/ / YAP tərəfindən deputatlığa namizədliyi irəli sürülmüş Siyavuş Novruzov Şahbuz şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşüb
YAP tərəfindən deputatlığa namizədliyi irəli sürülmüş Siyavuş Novruzov Şahbuz şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşüb
30.01.2020 [09:49]
5 saylı Şahbuz-Babək seçki dairəsi üzrə Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən deputatlığa namizədliyi irəli sürülmüş Siyavuş Dünyamalı oğlu Novruzov seçicilərlə görüşlərini davam etdirir. Növbəti görüş yanvarın 28-də Şahbuz şəhər ictimaiyyətinin nümayəndələri ilə keçirilib. Görüşdə ziyalılar, gənclər və geniş ictimaiyyət nümayəndələri iştirak ediblər.
Görüşü giriş sözü ilə açan YAP Şahbuz rayon təşkilatının sədri Rizvan Məmmədov qarşıdan gələn parlament seçkilərinin ölkəmizin ictimai-siyasi həyatında mühüm hadisə olduğunu qeyd edib. Deputatlığa namizəd Siyavuş Novruzovun fəaliyyəti haqqında məlumat verən R.Məmmədov deyib ki, o, ötən müddət ərzində seçicilərini parlamentdə layiqincə təmsil edib.
Deputatlığa namizəd Siyavuş Novruzov təbliğat-təşviqat kampaniyası çərçivəsində Şahbuz rayonunun 23 kəndində seçicilərlə məhsuldar görüşlərinin olduğunu diqqətə çatdıraraq deyib: “Görüşlər zamanı insanlar layiqli həyat şəraitlərinin və yüksək rifahlarının təmin olunmasına görə ölkə Prezidenti, partiyamızın Sədri cənab İlham Əliyevə, eləcə də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbova dərin minnətdarlıqlarını ifadə etdilər. Prezident İlham Əliyev muxtar respublikanın inkişafına daim böyük diqqət göstərib. Bununla yanaşı, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun rəhbərliyi ilə həyata keçirilən ardıcıl və məqsədyönlü tədbirlərin nəticəsi kimi, muxtar respublika iqtisadiyyatının dayanıqlı inkişafı təmin olunub, əhalinin rifah halı daha da yaxşılaşıb. Muxtar respublika ərazisində, o cümlədən Şahbuz rayonunda və onun bütün kəndlərində genişmiqyaslı abadlıq-quruculuq işləri görülüb, müasir standartlar əsasında təhsil müəssisələri, sağlamlıq ocaqları tikilib və ya əsaslı təmir olunub, respublika əhəmiyyətli və bütün kənd yolları yenilənib, yüksək səviyyəli infrastruktur quruculuğu həyata keçirilib, fasiləsiz elektrik, qaz və su təminatı yaradılıb. Bütün bunlar inkişaf və tərəqqinin bariz nümunəsidir”.
O, təmsil etdiyi Yeni Azərbaycan Partiyasının fevralın 9-da keçiriləcək parlament seçkilərinə inamlı qələbə əzmi ilə getdiyini bildirib. Yeni Azərbaycan Partiyasının zəngin və şərəfli inkişaf yoluna nəzər salan S.Novruzov deyib ki, YAP Ulu Öndər Heydər Əliyevin ideyaları əsasında yaradılıb və Prezident İlham Əliyevin Sədrliyi ilə öz fəaliyyətini müvəffəqiyyətlə davam etdirir, qatıldığı bütün seçkilərdə parlaq qələbələr qazanır. O, YAP-ın seçki proqramına nəzər salaraq son 5 il ərzində əldə olunmuş uğurlar barəsində və ölkəmizin daha da inkişafı üçün partiyanın 10 addım paketi haqqında məlumat verib: “Qarşıdakı dövrdə dayanıqlı iqtisadi inkişafın davam etdirilməsi, sahibkarlığın gücləndirilməsi, təhsilin səviyyəsinin artırılması, əhalinin rifahının daha da yaxşılaşdırılması, ölkəmizin beynəlxalq mövqeyinin möhkəmləndirilməsi, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, ərazi bütövlüyümüzün bərpa olunması yönündə fəaliyyətin davam etdirilməsi və digər istiqamətlər strateji prioritetlər kimi müəyyənləşdirilib”.
Xalqın ümumxalq partiyası olan YAP-a yüksək inam və etimadının bu seçkilərdə də özünü göstərəcəyini deyən Siyavuş Novruzov Yeni Azərbaycan Partiyasının möhtəşəm qələbə qazanacağına əminliyini ifadə edib. O, seçiciləri fevralın 9-da parlament seçkilərində fəal iştirak etməyə və Yeni Azərbaycan Partiyasının namizədinə səs verməyə çağırıb.
Şahbuz rayon ziyalısı, şəhər xəstəxanasının həkimi Taməddin Cəbiyev rayon ictimaiyyətinin daim Yeni Azərbaycan Partiyasına etimad göstərməsinin təsadüfi olmadığını bildirib: “YAP cəmiyyətin bütün təbəqələrindən olan insanları öz sıralarında birləşdirib, ona görə də xalqın partiyasıdır. Ziyalıların seçimi daim Yeni Azərbaycan Partiyası olub. Çünki bu partiya Azərbaycanın inkişafına dəyərli - layiqli töhfələr verib, ölkəmiz partiyamızın Sədri, dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə misilsiz nailiyyətlər qazanaraq möhtəşəm zirvələr fəth edib. Mən bütün ziyalıları, rayon ictimaiyyətini YAP-ın namizədinə səs verməyə çağırıram”.
YAP Şahbuz rayon təşkilatının Gənclər Birliyinin sədr müavini Aytac Elyazova ölkəmizdə cəmiyyətin fəal və aparıcı təbəqəsi olan gənclərin YAP-ın hərtərəfli qayğısı ilə əhatə olunduğunu deyib. O, Ümummilli Lider Heydər Əliyevin və Prezident İlham Əliyevin daim gənclərə xüsusi diqqət və qayğı göstərdiyini bildirib: “Partiyamız gənclərin intellektual potensialından və kreativ ideyalarından səmərəli istifadə edir. Azərbaycan gəncliyinin seçimi gənclərin partiyası olan YAP-dır”.
Tədbirdə çıxış edən seçicilər xalqın etimadını doğrultmuş YAP-ın namizədinə səs verəcəklərini qətiyyətlə ifadə ediblər.
Sonda seçicilərin təklifləri dinlənib, onları maraqlandıran suallar cavablandırılıb.
Xəbər lenti
Hamısına baxDünya
29 Aprel 13:42
Hadisə
29 Aprel 13:31
Dünya
29 Aprel 13:19
Sosial
29 Aprel 12:59
Sosial
29 Aprel 12:59
Dünya
29 Aprel 12:54
Dünya
29 Aprel 12:20
İdman
29 Aprel 12:13
Siyasət
29 Aprel 11:55
Gündəm
29 Aprel 11:48
Gündəm
29 Aprel 11:25
Elm
29 Aprel 11:03
Gündəm
29 Aprel 10:59
Gündəm
29 Aprel 10:34
YAP xəbərləri
29 Aprel 10:22
Sosial
29 Aprel 10:12
Hadisə
29 Aprel 10:06
Gündəm
29 Aprel 09:55
İdman
29 Aprel 09:41
Analitik
29 Aprel 09:30
Analitik
29 Aprel 09:17
Sosial
29 Aprel 08:50
Mədəniyyət
29 Aprel 08:34
Elanlar
29 Aprel 07:50
Hadisə
29 Aprel 07:49
Sosial
29 Aprel 07:45
Dünya
28 Aprel 23:25
Dünya
28 Aprel 23:10
Sosial
28 Aprel 22:41
Dünya
28 Aprel 22:19
İqtisadiyyat
28 Aprel 22:10
Dünya
28 Aprel 21:50
Sosial
28 Aprel 21:24
Dünya
28 Aprel 21:09
Elm
28 Aprel 20:43
YAP xəbərləri
28 Aprel 20:31
Dünya
28 Aprel 20:17
YAP xəbərləri
28 Aprel 19:59
Dünya
28 Aprel 19:55
YAP xəbərləri
28 Aprel 19:32
Diaspor
28 Aprel 19:21
YAP xəbərləri
28 Aprel 18:59
YAP xəbərləri
28 Aprel 18:30
Dünya
28 Aprel 18:12
Sosial
28 Aprel 17:20
Mədəniyyət
28 Aprel 17:20
Müsahibə
28 Aprel 17:19
Sosial
28 Aprel 17:18
Elanlar
28 Aprel 17:17
Dünya
28 Aprel 17:06
Xəbər lenti
28 Aprel 17:05
YAP xəbərləri
28 Aprel 16:19
Xəbər lenti
28 Aprel 16:14
Elm
28 Aprel 16:12
İqtisadiyyat
28 Aprel 16:11
Dünya
28 Aprel 15:40
Gündəm
28 Aprel 14:31
Sosial
28 Aprel 14:29
YAP xəbərləri
28 Aprel 14:14
Siyasət
28 Aprel 14:08
Sosial
28 Aprel 14:07
Gündəm
28 Aprel 14:06
Elm
28 Aprel 13:41
Elm
28 Aprel 13:09
Sosial
28 Aprel 12:45
Sosial
28 Aprel 12:43
Sosial
28 Aprel 12:40
Sosial
28 Aprel 12:37
Gündəm
28 Aprel 12:35
Sosial
28 Aprel 12:34

