YAP bələdiyyə seçkilərində mütəşəkkil şəkildə iştirak edir
03.12.2009 [09:47]
Yeni Azərbaycan Partiyasının bələdiyyə seçkiləri ilə əlaqədar təbliğat-təşviqat kampaniyası çərçivəsində dünən Nərimanov rayon, “Əliyar Əliyev-51/59” ünvanında seçicilərlə görüş keçirilib. YAP-ın bələdiyyə seçkilərində səlahiyyətli nümayəndəsi, partiyanın Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev bələdiyyə seçkilərinin ölkənin həyatında əhəmiyyətli siyasi kampaniya olduğunu bildirib. Onun sözlərinə görə, bütün seçkilərdə olduğu kimi, bu siyasi kampaniyada da YAP mütəşəkkil formada iştirak edir.
Səlahiyyətli nümayəndə partiyanın seçkilərdə müəyyən hədəflərinin olduğunu deyərək bütün bunların seçki konsepsiyasında əks olunduğunu qeyd edib. Azərbaycanda bələdiyyələrin 10 ildir fəaliyyət göstərdiyini xatırladan T.Tağıyev bildirib ki, ötən müddət ərzində bələdiyyələrin işinin təkmilləşdirilməsi istiqamətində ciddi addımlar atılıb. O, həmçinin, qeyd edib ki, yerli özünüidarəetmə orqanlarının vəzifəsi insanlara səmərəli xidmət göstərmək və yerli sosial məsələlərin həllinə daha peşəkar yanaşmaqdan ibarətdir. Buna görə də, növbəti bələdiyyələr də seçildikdən sonra bu meyarlara uyğun olaraq daha yüksək səviyyədə fəaliyyət göstərməlidirlər. özünün də namizəd olduğunu deyən T.Tağıyev partiyanın bütün namizədlərinin seçkilərdə qələbə qazanacaqları təqdirdə insanlara ləyaqətlə xidmət edəcəklərini vurğulayıb. O, dekabrın 23-də seçiciləri fəal olmağa və YAP-ın namizədlərinə səs verməyə çağırıb.
YAP Nərimanov rayon təşkilatı İdarə Heyətinin üzvü Nurulla Məmmədov bələdiyyələrin ölkənin sosial həyatında vacib rol oynadığını bildirib. Onun sözlərinə görə, zaman keçdikcə bu təsisatın cəmiyyətdəki rolu artır. “Artıq bələdiyyələrə üçüncü seçkilər keçiriləcək. ötən 10 il ərzində bələdiyyələr müəyyən təcrübə qazanıblar. Onların fəaliyyəti təkmilləşməyə doğru gedir. Bu prosesdə YAP-ın rolu xüsusi qeyd edilməlidir. YAP xalqa xidmət edən partiya kimi bütün proseslərin önündə gedir. Bələdiyyə seçkilərində YAP-ın namizədlərinə səs verməklə gələcəkdə sosial məsələlərin həllində özünüzə ən yaxın silahdaşlar qazanacaqsınız” - deyə, o, vurğulayıb.
YAP tərəfindən Nərimanov bələdiyyəsinə namizədliyi irəli sürülmüş Xanoğlan Qənbərov çıxışında rayonun son illər xeyli inkişaf etdiyini bildirib. O, qeyd edib ki, bələdiyyə üzvləri öz vəzifələrini yaxşı bilməlidirlər: “Biz namizəd olaraq üzərimizə düşən vəzifələri aydın şəkildə dərk edirik. Bələdiyyə üzvləri daim insanların arasında olmalı, onların qayğılarının aradan qaldırılmasında öz səlahiyyətləri çərçivəsində iştirak etməlidir. Bu məsulliyəti dərk edərək seçkilərdə iştirak edirik”.
Nərimanov bələdiyyəsinə digər namizəd Sürəyya İsmayılova isə seçicilərin etimadını qazanacaqlarına inandığını deyib: “Nərimanov seçiciləri daim düzgün seçim ediblər. İnanırıq ki, bu seçkilərdə də onlar YAP-ın namizədlərinə səs verəcəklər”.
Seçicilərdən Hacı Əlifirat Yusifov dekabrın 23-də səsvermə prosesində fəal iştirak edəcəklərini deyib. O, bildirib ki, əhali yeni seçiləcək üzvlərdən çox işlər gözləyir: “Bilirsiniz ki, ölkəmiz Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində sürətlə inkişaf edir. Bütün bölgələrdə abadlıq və quruculuq işləri aparılır. Bu prosesdə bələdiyyələr də fəal iştirak etməlidir. Ona görə də, Nərimanov bələdiyyəsinə seçiləcək yeni üzvlərdən gözləntilərimiz böyükdür”.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
29 Avqust 21:19
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17

