/ / Yeni Azərbaycan Partiyası Yevlax rayonunda birinci qrup Qarabağ müharibəsi əlili Tahir Həsənova fərdi ev tikəcək
Yeni Azərbaycan Partiyası Yevlax rayonunda birinci qrup Qarabağ müharibəsi əlili Tahir Həsənova fərdi ev tikəcək
13.11.2019 [09:47]
Bu gün Azərbaycan Respublikasında sosial sfera, vətəndaşların həyat səviyyəsinin yüksəldilməsi dövlət siyasətinin ən mühüm istiqamətlərindən biri kimi müəyyənləşdirilib. Respublikamızda Prezident İlham Əliyev tərəfindən müəyyənləşdirilən strateji kursa uyğun olaraq dövlət siyasətində cəmiyyətdən gələn sosial sifarişlər əsas götürülür. Ötən illər ərzində Prezident İlham Əliyev bilavasitə ölkə vətəndaşlarının maraqlarının yüksək səviyyədə təmin edilməsinə, onların rifah halının yaxşılaşmasına, gəlir imkanlarının artırılmasına hesablanan çoxsaylı Fərman və sərəncamlar imzalayıb.
Hazırda Azərbaycanda əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində genişmiqyaslı tədbirlər davam etdirilir. Bu prosesdə şəhid ailələri, Qarabağ müharibəsi əlilləri, qaçqın və məcburi köçkünlər xüsusi yer tutur. Adıçəkilən təbəqənin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində ardıcıl olaraq tədbirlər davam etdirilir. Bu tədbirlərdən biri də həmin insanların mənzillə təmin edilməsidir. Ötən illər ərzində dövlət tərəfindən minlərlə mənzil tikilərək şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, qaçqın və məcburi köçkünlərə verilib.
Ölkəmizin aparıcı siyasi təşkilatı olan Yeni Azərbaycan Partiyası da öz fəaliyyətində müxtəlif tipli sosial layihələrin həyata keçirilməsini daim diqqət mərkəzində saxlayır.
Hazırda partiya bu istiqamətdə tədbirləri davam etdirir. Bunlardan biri də Yevlax rayonu Yuxarı Qarxun kənd sakini, birinci qrup Qarabağ Müharibəsi əlili, ehtiyatda olan polis polkovnik-leytenantı, 1947-ci il təvəllüdlü Həsənov Tahir Hüseyn oğlu üçün fərdi evin tikilməsidir.
Məlumat üçün bildirək ki, Həsənov Tahir Hüseyn oğlu 20.11.1968-ci ildən 02.01.1970-ci il tarixədək keçmiş Sovet ordusu sıralarında sıravi əsgər kimi, 02.01.1970-ci ildən 15.06.1992-ci il tarixinədək zabit kimi, 15.06.1992-ci ildən 19.04.1999-cu il tarixinədək isə Azərbaycan Respublikası Silahlı Qüvvələrində zabit kimi hərbi xidmət keçib.
O, 1979-1981-ci illərdə keçmiş Sovet ordusu sıralarında zabit kimi Əfqanıstanda xidmət etmişdir. 1992-ci ildə Qarabağ uğrunda gedən döyüşlərdə yaralanmış və nəticədə sol əl barmaqlarını və sol ayağını itirmişdir.
T.Həsənov 2000-ci ildən 2005-ci ilədək Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətində Qarabağ əlilləri və Şəhid ailələrinin mənzil növbəliliyinə alınmış, 2005-ci ildə növbəliliyi Binəqədi rayonuna keçirilmişdir. 2013-cü ildə isə sağlamlığının məhdudlaşması və ailə vəziyyəti ilə bağlı daimi qeydiyyat yeri olan Yevlax rayonu Yuxarı Qarxun kəndində məskunlaşmışdır.
13.09.2013-cü il tarixində Yevlax şəhər İcra Hakimiyyətinə ərizə ilə müraciət edərək mənzillə və ya fərdi yaşayış evi ilə təmin olunmaq üçün Yevlax rayonu üzrə Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzil növbəliliyinə alınmasını xahiş etmişdir. Həsənov Tahir Hüseyn oğlunun ərizəsi nəzərə alınaraq o, həmin vaxtdan qanuna müvafiq olaraq Yevlax rayonu üzrə Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzil növbəliliyində 119-cu sırada qeydiyyata alınmışdır. Yevlax rayonu üzrə Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin 01.03.2014-cü il tarixinə dürüstləşdirilmiş mənzil növbəliliyi siyahısı Yevlax şəhər İcra Hakimiyyətinin 06.03.2014-cü il tarixli 208 nömrəli qeydiyyat məktubu ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim olunmuşdur.
Ötən dövr ərzində fərdi yaşayış evləri və ya ictimai mənzillərlə təmin olunmuş Qarabağ müharibəsi əlilləri, şəhid ailələri və digər üzrlü səbəblərdən mənzil növbəliliyindən çıxarılmış şəxslərdən sonra hazırda Həsənov Tahir Hüseyn oğlu Yevlax rayonu üzrə Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzil növbəliliyində 73-cü sıraya yerləşdirilmişdir.
Həsənov Tahir Hüseyn oğlunun mövcud sosial durumu nəzərə alınaraq ona fərdi evin tikilməsini Yeni Azərbaycan Partiyası öz üzərinə götürmüşdür. Artıq fərdi evin tikintisi üçün Yevlax rayonunda müvafiq ərazi ayrılmışdır.
Xəbər lenti
Hamısına baxDünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58

