Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / İlqar İlyasov: Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artması Ermənistan tərəfindən qısqanclıqla qarşılanır

İlqar İlyasov: Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artması Ermənistan tərəfindən qısqanclıqla qarşılanır

14.07.2020 [08:46]

“Bəşəriyyətin COVID-19-a qarşı mübarizədə qlobal həmrəyliyin vacibliyini vurğuladığı, beynəlxalq birliyin Azərbaycanın haqlı çagrışını dəstəklədiyi halda Ermənistan qlobal xarakter daşıyan bu təşəbbüsə qarşı çıxış etməklə BMT qarşısında və dünya dövlətləri arasında özünü növbəti dəfə rüsvay etdi”.
Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Laçın rayon təşkilatının sədri İlqar İlyasov deyib.
Onun sözlərinə görə, bütün dünya bir daha Ermənistan irticaçı rejiminin mahiyyətinin şahidi oldu: “Bu azmış kimi, dünyada sülhün əmin-amanlıgın bərqərar olması üçün mövcud imkanlarını səfərbər edən Azərbaycandan fərqli olaraq işğalçı Ermənistan iyulun 12-də növbəti təxribata cəhd edib. Ermənistan silahlı qüvvələrinin Tovuz rayonu istiqamətində Azərbaycana qarşı təxribat törətməsi işğalçı dövlətin hakimiyyətinin əsl simasını bir daha göstərib”.
Rayon təşkilatının sədri deyib ki, əslində, Ermənistanın bu təxribatı Paşınyan rejimini işğalçı ölkədə mövcud olan sosial-iqtisadi və ictimai-siyasi böhrandan diqqəti yayındırmağa hesablanıb: “Ermənistan hakimiyyəti ölkədəki dözülməz sosial-iqtisadı və siyasi böhrandan çıxış yolunu Azərbaycanla təmas xəttində təxribat edib, əhalinin diqqətini ölkəsindəki böhrandan yayındırmaqda görür”.
İ.İlyasovun sözlərinə görə, Azərbaycanın pandemiyaya qarşı mübarizədə həmrəylik çağırışının beynəlxalq ictimaiyyət tərəfindən müsbət qarşılanması Ermənistanı narahat edib: “Son günlər baş verən hadisələr bir daha göstərdi ki, Azərbaycan dünyanı sülhə, COVID-19-a qarşı birgə mübarizəyə səslədiyi halda, irticaçı Ermənistan isə iğtişaşa, münaqişəyə sürükləyir. Bu da bir daha sübut edir ki, Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artması Ermənistanın tərəfindən qısqanclıqla qarşılanır”.

Paylaş:
Baxılıb: 525 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

701,6 milyon avro...

29 Aprel 10:34

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30