Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Balakənlilərin seçimi YAP-ın namizədi Nəsib Məhəməliyevdir

Balakənlilərin seçimi YAP-ın namizədi Nəsib Məhəməliyevdir

20.01.2020 [13:11]

9 fevral tarixində Milli Məclisə keçiriləcək seçkilərdə Yeni Azərbaycan Partiyasının (YAP) 109 saylı Balakən seçki dairəsi üzrə namizədi Nəsib Məhəməliyev təbliğat kampaniyası çərçivəsində Balakən rayonunun Xalatala kəndində seçicilərlə görüşüb. Görüşdə qeyd olunub ki, Nəsib Məhəməliyev Milli Məclisin deputatı kimi fəaliyyət göstərdiyi ötən dövr ərzində seçiciləri ilə ünsiyyətdə olan, onların sosial qayğıları ilə daim maraqlanan fəal millət vəkillərindən biri olub. Vurğulanıb ki, Nəsib Məhəməliyev seçicilərin qaldırdığı məsələlərə hər zaman həssas yanaşıb, rayonun problemləri ilə bağlı məsələləri Milli Məclis tribunasından səsləndirib. Görüşdə çıxış edən seçicilər – Mamed İsayev, Həybulla Bozbaxov, Xədicət Murtuzova, Ramazan Xutrayev və digərləri əmin ediblər ki, fevralın 9-da keçiriləcək seçkilərdə bütün balakənlilər YAP-ın namizədi Nəsib Məhəməliyevə səs verəcəklər.
Görüşdə çıxış edən Nəsib Məhəməliyev göstərilən yüksək etimada və onun fəaliyyətinə verilən qiymətə görə seçicilərə minnətdarlıq edərək növbəti dəfə Milli Məclis üzvlüyünə seçilərsə, yenə də seçiciləri və Balakən rayonunu ən yaxşı şəkildə təmsil edəcəyinə söz verib.

Paylaş:
Baxılıb: 603 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30