Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / YAP Bərdə rayon təşkilatı öz fəaliyyətini günün tələbləri səviyyəsində qurub

YAP Bərdə rayon təşkilatı öz fəaliyyətini günün tələbləri səviyyəsində qurub

06.08.2020 [09:13]

Hazırda 148 ərazi ilk partiya təşkilatında 11 min 459 nəfər YAP üzvü birləşib
Məlum olduğu kimi, ölkəmizin aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyası (YAP) yarandığı vaxtdan böyük inkişaf yolu keçib. Ümummilli Liderimiz Heydər Əliyevin ideyaları əsasında uğurla fəaliyyət göstərən partiyamız bu gün Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə yeni-yeni nailiyyətlərə imza atır. Cənubi Qafqaz regionunun ən güclü siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasının sıralarında bu gün 750 mindən çox üzv birləşib.
Ölkəmizin siyasi həyatında fəal iştirak edən Yeni Azərbaycan Partiyasının gücünü şərtləndirən amillərdən biri də onun monolit yerli strukturlara malik olmasıdır. Ötən illər ərzində partiyanın rayon və şəhər təşkilatları da əhəmiyyətli dərəcədə inkişaf edərək ictimai-siyasi proseslərdə fəal iştirak edirlər. YAP Bərdə rayon təşkilatı da belə təşkilatlardandır.
“YAP Bərdə rayon təşkilatı fəaliyyət göstərdiyi 27 il ərzində kəmiyyətcə böyüyüb, inkişaf edib, ideoloji iş təcrübəsini təkmilləşdirib, demokratik seçki təcrübəsinə nail olaraq, bütün seçkilərdə Yeni Azərbaycan Partiyasının qələbələrinə öz töhfələrini verib. Hazırda YAP Bərdə rayon təşkilatının 148 ərazi ilk partiya təşkilatında 11 min 459 nəfər partiya üzvü birləşib. Bu statistika, eyni zamanda Ulu Öndər Heydər Əliyevin ideyalarına sədaqətin, partiyamızın Sədri, ölkə Prezidenti İlham Əliyevin siyasətinə olan inamın ifadəsidir”. Bunu YAP Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya bildirib.
O qeyd edib ki, rayon təşkilatınının təsis konfransı 1993-cü il martın 13-də kecirilib və 27 illik tarixində şərəfli missiyanı yerinə yetirən partiya veteranlarının, ziyalıların, gənclərin, qadınların xidmətləri unudulmazdır: “Fəxrlə deyə bilərik ki, rayon təşkilatının sıraları bu gün də savadlı, vətənpərvər, xalqını, Vətənini sevən gənclərin, qadınların, ziyalıların hesabına yenilənir və genişlənir. Bütün bunlar şübhəsiz ki, partiyanın bu gününə və gələcəyinə olan inamın göstəricilərindəndir”.
F.Şadlinskayanın sözlərinə görə, YAP Bərdə rayon təşkilatı öz işini partiyanın Proqram və Nizamnaməsinin, partiya qurultaylarının tələbləri səviyyəsində quraraq, rəhbər orqanların qərarlarını, tövsiyə və tapşırıqlarını vaxtında yerinə yetirməyə, bütün siyasi tədbirlərdə, kampaniyalarda fəal iştirak etməyə çalışır. Belə ki, son illər Bərdənin inkişafı istiqamətində həyata keçirilən işlərdə partiyanın rayon təşkilatı da üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışıb.
“Bu gün bəşəriyyət ağır sınaq qarşısındadır. Yeni qlobal pandemiya - koronavirus infeksiyası dünyanı, eyni zamanda ölkəmizin sakinlərinin sağlamlığını təhdid altına aldığı bir vaxtda gözlə görə bilmədiyimiz düşmənlə mübarizə ilə bağlı Bərdə də müvafiq tədbirlər görülür. Rayonda dezinfeksiya işləri, maarifləndirmə tədbirləri, aztəminatlı ailələrə, tənha yaşayan 65 yaşdan yuxarı sakinlərə yardım aksiyaları həyata keçirilib”, - deyən F.Şadlinskayanın sözlərinə görə, partiyanın yerli strukturlarından biri olaraq YAP Bərdə rayon təşkilatı da bu yöndə işlər görür. O qeyd edib ki, təşkilat Koronavirusla Mübarizəyə Dəstək Fonduna 3788 manat köçürüb.
Eyni zamanda, YAP Bərdə rayon təşkilatı tərəfindən 19 mart-3 iyun tarixlərində 92 ailəyə gigeyenik vasitə paylanılıb, 57 imkansız ailəyə ərzaq yardımı göstərib. Ayrıca, təşkilatın İdarə Heyətinin üzvləri tərəfindən də 220 imkansız ailəyə ərzaq yardımı edilib. Partiyanın könüllüləri isə ƏƏSMN-nin xətti ilə 982 imkansız ailəyə, Heydər Əliyev Fondunun xətti ilə 2349 ailəyə ərzaq yardımının çatdırılmasında fəal iştirak ediblər.
Rayon təşkilatının sədri deyib ki, nəcib aksiyadan faydalanan yüzlərlə aztəminatlı ailələrin üzvləri, tənha yaşayan yaşlı sakinlər əhalinin sağlamlığını daim diqqətdə saxlayan, koronavirusun ölkə ərazisində yayılmasına qarşı həyata keçirdiyi operativ mübarizə tədbirlərinə görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.
Ötən dövr ərzində YAP Bərdə rayon təşkilatının keçirdiyi tədbirlərin forma zənginliyi də diqqət çəkir.
Belə ki, Bərdədə “Torpaq qala” ətrafında “Ulu Öndər Heydər Əliyev və tarixi abidələrimiz” tədbir keçirmək, eləcə də YAP-ın və onun Bərdə rayon təşkilatının yaranma günlərini kimsəsiz və əlil uşaqlarla çay süfrəsi arxasında qeyd etmək, həmçinin həmin günlərdə Qarabağ qazilərini, YAP-ın qocaman üzvlərini evlərində ziyarət edərək keçirmək rayon ictimaiyyəti tərəfindən müsbət qarşılanıb. Bütün bunlarla yanaşı, yaşıllaşdırma tədbirlərində, qanvermə aksiyasında, “Əsgərə məktub” layihəsində və s. tədbirlərdə YAP Bərdə rayon təşkilatının üzvləri fəallıq göstəriblər.
Onu da qeyd edək ki, YAP Bərdə rayon təşkilatının üzvü olan qadınlar da ictimai-siyasi proseslərdə fəal iştirak edirlər. Hazırda rayon təşkilatında qadın üzvlərin sayı 4860 nəfərdir. Rayon təşkilatının Qadınlar Şurasının sədri Xuraman Qurbanovanın sözlərinə görə, Azərbaycan qadınlarının bütün dövrlərdə nümayiş etdirdiyi iradə, fədakarlıq, dərin düşüncə, müdriklik, vətənpərvərlik gələcək nəsillər üçün əsl örnək olub. Eyni zamanda, onlar koronovirusa qarşı mübarizə çərçivəsində görülən işlərə fəal şəkildə qoşulub, maarifləndirmə işində fəallıq göstərirlər.
Rayon təşkilatının işində gənclər də fəal iştirak edirlər. YAP Bərdə rayon təşkilatı Gənclər Birliyinin sədri Elşən Məmmədovun sözlərinə görə, hazırda təşkilatda 3575 gənc birləşib. O qeyd edib ki, Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən gənclər siyasəti Bərdə də uğurla həyata keçirilir: “YAP Bərdə rayon təşkilatının sıralarında birləşən gənclər rayonun sosial-iqtisadi və mədəni həyatında fəal iştirak edir, onlar üçün yaradılan imkanlardan yararlanırlar. Bununla yanaşı, bütün sahələrdə, o cümlədən elmdə və təhsildə böyük uğurlar qazanıblar. YAP Bərdə rayon təşkilatının Gənclər Birliyi yüksək vətəndaş mövqeyi, ictimai-siyasi proseslərdə fəallıq və yüksək vətənpərvərlik nümayiş etdirən gənclərin asudə vaxtlarını səmərəli keçirilmələri, onların bilik və bacarıqlarının inkişaf etdirilməsi, dünyagörüşünün zənginləşməsi və intellektinin formalaşması istiqamətində maraqlı, ardıcıl layihələrlə çıxış edib. Bunun bəhrəsi olaraq, təşkilatın sıraları keyfiyyət etibarı ilə günü-gündən zənginləşib, yeni fəal gənclər böyük fəxr və qürur hissi ilə partiya sıralarına qoşulublar. Gənclərimizin partiyamıza könüllülük əsasında gəlməsi YAP-ın ölkəmizdə avanqard rola malik olmasını və alternativsiz siyasi qüvvə olduğunu bir daha sübut edir”.
Rayon təşkilatının Gənclər Birliyinin daim yeniliklərə üstünlük verdiyini, gənclərin maariflənməsi, ictimai-siyasi cəhətdən fəallığını təmin etmək üçün müxtəlif layihələr, tədbirlər həyata keçirildiyini deyən E.Məmmədovun sözlərinə görə, məqsəd gəncliyin inkişafına töhfə verməkdir.
O həmçinin qeyd edib ki, işğalçı Ermənistanın Azərbaycan-Ermənistan sərhədinin ovuz rayonu istiqamətində törətdiyi hərbi təxribata Azərbaycan Ordusunun layiqli cavab verməsi gənclərin hərbi vətənpərvərlik hisslərini daha da gücləndirib. Bunun nümunəsi olaraq YAP Bərdə rayon təşkilatının gənc üzvləri könüllü surətdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bərdə rayon şöbəsində qeydiyyatdan keçərək Ali Baş Komandanın əmri ilə torpaqlarımızı işğaldan azad etmək döyüşə getməyə hazır olduqlarını bildirirlər.
Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 628 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Sosial

Gündəm

Siyasət

YAP xəbərləri

Gündəm

Ədəbiyyat

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30