Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Abşeron rayonunun Məmmədli kəndinin və Digah qəsəbəsinin seçiciləri ilə görüşlər keçirilib

Abşeron rayonunun Məmmədli kəndinin və Digah qəsəbəsinin seçiciləri ilə görüşlər keçirilib

29.01.2020 [10:10]

Yeni Azərbaycan Partiyasının (YAP) 45 saylı Abşeron seçki dairəsi üzrə namizədi Oqtay Əsədovun vəkilləri və səlahiyyətli nümayəndələri növbəti görüşlərini rayonun Məmmədli kəndinin və Digah qəsəbəsinin seçiciləri ilə keçiriblər.
Görüşlərdə çıxış edən YAP Abşeron rayon təşkilatının sədri Bilman Vəliyev qarşıdan gələn parlament seçkiləri haqqında danışıb, seçkilərin ölkəmizin ictimai-siyasi həyatında mühüm bir hadisə olduğunu qeyd edib. O, eyni zamanda, parlament seçkilərində YAP tərəfindən ən layiqli namizədlərin irəli sürüldüyünü deyib.
B.Vəliyev qeyd edib ki, Yeni Azərbaycan Partiyası növbəti seçkilərə də mütləq qələbə hədəfi ilə gedir. O, Yeni Azərbaycan Partiyasının yüksək nüfuza sahib olduğunu bildirib. Rayon təşkilatının sədrinin sözlərinə görə, cəmiyyətin yüksək etimadı və dəstəyi sayəsində Yeni Azərbaycan Partiyası qatıldığı bütün seçkilərdə parlaq qələbələr qazanıb: “Azərbaycan sürətli və sabit inkişaf tempi ilə qlobal miqyasda nümunə kimi çıxış edir. Heç şübhəsiz, bu inkişafda Yeni Azərbaycan Partiyasının özünəməxsus rolu var. Ona görə də seçiciləri parlament seçkilərində Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verməyə çağırıram”.
Sonra çıxış edən Oqtay Əsədovun vəkilləri akademik Vaqif Abbasov və Hüsü İbrahimov qeyd ediblər ki, Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş şəxslər cəmiyyətdə tanınmış, öz fəaliyyətləri ilə dövlətin inkişafına mühüm töhfələr vermiş insanlardır. “Yeni Azərbaycan Partiyasının 45 saylı Abşeron seçki dairəsi üzrə namizədi Oqtay Əsədovun Azərbaycan üçün gördüyü işləri, fəaliyyət dairəsini və ziyalı, şəxsiyyət kimi dəyərlərini nəzərə alaraq hər bir seçicini ona səs verməyə çağırırıq”, - deyə qeyd olunub.
Görüşlərdə çıxış edən Abşeron rayon Ağsaqqallar Şurasının sədri Nadir Ağayev və seçicilər seçimlərini YAP-ın namizədinin lehinə edəcəklərini, Oqtay Əsədova səs verəcəklərini söyləyiblər.
Onlar əmin olduqlarını bildiriblər ki, YAP növbəti dəfə möhtəşəm qələbə qazanacaq.

Paylaş:
Baxılıb: 648 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

YAP xəbərləri

Gündəm

Ədəbiyyat

Analitik

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30