Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Bələdiyyə seçkiləri ilə bağlı Ağstafa rayonunda səhiyyə işçiləri ilə görüş keçirilib

Bələdiyyə seçkiləri ilə bağlı Ağstafa rayonunda səhiyyə işçiləri ilə görüş keçirilib

04.12.2019 [09:41]

23 dekabrda ölkəmizdə keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası (YAP) Ağstafa rayon təşkilatı Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq təbliğat-təşviqat kampaniyasına uğurla start verib.
Kampaniya çərçivəsində səhiyyə işçiləri ilə görüş keçirilib. Tədbiri açan YAP Ağstafa rayon təşkilatının sədri Ramiz Tatarov bildirib ki, YAP bu seçkilərə də ciddi hazırlaşıb: “Biz dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərində səhiyyə işçilərinin yaxından iştirak edəcəklərindən əminik. Cənab Prezident İlham Əliyevin bütün sahələrdə, o cümlədən səhiyyə sahəsindəki islahatlarının davamlı şəkildə həyata keçirilməsində bələdiyyələr də artıq öz sözünü deməkdədir”.
Sonra Ağstafa rayon Mərkəzi Xəstəxanasının baş həkimi Fatma Vəliyeva, Uşaq xəstəxanasının baş həkimi İradə Batıyeva, həkimlərdən Teyyub Carçıyev, Xəyalə Ağakişiyeva və başqaları çıxış edərək bələdiyyə seçkilərində iştirak edəcəklərini, seçkilərdə YAP-ın namizədlərinə səs verəcəklərini bildiriblər.

Paylaş:
Baxılıb: 682 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Analitik

Ədəbiyyat

Serial oxucusu

25 Aprel 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

25 Aprel 08:38  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30