/ / YAP tərəfindən deputatlığa namizədliyi irəli sürülmüş Siyavuş Novruzov Babək rayonunun Cəhri kəndində seçicilərlə görüşüb
YAP tərəfindən deputatlığa namizədliyi irəli sürülmüş Siyavuş Novruzov Babək rayonunun Cəhri kəndində seçicilərlə görüşüb
04.02.2020 [10:02]
5 saylı Şahbuz-Babək seçki dairəsi üzrə Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən deputatlığa namizədliyi irəli sürülmüş Siyavuş Dünyamalı oğlu Novruzov seçicilərlə görüşlərini müvəffəqiyyətlə davam etdirir. Növbəti görüş Babək rayonunun Cəhri kəndində keçirilib.
Görüşdə Yeni Azərbaycan Partiyasının Babək rayon təşkilatının sədri İsa Məmmədov Siyavuş Novruzovun ötən müddət ərzində seçicilərini parlamentdə layiqincə təmsil etdiyini, ona göstərilən etimadı doğrultduğunu deyib. İ.Məmmədov Azərbaycanın, o cümlədən Naxçıvan Muxtar Respublikasının dinamik inkişafından, həyata keçirilən sosial layihələrin uğurlu nəticələrindən, vətəndaşların dövlətin hərtərəfli qayğısı ilə əhatə olunmalarından və digər məsələlərdən bəhs edərək seçiciləri fevralın 9-da keçiriləcək parlament seçkilərində aktiv iştirak etməyə və YAP-ın namizədinə səs verməyə çağırıb. AMEA-nın müxbir üzvü, Azərbaycan Respublikasının Əməkdar elm xadimi, AMEA-nın Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, tarix elmləri doktoru, professor Fəxrəddin Səfərli çıxış edərək Siyavuş Novruzovun həyat və fəaliyyətindən, partiya quruculuğu sahəsində, eləcə də Milli Məclisin deputatı kimi xidmətlərindən, Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə fəal iştirakından danışıb. O qeyd edib ki, Siyavuş Novruzov gənclik illərindən etibarən xalqımız və dövlətimiz qarşısında çoxsaylı xidmətlər göstərən, səmərəli fəaliyyəti ilə dövlətçiliyin inkişafına mühüm töhfələr verən ictimai-siyasi xadim kimi tanınır. Bildirib ki, zəngin və mənalı ömür yolu keçən Siyavuş Novruzovun ictimai-siyasi fəaliyyəti, əsas etibarilə, Ümummilli Lider Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyası ilə bağlıdır: “Siyavuş müəllim YAP-ın yaranmasında fəal iştirak edən fədakar insanlardan biridir və həmin dövrdə Ulu Öndər Heydər Əliyevin ətrafında sıx birləşmiş mübariz şəxsiyyətlər sırasında yer alır”.
Milli Məclisin deputatı kimi fəaliyyəti dövründə Siyavuş Novruzovun qanun yaradıcılığı və hüquqi dövlət quruculuğu prosesində, hüquqi bazanın formalaşdırılmasında, qanunvericiliyin təkmilləşdirilməsində yaxından iştirak etdiyini, çox fəal rol oynadığını deyən professor “Digər tərəfdən, Siyavuş müəllim seçiciləri maraqlandıran məsələləri daim diqqətdə saxlayır, onlara öz yardımını heç vaxt əsirgəmir. İndiyə qədər minlərlə seçicini qəbul edən Siyavuş Novruzov ona müraciət edənlərin problemlərinin həll olunmasının hüquqi təminatı sahəsində xüsusi köməklik göstərib, seçicilərlə fəal və intensiv təmaslarını davam etdirib”, - deyə vurğulayıb. F.Səfərli seçiciləri onların layiqli təmsilçisi olan Siyavuş Novruzova səs verməyə çağırıb.
Deputatlığa namizəd Siyavuş Novruzov Azərbaycanın Ümummilli Lider Heydər Əliyevin ideyaları əsasında inkişaf etdiyini, ölkəmizin ötən müddət ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə möhtəşəm inkişaf yolu keçdiyini, bütün sahələrdə mühüm nailiyyətlərin əldə edildiyini deyib.
O bildirib ki, ölkəmizin hərtərəfli inkişafı, verilən hər bir vədin konkret əməli işdə öz təsdiqini tapması xalq-iqtidar birliyini daha da möhkəmləndirib, vətəndaşların Prezident İlham Əliyevin ətrafında sıx birləşməsini təmin edib: “Çoxəsrlik tarixində heç vaxt indiki qədər qüdrətli olmayan Azərbaycan tərəqqi yolunda əmin addımlarla irəliləyir, yeni zirvələr fəth edir”.
Dinamik və hərtərəfli inkişafın Naxçıvan Muxtar Respublikasını (NMR) da əhatə etdiyini deyən S.Novruzov NMR Ali Məclisinin Sədri cənab Vasif Talıbovun rəhbərliyi ilə görülmüş işlərin əhalinin rifah halının daha da yaxşılaşmasını, sosial müdafiə və təminat sisteminin güclənməsini, sosialyönümlü iqtisadiyyatın inkişafını təmin etdiyini diqqətə çatdırıb. Vurğulanıb ki, Babək rayonu və onun bütün kəndlərində də həyata keçirilən abadlıq-quruculuq işləri, yüksək infrastruktur təminatının yaradılması insanların layiqli həyat şəraitinin təmin olunmasını mümkün edib.
Yeni Azərbaycan Partiyasının seçkilərə inamlı qələbə əzmi ilə getdiyini deyən deputatlığa namizəd əlavə edib: “YAP ötən dövr ərzində Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsində, milli dövlətçiliyimizin əsaslarının gücləndirilməsində, inkişafa, sabitliyə, tərəqqiyə xidmət edən milli məqsədlərin reallaşdırılmasında və yeni hədəflərin müəyyənləşdirilməsində misilsiz xidmətlər göstərib. Partiyamız bu cür ali məramlı fəaliyyəti və müstəsna əhəmiyyətə malik olan misilsiz xidmətləri ilə ümumxalq partiyasına çevrilib. Yeni Azərbaycan Partiyası dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq, ölkəmizdə yaşayan bütün insanların, eləcə də bütün xalqların partiyasıdır”.
O, daha güclü Azərbaycan naminə YAP-ın 10 addım paketi haqqında məlumat verərək qarşıdakı dövrdə yeni strateji hədəflərin gerçəkliyə çevriləcəyini, Azərbaycanın nüfuzu və qüdrətinin daha da artacağını bildirib. S.Novruzov seçiciləri fevralın 9-da parlament seçkilərində fəal iştirak etməyə və Yeni Azərbaycan Partiyasının namizədinə səs verməyə çağırıb.
Daha sonra kənd sakini Faiq Fərəcov, kənd ağsaqqalı Müslüm Axundzadə çıxış edərək Siyavuş Novruzovun seçicilərin layiqli təmsilçisi kimi ona olan etimadı doğrultduğunu bildiriblər. Onlar fevralın 9-da keçiriləcək seçkilərdə seçiciləri yenidən S.Novruzova səs verməyə dəvət ediblər.
Görüşlər zamanı seçicilərin təklifləri dinlənib, onları maraqlandıran suallar cavablandırılıb. Seçicilər xalqın etimadını doğrultmuş YAP-ın namizədinə səs verəcəklərini qətiyyətlə ifadə ediblər.
Xəbər lenti
Hamısına baxİdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10
Siyasət
26 Avqust 17:59
Siyasət
26 Avqust 17:47
Siyasət
26 Avqust 17:45
İqtisadiyyat
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:39

