Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / YAP Nərimanov rayon təşkilatı Gənclər Birliyinin idarə heyəti və şura üzvləri ilə görüş keçirilib

YAP Nərimanov rayon təşkilatı Gənclər Birliyinin idarə heyəti və şura üzvləri ilə görüş keçirilib

26.09.2019 [09:57]

Yeni Azərbaycan Partiyasının (YAP) Nərimanov rayon təşkilatı Gənclər Birliyinin idarə heyəti və şura üzvləri ilə görüş keçirilib. Görüşdə YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev gənclərə bu gün dünyada baş verən gərgin ictimai-siyasi proseslərin fonunda Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən uğurlu siyasətdən bəhs edərək bildirib ki, bu gün ölkəmiz bütün sahələr üzrə böyük uğurlar qazanır və Azərbaycanın dünya dövlətləri arasında nüfuzu durmadan artır. Təmraz Tağıyev müasir müstəqil Azərbaycanın şanlı siyasi tarixinin mühüm səhifələrindən birini ümumxalq partiyası olan YAP-ın yaradılmasının təşkil etdiyini söyləyib. O, həmçinin Yeni Azərbaycan Partiyasının təkcə ölkənin deyil, regionun aparıcı siyasi təşkilatı olduğunu deyib. T.Tağıyev qeyd edib ki, xalq öz Prezidentini, Onun Sədri olduğu partiyanı dəstəkləyir və Azərbaycan xalqı Yeni Azərbaycan Partiyasına inanır, onun ətrafında sıx birləşdiyini nümayiş etdirir.
YAP Nərimanov rayon təşkilatı Gənclər Birliyinin sədri Nərminə Yunusova çıxış edərək bildirib ki, müstəqilliyinin ilk illərində ölkəyə rəhbərlik edənlərin səriştəsizliyi ucbatından varlığı şübhə altında qalan Azərbaycanın bu bəlalardan xilas olması üçün xalqın üzünü Ulu Öndər Heydər Əliyevə tutması gələcəyə ümiddən xəbər verirdi. Saflıq, saf mənəviyyat üzərində qurulmuş partiyanın öz ətrafında 700 mindən çox üzvü birləşdirməsi də bunun göstəricisidir. N.Yunusova partiyanın sıralarında sayı gündən-günə artan gənclərin dövlətimizin gələcəyini, inkişafını istiqamətləndirən sivil cəmiyyətin aparıcı qüvvəsi olduğunu vurğulayıb.
Sonda təşkilat sədri Təmraz Tağıyev gənclərə müvafiq tapşırıq və tövsiyələr verib.

Paylaş:
Baxılıb: 858 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30