Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi Elnur Allahverdiyevin seçicilərlə görüşləri davam edir

Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi Elnur Allahverdiyevin seçicilərlə görüşləri davam edir

28.01.2020 [10:08]

Yeni Azərbaycan Partiyasının (YAP) 17 saylı Yasamal üçüncü seçki dairəsindən deputatlığa namizədi Elnur Allahverdiyev partiyanın rayon təşkilatının binasında yerli ağsaqqallarla görüşüb. E.Allahverdiyev barədə görüş iştirakçılarına məlumat verən YAP Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov bildirib ki, YAP Milli Məclisə seçkilərdə 123 namizədlə iştirak edir və 17 saylı Yasamal üçüncü seçki dairəsindən partiyanın namizədi Elnur Allahverdiyevdir. Vurğulanıb ki, bu, olduqca böyük etimaddır.
Tədbirdə çıxış edən 17 saylı Yasamal üçüncü seçki dairəsindən partiyanın namizədi Elnur Allahverdiyev bildirib ki, təşviqat kampaniyasına seçicilərlə intensiv təmaslarla başlayıb və qarşıya qoyulmuş məqsəd maksimum sayda seçici ilə görüşməkdir: “Bu səbəbdən çalışırıq ki, 17 saylı Yasamal üçüncü seçki dairəsinin hüdudlarında hər qapını döyək, hər küçədə və evdə olaq, seçicilərlə görüşək. Yeni Azərbaycan Partiyasının namizədi olaraq insanlarla təmasda olmaq, onlarla əlaqə qurmaq, onları dinləmək bizim ən ümdə vəzifələrimizdəndir”.

Paylaş:
Baxılıb: 654 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Gündəm

Siyasət

YAP xəbərləri

Gündəm

Ədəbiyyat

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30