Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / YAP-ın namizədi Nizami Səfərov Şəmkir rayonunda seçicilərlə görüşüb

YAP-ın namizədi Nizami Səfərov Şəmkir rayonunda seçicilərlə görüşüb

01.02.2020 [10:58]

Yeni Azərbaycan Partiyasının (YAP) 102 saylı Samux-Şəmkir seçki dairəsi üzrə namizədi Nizami Səfərov təbliğat-təşviqat kampaniyası çərçivəsində Şəmkir rayonunun Talış kəndində seçicilərlə görüşüb. Görüşdə Yeni Azərbaycan Partiyasının Samux rayon təşkilatının sədri Gündüz Bayramov çıxış edərək qarşıdan gələn parlament seçkilərinin əhəmiyyətindən danışıb. O qeyd edib ki, bu seçkilərə də böyük qələbə əzmi ilə qatılan Yeni Azərbaycan Partiyası xalqın dəstəyinə, seçicilərin etimadına güvənir. “Əminliklə söyləmək olar ki, ümumxalq partiyası olan YAP növbəti dəfə möhtəşəm qələbə qazanacaq”, - deyə G.Bayramov qeyd edib.
Namizəd Nizami Səfərov əvvəlcə seçicilərinə müstəqil Azərbaycanın son illərdə əldə etdiyi uğurlardan bəhs edib. Onun sözlərinə görə, dövlət başçısı cənab İlham Əliyevin ötən il həyata keçirdiyi genişmiqyaslı islahatlar nəticəsində ölkəmiz yeni inkişaf mərhələsinə qədəm qoyub, vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi yönündə müvafiq addımlar atılıb. Deputatlığa namizəd dövlət tərəfindən regionlarda iqtisadi inkişafın əldə edildiyini, o cümlədən kənd təsərrüfatı, infrastruktur quruculuğu və digər sahələrdə mühüm uğurlara nail olunduğunu qeyd edib.
Seçicilər deputatlığa namizəd Nizami Səfərovdan razılıqlarını bildirib, həmçinin gələcək seçkilərdə ona uğurlar diləyiblər.

Paylaş:
Baxılıb: 619 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Gündəm

701,6 milyon avro...

29 Aprel 10:34

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30