Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Qaradağ rayonunda seçicilərlə növbəti görüş Səngəçal qəsəbəsində keçirilib

Qaradağ rayonunda seçicilərlə növbəti görüş Səngəçal qəsəbəsində keçirilib

18.12.2019 [09:29]

Qaradağ rayonunun Səngəçal qəsəbəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən bələdiyyə üzvlüyünə irəli sürülmüş namizədlərlə seçicilərin görüşü keçirilib. Görüşdə çıxış edən YAP Siyasi Şurasının üzvü, partiyanın rayon təşkilatının sədri Aydın Hüseynov əvvəlcə bələdiyyə üzvlüyünə YAP tərəfindən irəli sürülmüş namizədlərlə bağlı məlumat verib, onların bələdiyyələrə seçiləcəkləri təqdirdə üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirəcəklərinə inamını ifadə edib. A.Hüseynov, həmçinin seçkilərin ölkələrin demokratik inkişafında mühüm əhəmiyyətini vurğulayaraq deyib ki, xalq öz taleyini həll etmək üçün seçkilərdə yekdilliklə iştirak etməli və istədiyi namizədə səs verməlidir. “Ötən dövrlər ərzində keçirilən seçkilər bir daha sübut etdi ki, partiyamız xalqın etimadını həmişə əməli işi ilə doğruldub”, - deyə rayon təşkilatının sədri vurğulayıb.
Çıxış edən bələdiyyə üzvlüyünə namizədlər qəsəbədə nəzərdə tutulan işlər barədə fikir və təkliflərini bildiriblər.
Sonda qəsəbə sakinləri çıxış edərək növbəti seçkilərdə də fəallıq göstərəcəklərini və partiyanın fəaliyyətinə yüksək qiymətlərini onun namizədlərinə səs verməklə bildirəcəklərini deyiblər.

Paylaş:
Baxılıb: 574 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30