəsinin sakinləri YAP-ın namizədlərini dəstəkləyəcək
03.12.2009 [09:40]
Dekabr ayının 23-də keçiriləcək bələdiyyə seçkilərilə əlaqədar olaraq keçirilən təbliğat-təşviqat kampaniyası çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Qaradağ rayon təşkilatı dünən rayonun Qobustan qəsəbəsində tədbir keçirib.
Tədbirdə çıxış edən YAP Qaradağ rayon təşkilatının sədri, partiyanın Siyasi Şurasının üzvü Aydın Hüseynov ilk olaraq rayon təşkilatının bələdiyyə seçkilərinə hazırlıqla bağlı həyata keçirdiyi seçki hərəkətlərindən danışıb. O, bildirib ki, bələdiyyələr ölkəmizdə həyata keçirilən sosial, iqtisadi, mədəni, humanitar tədbirlərdə fəal iştirak etmək və vətəndaşların sosial məişət qayğılarının həllində aktivlik nümayiş etdirmək üçün səylərini gücləndirməlidir: “Bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsi onların qarşıdakı illərdə ölkə həyatının müxtəlif sahələrində aktiv iştirak etməsinə səbəb olacaq”.
Aydın Hüseynov deyib ki, YAP hər zaman xalqa xidmət prinsipini prioritet kimi seçki proqramlarında əsas götürüb: “Xalqa xidmət naminə” şüarı ilə bələdiyyə seçkilərində iştirak edən YAP, seçicilərin dəstəyilə qarşısına qoyduğu hədəflərə çatacaq. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasi kurs hər zaman vətəndaşların rifahının yaxşılaşmasına xidmət edib və bu gün də bu proses davam edir. Bu gün bələdiyyə seçkilərində namizədliyi irəli sürülən Yeni Azərbaycan Partiyası üzvləri də məhz bu siyasətin daha böyük uğurlarla nəticələnməsinə çalışacaq. Mən inanıram ki, dövlətçiliyə sədaqətli olan Qobustan qəsəbəsinin seçiciləri hər zaman olduğu kimi, bu dəfə də doğru seçim edəcəklər”.
Aydın Hüseynov Qobustan qəsəbəsinin seçicilərinin həmişə siyasi proseslərdə fəal iştirak etdiklərini və dekabrın 23-də bələdiyyələrə keçiriləcək seçkilərdə layiqli namizədlərə səs verəcəklərinə əmin olduğunu bildirib.
Sonra tədbirdə çıxış edən namizədlər qəsə
bədə görülən işlərlə bağlı ətraflı məlumat veriblər.
çıxış edən Qobustan qəsəbəsi bələdiyyəsinə namizəd İslam Rzayev qəsəbədə görülmüş işlərdən söz açıb: “Əminəm ki, qəsəbə sakinləri ötən müddət ərzində bələdiyyə tərəfindən görülmüş işləri təqdir edir. Yeni Azərbaycan Partiyası budəfəki bələdiyyə seçkilərində gənclərə və qadınlara böyük diqqət ayırdı. Bu, dövlətin gənclərə, qadınlara olan etimadının göstəricisidir. Əlbəttə ki, Qobustan qəsəbəsinin sakinləri bizə etimad göstərərlərsə, çalışacağıq ki, bu inamı fəaliyyətimizlə doğruldaq”.
YAP-ın Qobustan qəsəbəsi bələdiyyəsinə namizədi Gülnarə Məmmədova bildirib ki, bələdiyyələrin əsas funksiyası yerli problemləri həll etməkdir: “Əlbəttə ki, görülmüş bu işləri davam etdirmək lazımdır. Qobustan qəsəbəsinin sakinləri fəaliyyətilə inam qazanmış YAP-ın irəli sürdüyü namizədlərə bu dəfə də etimad göstərəcək, onlara səs verəcək”.
Digər namizəd Elşən Məmmədov vurğulayıb ki, bələdiyyələr yerli problemlərin həlli ilə yanaşı, digər dövlətlərin bələdiyyələrinin təcrübələrini də mənimsəməlidir: “Bələdiyyə sahəsində mövcud təcrübələri mənimsəmək lazımdır ki, işimizi düzgün quraq və bizə etimad göstərəcək insanların ümidlərini doğruldaq”.
Qaradağ rayonu Qobustan qəsəbəsi bələdiyyəsinə namizəd Şahin Kazımov isə bildirib ki, Yeni Azərbaycan Partiyasının namizədləri seçicilərin etimadını doğruldacaq.
Qəsəbə ağsaqqalı Əliyusif Əliyev Qobustan qəsəbəsi bələdiyyəsinin fəaliyyətinə toxunub: “Mən inanıram ki, qəsəbəmizin sakinləri bu dəfə də Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcək”.
Seçicilər isə öz növbəsində budəfəki bələdiyyə seçkilərində də Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklərini bildiriblər.
Xəbər lenti
Hamısına baxSiyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Siyasət
18 Aprel 17:23
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33

