Yeni Azərbaycan Partiyası bələdiyyə seçkilərində inamlı qələbə qazanacaq
09.12.2009 [10:05]
Yeni Azərbaycan Partiyası dekabr ayının 23-də keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar təbligat-təşviqat kampaniyası çərçivəsində dünən Saatlı rayonunun Qıraqlı kəndində seçicilərlə görüş keçirib. Görüşdə Yeni Azərbaycan Partiyasının səlahiyyətli nümayəndələri, Milli Məclisin deputatı, Astan Şahverdiyev, “Səs” qəzetinin baş redaktoru və “Səs” informasiya agentliyinin baş direktoru, YAP-ın bələdiyyə seçkilərində səlahiyyətli nümayəndəsi Bəhruz Quliyev, YAP Saatlı rayon təşkilatının sədri Lütvəli Şıxəliyev, YAP tərəfindən bələdiyyə üzvlüyünə namizədlər iştirak ediblər.
Tədbirdə çıxış edən YAP Saatlı rayon təşkilatının sədri Lütvəli Şıxəliyev bələdiyyə seçkilərinin ölkəmizin həyatında mühüm siyasi kampaniya olduğunu qeyd edərək bildirib ki, Saatlı rayonunda 36 bələdiyyə üzrə Yeni Azərbaycan Partiyası tərəfindən 324 namizəd irəli sürülüb, onlardan 98 nəfəri qadın, 100 nəfəri 30 yaşına qədər gənclərdir. O, qeyd edib ki, noyabr ayının 25-dən başlayan təbliğat-təşviqat kampaniyası YAP Mərkəzi Aparatının təlimatlarına uyğun olaraq rayon təşkilatı tərəfindən uğurla həyata keçirilir. Keçirilən görüşlərdə seçicilər ölkəmizin inkişafına, xalqımızın rifah halının yaxşılaşdırılmasına xidmət edən, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən yeni keyfiyyət və məzmunda həyata keçirilən siyasi kursu dəstəklədiklərini bəyan etməklə Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən namizədlərə yekdilliklə səs verəcəklərini bildiriblər. L.Şıxəliyev bələdiyyə seçkilərində Yeni Azərbaycan Partiyasının inamla qələbə qazanacağını qeyd edərək, bundan sonra da, bələdiyyələrin rayonun sosial-iqtisadi həyatına, abadlıq və quruculuq işlərinə mühüm töhfə verəcəyini qeyd edib.
Millət vəkili, Yeni Azərbaycan Partiyasının bələdiyyə seçkilərində səlahiyyətli nümayəndəsi Astan Şahverdiyev yerli özünüidarəetmə orqanlarının demokratik cəmiyyətin əsas atributlarından biri olduğunu bildirərək, bələdiyyələrə dair qanunvericilik bazasının mükəmməl olduğunu söyləyib. Astan Şahverdiyev bələdiyyələrə seçilən şəxslərin yerli əhali ilə sıx münasibət qurmasının, onların problemlərinə diqqət və qayğı ilə yanaşmalarının önəmli olduğunu bildirərək hər zaman olduğu kimi, bu dəfə də Saatlı seçicilərinin yüksək fəallıq və mütəşəkkillik göstərərək Yeni Azərbaycan Partiyasının namizədlərinə yekdilliklə səs verəcəyinə əmin olduğunu vurğulayıb.
Astan Şahverdiyev bələdiyyələrlə bağlı islahatların bu strukturların inkişafında mühüm rol oynadığını, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən dövlət proqramlarının icrası istiqamətində yerli özünüidarəetmə orqanlarının üzərinə düşən vəzifələri qeyd etməklə bələdiyyələrin daha effektiv və səmərəli fəaliyyət göstərəcəklərini, dövlətimizin inkişaf prosesində layiqli yer tutacaqlarını bildirib.
Tədbirdə çıxış edən YAP-ın bələdiyyə seçkilərində səlahiyyətli nümayəndəsi, “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev isə qeyd edib ki, bələdiyyələr ölkəmizdə həyata keçirilən sosial, iqtisadi, mədəni, humanitar tədbirlərdə fəal iştirak etmək və vətəndaşların sosial məişət qayğılarının həllində aktivlik nümayiş etdirmək üçün səylərini gücləndirməlidir. Onun fikrincə, bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsi onların qarşıdakı illərdə ölkə həyatının müxtəlif sahələrində aktiv iştirak etməsinə səbəb olacaq. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən çoxşaxəli, səmərəli siyasət nəticəsində respublikamızda ictimai-siyasi sabitlik qorunub, sosial-iqtisadi həyatın bütün sahələrində yüksək inkişaf baş verib. Bu gün bələdiyyə seçkilərində namizədliyi irəli sürülən YAP üzvləri də məhz bu siyasətin daha böyük uğurlarla nəticələnməsinə çalışacaq.
Bəhruz Quliyev, həmçinin, vurğulayıb ki, YAP bu seçkilərdə qarşısına bələdiyyələrin fəaliyyətini təkmilləşdirmək, onların ölkə həyatında rolunu artırmaq, bələdiyyələrin fəaliyyətinin hüquqi tənzimlənməsini daha da mükəmməlləşdirmək üçün qanuni bazanı təkmilləşdirmək, bələdiyyələrdə qadınların və gənclərin rolunu artırmaq kimi mühüm vəzifələr də qoyub: “Mən əminəm ki, hər bir Azərbaycan vətəndaşı, hər bir seçici ölkəmizin gələcəyi baxımından mühüm əhəmiyyət kəsb edən bu məsələlərin reallaşdırılması üçün partiyamıza dəstək verəcək. Bu dəstək isə seçkilərdə iştirak etmək, öz iradəsini azad şəkildə ifadə etməkdən başlamalıdır”.
Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyasının bələdiyyə üzvlüyünə namizədləri Saatlı rayonunda aparılan abadlıq və quruculuq işləri barəsində ətraflı məlumatlar veriblər. Seçicilər isə öz növbəsində budəfəki bələdiyyə seçkilərində də Yeni Azərbaycan Partiyasının namizədlərini dəstəkləyəcəklərini bildiriblər.
Xəbər lenti
Hamısına baxSiyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58
YAP xəbərləri
08 Noyabr 10:35
Sosial
08 Noyabr 10:12
İqtisadiyyat
08 Noyabr 09:56
Xəbər lenti
08 Noyabr 09:39
MEDİA
08 Noyabr 09:34
Analitik
08 Noyabr 09:12
Siyasət
08 Noyabr 08:52
Ədəbiyyat
08 Noyabr 08:28
Gündəm
08 Noyabr 00:26
YAP xəbərləri
07 Noyabr 23:52
Gündəm
07 Noyabr 21:41
Gündəm
07 Noyabr 21:10
YAP xəbərləri
07 Noyabr 21:08
Gündəm
07 Noyabr 20:24
YAP xəbərləri
07 Noyabr 18:30
Sosial
07 Noyabr 18:22
Dünya
07 Noyabr 17:51
Elanlar
07 Noyabr 16:51
Xəbər lenti
07 Noyabr 16:48

