Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Tahir Mirkişili Sumqayıt şəhərinin 6-cı mikrorayonunda seçiciləri ilə görüşüb

Tahir Mirkişili Sumqayıt şəhərinin 6-cı mikrorayonunda seçiciləri ilə görüşüb

28.01.2020 [10:11]

Yeni Azərbaycan Partiyasının (YAP) parlament seçkilərində irəli sürdüyü namizədlərin seçicilərlə görüşləri davam edir. Partiyanın 42 saylı Sumqayıt ikinci seçki dairəsindən deputatlığa namizədi Tahir Mirkişilinin şəhərin 6-cı mikrorayonunda seçiciləri ilə keçirilən görüşdə çıxış edən namizədin vəkilləri ölkəmizdə həyata keçirilən sosial-iqtisadi inkişaf siyasətinin uğurlarından danışıblar. Qeyd edilib ki, Prezidentimiz İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilən sosial-iqtisadi siyasət nəticəsində ölkəmizdə olduğu kimi, Sumqayıt şəhərində də yüksək inkişaf əldə edilib. Bildirilib ki, Sumqayıt şəhəri hər zaman siyasi aktivliyi ilə seçilib və dövlətçiliyimizin inkişafında xüsusi yerə malik olub. Çıxış edən natiqlər seçiciləri “Daha güclü Azərbaycan naminə” YAP-ın namizədlərinə səs verməyə çağırıblar.
Çıxış edən YAP-ın 42 saylı Sumqayıt ikinci seçki dairəsindən namizədi Tahir Mirkişili ona böyük etimad göstərərək, namizədliyini irəli sürən YAP rəhbərliyinə minnətdarlığını bildirib. Respublikamızın dinamik inkişafından bəhs açan T.Mirkişili bildirib ki, sumqayıtlı seçicilər hər zaman YAP-ın namizədlərinə etimad göstərirlər. O, fevralın 9-da keçiriləcək parlament seçkilərində də seçicilərin daha güclü Azərbaycan naminə seçki marafonuna qoşulmuş YAP-ın namizədlərinə dəstək verəcəyinə əminliyini ifadə edib: “Prezident İlham Əliyevin yürütdüyü daxili və xarici siyasətin uğurlarının xalq tərəfindən dəstəklənməsi YAP-ın parlament seçkilərində qələbəsi üçün başlıca təminatdır”.
Tədbirdə çıxış edən seçicilər də fevralın 9-da YAP-ın namizədlərini dəstəkləyəcəklərini bildiriblər.

Paylaş:
Baxılıb: 707 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Gündəm

Siyasət

YAP xəbərləri

Gündəm

Ədəbiyyat

Analitik

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30