Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Orxan Bayramov: YAP gəncləri olaraq hər an ön cəbhəyə getməyə hazırıq

Orxan Bayramov: YAP gəncləri olaraq hər an ön cəbhəyə getməyə hazırıq

17.07.2020 [07:56]

“İşğalçı Ermənistan iyulun 12-də günorta saatlarından başlayaraq artilleriya qurğularından istifadə etməklə Azərbaycan - Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində ordumuzun mövqelərini atəşə tutaraq növbəti dəfə təxribat törədib. Milli ordumuz böyük rəşadət nümayiş etdirərək düşmənə sarsıdıcı cavab verib, ağır itkilər verən Ermənistan silahlı birləşmələrinin həmləsi qətiyyətlə dəf edilib”.
Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatı Gənclər Birliyinin sədri Orxan Bayramov deyib.
O.Bayramov bildirib ki, Azərbaycan Ordusu bu təxribat nəticəsində igid oğullarını şəhid verdi. Onlar Vətən üçün döyüşərək qanlarını Vətən torpağına qarışdırdılar və adlarını əbədi olaraq tarixə həkk etdilər. Aprel döyüşləri də, indiki döyüşlər də bir daha bütün dünyaya Azərbaycan Ordusunun gücünü, əzmini göstərməkdədir.
“Müasir dövrdə Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır. Ordumuz zəngin maddi-texniki bazaya, ən yeni avadanlıqlara malikdir. Lakin Ordumuzun yenilməzliyi təkcə silah və texnikanın gücündə deyil. Ordumuzun ən güclü silahı vətənpərvərlik və Vətən sevgisidir. Ürəyi vətənpərvərlik hissi ilə alovlanan əsgəri, zabiti, generalı heç bir ordu silah gücü ilə yenə bilməz. Ordumuzun əsas gücü isə cənab Ali Baş Komandandır. Dövlət başçısı vurğulayıb ki, hərbçilərimizin, şəhidlərimizin qanı yerdə qalmayıb, qalmayacaq. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin prinsipial, qətiyyətli siyasəti sayəsində Azərbaycanın ardıcıl şəkildə qazandığı diplomatik uğurlar Ermənistan rəhbərliyini çətin vəziyyətdə qoyur, həmçinin işğalçı ölkə beynəlxalq iqtisadi layihələrdən kənarda qalır”, - deyən O. Bayramovun sözlərinə görə, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev həmişə bəyan edir ki, Ermənistanın müstəqil bir ölkə kimi fəaliyyəti qonşularla münasibətlərini tənzimləməkdən və işğalçı hərbi qüvvələrini Azərbaycan torpaqlarından qeyd-şərtsiz və dərhal çıxarmaqdan asılıdır.
“Azərbaycan torpaqlarında ikinci qondarma erməni dövlətinin yaradılmasına heç vaxt icazə verilməyəcək. Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. Bildirmək istəyirəm ki, YAP gəncləri daim dövlətə və dövlətçiliyə xidmət edir və bizlər Ali Baş Komandanın əmri ilə doğma Vətənimiz Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi, işğal edilmiş torpaqlarımızın azad edilməsi məqsədilə hər an ön cəbhəyə getməyə hazırıq”, - deyə O.Bayramov qeyd edib.

Paylaş:
Baxılıb: 676 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

MEDİA

İqtisadiyyat

Mədəniyyət

İqtisadiyyat

Gündəm

701,6 milyon avro...

29 Aprel 10:34

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30