Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / YAP-ın namizədi Nurlan Həsənovun seçicilərlə növbəti görüşü Şəmkir rayonunun Düyərli kəndində keçirilib

YAP-ın namizədi Nurlan Həsənovun seçicilərlə növbəti görüşü Şəmkir rayonunun Düyərli kəndində keçirilib

25.01.2020 [10:58]

Milli Məclisə seçkilərdə Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 99 saylı Şəmkir kənd seçki dairəsindən namizədliyi irəli sürülmüş Nurlan Həsənovun seçicilərlə növbəti görüşü Şəmkir rayonunun Düyərli kəndində keçirilib. Görüşü giriş sözü ilə açan YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev qeyd edib ki, Yeni Azərbaycan Partiyası parlament seçkilərinə ciddi hazırlaşıb, 123 seçki dairəsi üzrə özünün layiqli namizədlərini irəli sürüb.
Çıxış edən YAP Mərkəzi Aparatının məsul işçisi Rəfayıl Gülməmmədov ölkəmizdə həyata keçirilən iqtisadi və siyasi islahatların uğurlu nəticələri barədə danışıb.
Yeni Azərbaycan Partiyasının 99 saylı Şəmkir kənd seçki dairəsindən namizədi Nurlan Həsənov seçicilərinə seçki platformasındakı prioritet məsələlər barədə məlumat verib. Çıxışı zamanı Nurlan Həsənov xüsusi olaraq qeyd edib ki, Yeni Azərbaycan Partiyası seçkilərə möhtəşəm nailiyyətlərlə və növbəti beş il üçün böyük proqramı ilə gedir: “Dövlətimizin qüdrətinin yüksəlməsi, iqtisadi inkişaf, sosial rifah, təhsil islahatları, səhiyyədə yüksəliş, ordu quruculuğu bizim əsas prioritet istiqamətlərimizdən biridir”.
Görüşdə çıxış edən kənd sakinlərindən İlhamə İbrahimova, Tahir Məmmədov və başqaları parlament seçkilərində YAP-ın namizədinə səs verəcəklərini bildirərək ona uğurlar arzulayıblar.

Paylaş:
Baxılıb: 663 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30