Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / David İbramxəlilov: Qusarlı gənclər Azərbaycanın ərazi bütövlüyünün qorunması üçün döyüşməyə hər an hazırdır

David İbramxəlilov: Qusarlı gənclər Azərbaycanın ərazi bütövlüyünün qorunması üçün döyüşməyə hər an hazırdır

14.08.2020 [11:45]

“İyul ayının ortalarında Ermənistan ordusunun Tovuz rayonu istiqamətində törətdiyi təxribatın qarşısı Azərbaycan Silahlı Qüvvələri tərəfindən qətiyyətlə alındı. Bundan sonra ölkəmizin hər yerində olduğu kimi qusarlılar da torpaqlarımızın işğaldan azad olunması üçün döyüşə hər an hazır olduqlarını bildirərək Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşdiklərini bəyan etdilər”.
Bunu Yeni Azərbaycan Partiyası (YAP) Siyası Şurasının üzvü, YAP Qusar rayon təşkilatının sədri David İbramxəlilov deyib.
O, bildirib ki, 12 iyul hadisələrindən sonra Qusar rayonunda yüzlərlə gənc Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli şöbəsində orduda könüllü xidmət etmək üçün qeydiyyatdan keçib. Onun sözlərinə görə, qusarlı gənclər həmyerliləri general Mahmud Əbilovun, Milli Qəhrəman Fəxrəddin Musayevin və Çingiz Qurbanovun döyüş yolundan nümunə götürərək Azərbaycanın ərazi bütövlüyünün qorunması üçün döyüşməyə hər an hazırdır: “Azərbaycan Ordusu güclü maddi-texniki bazaya malikdir, hərbçilərimizin döyüş hazırlığı, vətənpərvərlik ruhu hər zaman yüksək səviyyədədir. Gənclərimiz də görürlər ki, düşmənə qarşı mərdliklə vuruşan generallarımız, zabitlərimiz, gizirlərimiz və əsgərlərimiz Vətən uğrunda, Azərbaycan dövlətinin müstəqilliyi və ərazi bütövlüyü naminə şəhidlik zirvəsinə yüksəlirlər. Bu qəhrəmanlıqlar da hər bir gənc üçün ruh yüksəkliyi yaradır”.
D.İbramxəlilov onu da bildirib ki, Azərbaycan gəncliyi Vətənimizin, dövlətçiliyimizin, ərazi bütövlüyümüzün müdafiəsi naminə erməni qəsbkarları ilə mübarizədə hər zaman Ali Baş Komandanın əmrini yerinə yetirməyə hazırdır.

Paylaş:
Baxılıb: 556 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Gündəm

701,6 milyon avro...

29 Aprel 10:34

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30