Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / YAP-ın namizədi Nurlan Həsənov Şəmkirin Çaparlı, Tatarlı və Bayramlı kəndlərində seçicilərlə görüşüb

YAP-ın namizədi Nurlan Həsənov Şəmkirin Çaparlı, Tatarlı və Bayramlı kəndlərində seçicilərlə görüşüb

30.01.2020 [09:45]

Milli Məclisə seçkilərdə Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 99 saylı Şəmkir kənd seçki dairəsi üzrə namizədliyi irəli sürülmüş Nurlan Həsənov təbliğat-təşviqat kampaniyası çərçivəsində Şəmkirin Çaparlı, Tatarlı və Bayramlı kəndlərində seçicilərlə görüşüb.
Görüşlərdə çıxış edən YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev və qərargah üzvü Famil Həmidov partiya tərəfindən deputatlığa namizədliyi irəli sürülmüş Nurlan Həsənovun fəaliyyəti barədə ətraflı məlumat veriblər.
Görüşdə çıxış edən deputatlığa namizəd Nurlan Həsənov əvvəlcə ölkəmizin qazandığı böyük nailiyyətlər haqqında danışıb. O, YAP-ın Azərbaycan dövlətçiliyinin inkişafında mühüm xidmətlərini vurğulayıb, hazırda ölkəmizdə xalqla iqtidar arasında sarsılmaz birlik olduğunu deyib.
Tədbirdə çıxış edən seçicilər qarşıdan gələn parlament seçkilərində YAP-ın 99 saylı Şəmkir kənd seçki dairəsi üzrə namizədi Nurlan Həsənova səs verəcəklərini bəyan ediblər.

Paylaş:
Baxılıb: 586 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Gündəm

701,6 milyon avro...

29 Aprel 10:34

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30